Sürücü və sərnişin dialoqu

Günümüzdə hər birimizin qarşılaşdığı bir vəziyyət. Hər gün hər birimiz nəqliyyat vasitələrindən istifadə edirik ki lazım olan məkana vaxtında yetişək. Çox vaxt gecikirik ya da ki, çox əsəbi vəziyyətdə evə çatırıq. Bu əsəb, insanların bir-birinə olan hörmətsizliyidir. Avtobus dolmayana qədər sürücü yola düşmür. İnsanları o qədər basırıq vəziyyətə salırlar ki, insan maşına minməyinə peşman olur.
Deyir piada getsəydim bundan yaxşıdır. Gənc qızlar, analar, gəlinlər və kişilər , oğlanlar hamısı bir-birini sıxır o qədər ki avtobusda insan olur.
Təəsüf ki, belə haldan istifadə edənlərdə az deyil. Kim kimin cibini soyur, kimisi qızlara sataşır öz ana bacılarını unudaraq. Çünki elə kişilərə heç kişi demək düz deyil. Çox biabırçı bir vəziyyət. İnsan bu vəziyyətə əsəbləşməsin nə etsin? Heç bir insana xoş deyil o vəziyyətə düşmək amma məcburdu insan. Bəzən belə də olur, avtobus dayanacaqda saxlayır bir qız və bir qoca minir avtobusa.
Gənc oğlanlardan biri tez ayağa durur və yer verir amma qocaya yox, cavan qıza. Bax ən çox bu hallara üzülür insan. Çünki, böyüklərə qocalara hörmətdə qalmıyıb. Və ya görürsən sürücü çox gəncdir. Bəlkə də heç məktəbi bitirməyib amma avtobusu o idarə edir. Böyük sürətlə sürür və digər avtobusla rəqabətə girir. Və avtobusdakı sərnişinlərin həyatı hansısa ağılsız bir uşağın səhvinə görə təhlükədə olur.
Və ya çox vaxt sürücülərin sərnişinlərə dediyi söz “bir az mehriban olun” görəsən o, öz ana-bacısına orada mehriban olmaqlarını istərdimi? O sürücü o sözü deyəndə heç düşünürmü ki, mən nə gic-gic danışıram. Sərnişinlər mehriban necə ola bilər ki? Bu cümləni yalnız özünə və ailəsinə hörmət etmiyən sürücü deyə bilər!

Nəqliyyatda nə kimi problemlərlə üzləşirsiniz?