2 sonuçtan 1 ile 2 arası

Balamın canı təmiz Türkiyə malıdır...:)

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Balamın canı təmiz Türkiyə malıdır...:)

    Geniş yayılmış bir məsəl var "Çox and içən,hər zaman doğru danışmır". Bəzi insanlar var ki, adi danışıqları zaman belə tez-tez and içirlər. Bir kimsəni özlərinə inandırmaq üçün öz əzizlərinin canına, ALLAHın adına and içirlər. Təbii ki, zəruriyyətli hallarda and içmək normal haldır. Amma bir çoxları üçün and içmək artıq adət halını alıbdır. Bu cür insanları sınaqdan keçirsək görərik ki, onlar heç də hər zaman doğru danışmırlar.

    Adi bir misal çəkək ticarət mərkəzlərində işləyən satıcılar malları satılsın deyə anadan olmamış körpəsinin canından tutmuş ta ki Allaha qədər and içirlər. Onların söylədiyi və and içərək də təsdiqləyi söz həqiqətdirmi? Təbii ki xeyr sadəcə olaraq malları satılsın deyə bu cür yola əl atırlar.

    Məsələyə dini baxımdan yanaşsaq görərik ki and içmək bir o qədər də qəbul olunan deyil. Yalandan and içmək isə günahların ən böyüyüdür.

    Bilməyərəkdən ALLAHın adına and içmək isə mənbələrin qeyd etdiyinə görə 3 halda əhv olunandır- Bunun üçün yalandan and içən şəxs 10 nəfər kasıb adamı doydurmalı və ya 10 nəfəri geyindirməli yaxud da 1 qul azad etməlidir. Bunların heç birinə gücü çatmazsa o zaman 3 gün oruc tutmalıdır.

    Ümumiyyətlə çalışamaq lazımdır ki insan həyatında yalanların yeri az olsun, bax o zaman sənə inananlar da bir o qədər də çox olar. Belə olduğu halda isə and içməyə ehtiyacın olmayacaq. Təbii ki, zəruri olan hallarda and içmək günah qazandırmır. Amma tez-tez and içmək isə günahların ən böyüyüdür
    .


    Bəz siz and içməyə necə baxırsınız? And içmək ilə aranız necədir?
    Sizcə çox and içən yalan danışandır?
    Ticarət Mərkəzlərində malı satılsın deyə yalandan and içən satıcalara münasibətiniz necədir?
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Balamın canı təmiz Türkiyə malıdır...:)

    maraqli idi.teşekürler. yalandan and icmek günahdi.amma bəzən doğru deyirsen şübhe ile baxirlar onda and icmeye mecbur qalirsan.calışıram az and icim amma herden olur. Satıcılara geldikde ise olar neyinki and icirler hetta balam ölsün de deyirler.ayib mence.balasi olmayan da balasini öldürür and icib
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.