cox maraqlidi
Psixoloqlar müəyyən ediblər ki, əgər qadın qırmızı rəngli geyimdədirsə o kişinin gözündə daha cazibədar
və effektli görsənir. Belə ki, buna dair Roçestr Universitetinin (ABŞ) ekspertləri təcrübə aparmışlar. Onlar bir qrup kişilərə gözəl və cazibədar qadın şəkillərini göstərmişlər. Bəzi şəkillərdə sadəcə şəkilin çərçivəsi bəzilərində isə paltarin rəngi dəyişdirilmişdir. Rəng seçimi kimi isə: yaşıl, boz, qırmızı, ağ və göy rənglərə üstünlük verilmişdir. Bütün hallarda kişilər qırmızı geyim geyinən qadınların şəkillərinə üstünlük vermişlər.
Digər bir təcrübə kimi isə sübuta yetirilmişdir ki: kişilər öz xanımlarını görüşə dəvət etdikləri zaman onun qırmızı libasda olmasını daha çox arzulayırlar nəinki qara və yaxud göy, eyni zamanda bu rəngə üstünlük verən qadınlara isə 2 dəfə daha çox xərc çəkmiş olurlar.
Baxmayaraq ki, artıq illərdir qırmızı rəngin çox cəlbedici və effektli rəng olduğu söylənilir: bir qrup kişilər müsahibə zamanı bildirmişlər ki, onlar özləri də seçimlərində nə üçün bu rəngdə libas geyinən qadınlara üstünlük veriklərini anlaya bilmirlər, kişilər belə hesab edir ki, bu həmin rəngin eyni zamanda sirliliyindən xəbər verir.
Uzun illərdir ki, bu rəngin görünüşünə dair bir sıra təcrübələr aparılır: ancaq artıq sübut olundu ki, qırmızı rəng kişiləri cəlb etməyin ən yaxşı yoludur.
Belə bir fakt mövcüddur ki, hələ qədim zamanlarda ənənəyə əsasən bəzi adətlərin yerinə yetirilməsi üçün bədənə qırmızı rəng sürtmək tələb olunurdu. Sonradan isə qırmızı rəng sevginin simvoluna çevrildi: qırmızı güllər buna sübut kimi göstərildi.
Ekspertlər belə nəticəyə gəliblər ki qırmızı rəng özündə 3 elementi birləşdirir:
1.Qadağa.
2.İcazə.
3.Təhlükə.
Bu üç kombinasiya da qadının geyindiyi qırmızı geyimdə öz əksini tapmış olur.
Ancaq onu da qeyd etmək lazımdır ki, qırmızı rəng təkcə qadınlarda deyil kişilərdə də effektini göstərir. Bələ ki, bir çox qadınlar hesab edir ki, məhz bu rəngə üstünlük verən kişilər daha yaraşıqlı olurlar.
cox maraqlidi
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
qirmizi palatar ucun ureyim gedir
Yer imleri