Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Edilən pisliklər yaxşılıqlardan bir addım öndədir!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Edilən pisliklər yaxşılıqlardan bir addım öndədir!

    Edilən pisliklər yaxşılıqlardan bir addım öndədir!

    Bəzən həyatımızda elə hadisələr yaşanır ki, o hadisəni heç bir zaman unutmayacağımızı dilə gətiririk ancaq buna baxmayaraq unuduruq.
    Bu eyniliklə heç bir zaman unutmayacağımız dediyimiz insanlara da, aiddir.
    Bizə edilən yaxşılıqlar pisliklərin yanında hər zaman görünməz olur!

    Biz çox zaman bizə edilən yaxşılıqları dəyərləndirməyi bacardığımızı dilə gətiririk.Əgər bu belədirsə nə üçün layiqli insanları vaxtında dəyərləndirmirik? Hər zaman onlara layiq olduğu dəyəri yanımızdaykən deyil, bizdən ayrıldığı zaman, bizimlə birlikdə olmadığı zaman verməyə başlayırıq.Nə üçün sonradan vicdan əzabı çəkirik?Nə üçün sonradan peşman oluruq?Axı keçən keçmişdir.İtirdiklərimizi geri gətirirmi? Sevdiklərimizi yeri gətirirmi? Hisslərimizi, o ilk həyəcanı geri gətirirmi peşmanlıq?

    Biz heç nəyi geri gətirmədiyini bildiyimiz halda yenə də, uşaqlıq edirik.Bəli uşaqlıq edirik! Əslində nəyi geri istəyirik axı? İtirdiyimiz dəyərləri vədlər verərərək, qoruyacağımıza dair sözlər nə dərəcədə kömək edə bilər bizə? Gedən artıq getmişdir.İtirdiyiniz bir şeyi yenidən əldə etmək sizlər üçün nə dərəcədə o ilk sevinci bəxş edə bilər?
    Bizə edilən pisliklərə əsasən insanları dəyərləndiririk.Hər zaman pisliklərin bir addım yaxşılıqlardan üstün olduğunu düşünürük.Məhz elə buna görə də, yaxşılıqları unudur, pislikləri isə silinməz tarix olaraq yaddaşımıza həkk edirik.Kaş bizlər üçün edilən yaxşılıqlarıda bu cür dəyərləndirə bilsəydik.Unutmamaq üçün əlimizdən gələni edə bilsəydik...
    Kaş edilən pislikləri yaxşılıqlardan bir addım öndə görməzdik!


    Hər insanın daxilində şeytanlıq var.Bu şeytanlıq bəzilərdində daha çox bəzilərdində isə görünməyəcək qədər çox kiçikdir.Onların böyüyərək bizi, ətrafımızdakı insanları zəhərləməsinə şəraiti bizlər yaradırıq.Başqalarının pis tərəflərini asanlıqla qeyd edirik.Başqalarının səhvlərini hər zaman görürük.Ancaq növbə bizə gələndə hər şey dəyişir.Hər zaman nəzakət, xoş davranış gözləyirik.Bəs eynisini nə dərəcədə verməyə hazırıq? Bizlər hər zaman qarşılıqlı bir münasibət gözləyirik.
    Əgər mənə kimsə sərt davranırsa eynisini məndə etməliyəm!
    Əgər biri mənimlə kobud rəftar edirsə eynisini məndə etməliyəm!
    Əgər kimsə mənimlə nəzakətlidirsə eynisini məndə etməliyəm!

    Fikir verin.Bir insanın müəyyən müddətlik xoş yaxudda kobud rəftarlarına əsasən insanlara dəyər veririk.Bu insan məni tərif edirsə, məni bəyəndiyini dilə gətirirsə eynisini məndə ona etməliyəm deyirik.Bizə edilən pisliklərin isə necə geri qaytaracağımıza dair planlar qururuq.Görəsən necə edək ki, bizim keçirdiyimiz hisslərin eynisini oda yaşasın?
    Bizə kimlərsə yaxşılıq edirsə bunu zamanla unuduruq.Bizə əl tutan ilkləri çox az insanlar hər zaman xatırlayır.Əks halda hər kəsi yenilər əvəz edir.Köhnələr unudulur, yenilər isə könlümüzdə taxt qurur.Ancaq pisliklər olsaydı bunu unutmaz sonra kimi xatırlayar, bu söhbətin ölməsinə icazə verməzdik.

    Kaş edilən pislikləri yaxşılıqlardan bir addım öndə görməzdik!

    Xeyir şərə daima qalib gəlib deyirlər.Ancaq hal-hazırda şərlə məşğul olmaq daha məqsədə uyğundur.Çevrəmiz, həyatımız, insanlar bizim bu addımı atmağımıza vadar edirlər.Nə üçün valideynlərimiz , yaxınlarımız, bizi sevənlər bizə "Heç kəsi tanımadına güvənmə" deyirlər? Bu o demək deyil ki, bu bizə qarşı olan inamsızlıqdan irəli gəlir.Yox əsla! Çevrəmizdə hər cür tip insanların mövcüdluğundan irəli gəldiyi üçün bizə məsləhətlər veririlir.İnsanlar o qədər dəyişib ki, öz mənfəətlər uğruna yaxınlarına , sevdiklərinə xəyanət edən insanlarla tez-tez qarşılaşırıq.Artıq bu adi hal alıb.Eşitdikdə daha təəcüblənmirik.Görəsən gələcəkdə daha hansı pis vərdişləri çox asanlıqla qəbul edəcəyik?

    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Edilən pisliklər yaxşılıqlardan bir addım öndədir!

    Fikir verin.Bir insanın müəyyən müddətlik xoş yaxudda kobud rəftarlarına əsasən insanlara dəyər veririk.Bu insan məni tərif edirsə, məni bəyəndiyini dilə gətirirsə eynisini məndə ona etməliyəm deyirik.Bizə edilən pisliklərin isə necə geri qaytaracağımıza dair planlar qururuq.Görəsən necə edək ki, bizim keçirdiyimiz hisslərin eynisini oda yaşasın?
    Bizə kimlərsə yaxşılıq edirsə bunu zamanla unuduruq.Bizə əl tutan ilkləri çox az insanlar hər zaman xatırlayır.Əks halda hər kəsi yenilər əvəz edir.Köhnələr unudulur, yenilər isə könlümüzdə taxt qurur.Ancaq pisliklər olsaydı bunu unutmaz sonra kimi xatırlayar, bu söhbətin ölməsinə icazə verməzdik.

    bax burası lap eladı Emin çox sağol heqiqeten super mövzudu bunu amma inanmıramki burda başa düşenler olsun yeni 1 neçe neferden başqa ne vaxtsa men dediklerim olacaq burda yaşıyarıq görerik mende senin bu mövzuna benzer şeyler deyirem amma ne fayda düşmen kesiliblerde danışdıqca esebleşirem e qaqa ama çox sağol

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.