3 sonuçtan 1 ile 3 arası

Axmaqlıqlar

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Axmaqlıqlar

    1964cü ildə Pepsi reklam agentliyinin “Canlanın, siz Pepsi guşəsindəsiniz” şüarı, tərcüməçilərin bacarıqsızlığı ucbatından Almancaya “Məzarınızdan diri-diri çıxarır”, Çincəyə isə “Pepsi atalarınızı məzardan çıxarır” olaraq tərcümə edilmişdi.

    *****

    Amerikalı bir inşaat işçisi Arkanzasdakı bir marketi soyduqdan sonra qısa müddət sonar həbs edildi. Çünki, adam soyğun törətdiyi zaman, üzərində onun adı yazılmış bir kepka taxmışdı.

    *****

    Arizonalı birisi polis qandallarıyla oynayarkən özünü qandalladı və açarı
    tapa bilmədi. Özünü qurtarmaq üçün çilingər çagırmaq əvəzinə polisi çağırdı və bununla da başı
    bəlaya girdi. Onu qandallardan azad edən polislər ödənməmiş bir kəfalət borcu
    olduğunu müəyyən edəndə onu yenidən qandallayıb həbs etdilər.

    *****

    Floridada bir soyğunçu barmaq izlərindən yaxalananda çox təəccübləndi. Çünki hər
    soyğununa xüsusi diqqət edirdi. Əlcəyini belə titizliklə taxırdı , Sonuncu soyğunu zamanı isə o bir şeyi unutmuşdu. Taxdığı əlcək golfçuların istifadə etdiyi yarım barmaqlı golf əlcəyi idi.

    *****

    1932-ci ildə Los Angeles Olimpiadasında Fransız atlet Jules Miladın disk
    atmada qırdığı olimpiya rekordu sayılmadı. Çünki diskin hərəkət trayektoriyasını və düşdüyü yeri izləməli olan bütün hakimlər, taxta dirəklə hündürlüyə atlama yarşmasını izləmək üçün üzlərini çevirmişdilər.

    *****

    Gillette şirkəti 1902-ci ildə ülgüc satmağa başlayanda yüzlərlə kişi
    bu məhsuldan aldı. Sonradan bu ülgüclərin saqqalı kəsmədiyini söyləyərək onları zibilə
    atdılar. Gillette səlahiyyətliləri isə, bədbəxt müştərilərin təraşdan əvvəl, ülgücün
    sarıldığı kağızı çıxarmadıqlarını aşkar etdi.

    *****

    1985-ci ildə New Orneaslı təcili tibbi yardım bölməsi həmin ildə şəhərin hovuzlarında heç kimin boğulmadığını qeyd etmək üçün şənlik təşkil etdilər. Amma məhz həmin şənlikdə qonaqlardan biri orda yerləşən hovuzların birində boğularaq öldü .

    *****

    1975-ci ildə ingiltərəli bir cütlük televizorda ən sevdikləri verilişə baxanda
    kişi yarım saat gülərək infarkt keçirib öldü. Kişinin həyat yoldaşı isə
    dəfn mərasimindən sonra verilişin yaradıcı heyətinə məktub yazaraq, ərini həyatının son dəqiqələrində bu qədər xoşbəxt etdikləri üçün təşşəkür etdi.

    *****

    Məşhur ingilis vəkil F. E Smith, bir avtobus qəzasında qolu yaralandığı üçün iddia açan və qolunu yalnız çiyin məsafəsinə qədər qaldıra bildiyini ifadə edən bir fırıldaqçıya, "Qəzadan əvvəl qolunu nə qədər hündürlüyə qaldıra bildiyini " soruşdu. Adam qolunu başının üzərinə doğru qaldırıb göstərdi. Bununla da məhkəmədə məğlub oldu.

    *****

    1983-cü ildə mağazada oğurluq edərkən yaxalanan San Diegolu bir qadın , polislərə əgər onu buraxmasalar göyərənə qədər nəfəsini tutacağını söylədi.. Amma polislər qadını buraxmadılar. Qadın isə doğurdan da ölənə qədər nəfəsini tutdu.

    *****

    Amerikada qadının biri evinə gəlir və ərinin mətbəxdə titrədiyini görür.
    Görür ki, ərinin belindən su-qaynadıcıya doğru bir kabel gedir. Qadın dərhal qalın bir taxta parçası tapır və adamın qoluna vuraraq onu elektrik şokundan ayırmağa
    çalışır. Adamın qolu iki yerdən qırılır. Sonradan məlum olur ki, əri orada
    wallkman dinləyirmiş

    *****

    İraqlı bir terorist poçtalyona bombalı-məktub verir. Məktubun haqqı əskik ödəndiyi üçün məktub özünə geri göndərilir. Hər şeyi unudan terorist məktubu açanda bomba partlayır və terrorist hissələrə parçalanır.
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Axmaqlıqlar


  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Axmaqlıqlar

    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.