....MART...
Güllə təsir eləməyəcək....![]()
![]()
8 sonuçtan 1 ile 8 arası
-
01-14-2010, 12:55 AM #1
Doğulduğumuz aylar
Yanvar: Ciddi və hirsli biridir. Necə deyərlər, Dişləri incidəndir, dili can incidəndir. Ağıllı və planlı iş görür. Çünki avtobusda işləyir plan verir. Duyarlı və dərin hissləri var. Maryan cökəkliyində
yaşayır.
Fevral: Dəyişkəndir. Bakseldə işləyir və dəyişək inkişaf edək prinsipi ilə yaşayır. Düzgündür. İnadkardır.
İnadlaldır və inadkordur. Özünə güvəni yoxdur. İtirib. Tapanlar Baksellə əlaqə saxlasın. Xəyalların ardınca gedır. Amma Xəyallar onu azdıra bilmir. Qonşularında düz 8-dənə Xəyal var.
Mart: Utancaqdır. 4 oğul atasıdır. Tez hirslənir, güllələniləcək oy bağışlayın guvəlinəcək adamdır. İntiqamlıdır
qardaşıda Ehtiramlıdır. Bir sözlə ailəcə meyxanaçı İntiqam və Ehtirama pərəstiş edirlər.
Aprel: Aktiv və enerji doludur. Hər gün 5 ədəd Redbul icir. Təsəlli verməyi sevir. Can həkimidir. Yaddaşı güclüdür 4 GB. Tez-tez baş ağrıları olur. Hələ Antivirus yükləməyib.
May: Anlayışlıdır. Onu qovmaq lazım deyil özü durub gedir. Ədəbiyyat və incəsənətlə maraqlanır. Amma ədəbiyyat və incəsənət ondan qacır. Evdə oturmağı sevmir. Bütün günü uzanır.
İyun: Şirindildir. Buna görə də evlərində yay, qış qarışqa olur. Eyni anda bir çox şey haqqda düşünməyi
bacarır. Ona görə də özü-özünə danışır. Çoxdanışandır. Qərar verməyi bacarmır. Ancaq qərar alır.
İyul: Yaxşı sirdaşdır. Kin saxlaya bilmir. Gücü catmır. Kin çox ağırdı deyə. Yalnızlığı sevmir. Düz 4 dəfə yalnızlığa otval verib. Onun öz istədiyi var. Dost acısı cəkməyi bacarmır. Sinəsinə duşmür. Yalnız Yava cəkir.
Avqust: Zarafatcıldır. Qorxusuzdur. Liderliyi sevir. ATV-liyi bəyənmir. RomanTikdir. Atasından onun ücün Roman adlı şadlıq sarayı tikdirməsini istəyir. Yol gostərməyi sevir.Gələcəkdə Yol Polisi işləmək istəyir.
Sentyabr: Elmə fikir verir. Hər gün 1 packa fikir verir əvəzində ondan 1 siqaret alır. Unsiyyətdə secilir. İnsanların eyiblərini dolayı yolla da catdırır. Probka olanda başqa yollarla da catdırır. Amma özü qətiyyən güzgüyə baxmaq istəmir. Cünki evə güzgü almaqdan beziblər.
Oktyabr: Hamı ilə sözü tutur. Sonra birdən buraxır söz başı ustə yerə düşür. Yaxşı dostdur. Dostlara fikir verir. Xüsusilə də ayaqqabılarına. Tez küsüb, tez barışandır. Təsir altına tez düşür. Cünki qonşuları hər gün o balkonun altından kecəndə onun başına təsir tökür.
Noyabr: Calışqandır. Alışqandır. Yapışqandır belə sozləri xoşlamır. Cünki pəltəkdir "ş" hərfini deyə bilmir. İradəsi güclüdür. İstədiyi qız İradə idmana gedir. Hamını olduğu kimi qəbul edir. Amma hamı onu gorunuşunə gorə yola salır.
Dekabr: Səbirsizdir. 4 oyundur ki, "sə" "bir" ata bilmir. Və 3 oyundur ki, bütün nərd yoldaşlarına Marsla uduzur. Dostlara bağlı olur. Hər gün ən azı bir dostuyla düyünə düşür. Sevildiyini daim hiss etmək istəyir. Qripdir deyə burnu iy hiss eləmir.[
-
01-14-2010, 01:03 AM #2
Re: Doğulduğumuz aylar
REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)
-
01-14-2010, 01:09 AM #3
Re: Doğulduğumuz aylar
Amiqo_100M Nickli Üyeden Alıntı
[
-
01-14-2010, 01:25 AM #4
Re: Doğulduğumuz aylar
Oktyabr: Hamı ilə sözü tutur. Sonra birdən buraxır söz başı ustə yerə düşür. Yaxşı dostdur. Dostlara fikir verir. Xüsusilə də ayaqqabılarına. Tez küsüb, tez barışandır. Təsir altına tez düşür. Cünki qonşuları hər gün o balkonun altından kecəndə onun başına təsir tökür.
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
01-14-2010, 01:42 AM #5Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Doğulduğumuz aylar
May: Anlayışlıdır. Onu qovmaq lazım deyil özü durub gedir. Ədəbiyyat və incəsənətlə maraqlanır. Amma ədəbiyyat və incəsənət ondan qacır. Evdə oturmağı sevmir. Bütün günü uzanır.

-
01-14-2010, 01:46 AM #6
Re: Doğulduğumuz aylar
Sentyabr: Elmə fikir verir. Hər gün 1 packa fikir verir əvəzində ondan 1 siqaret alır. Unsiyyətdə secilir. İnsanların eyiblərini dolayı yolla da catdırır. Probka olanda başqa yollarla da catdırır. Amma özü qətiyyən güzgüyə baxmaq istəmir. Cünki evə güzgü almaqdan beziblər.
[
-
01-14-2010, 02:34 AM #7
Re: Doğulduğumuz aylar
Oktyabr: Hamı ilə sözü tutur. Sonra birdən buraxır söz başı ustə yerə düşür. Yaxşı dostdur. Dostlara fikir verir. Xüsusilə də ayaqqabılarına. Tez küsüb, tez barışandır. Təsir altına tez düşür. Cünki qonşuları hər gün o balkonun altından kecəndə onun başına təsir tökür.
[
-
01-22-2010, 08:41 AM #8Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Doğulduğumuz aylar
Aprel: Aktiv və enerji doludur. Hər gün 5 ədəd Redbul icir. Təsəlli verməyi sevir. Can həkimidir. Yaddaşı güclüdür 4 GB. Tez-tez baş ağrıları olur. Hələ Antivirus yükləməyib.
sağolasan emin


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla

Yer imleri