HE COX MARAQLIDI![]()
INANC GORUNMEYENE INANMAQDIR,
GORUNMEYENE INANARSAN
BASQALARININ GORMEDIKLERINI
GORE BILERSEN!!!
ML789
3 sonuçtan 1 ile 3 arası
-
01-11-2010, 04:48 PM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Niyə mən? - deyən hərkəs üçün.
Brenda yamac dırmaşması etmək istəyən gənc bir qadın idi. Bir gün cəsarətini toplayıb bir qrup dırmaşmasına qatıldı. Dırmaşacaqları yerə çatdıqlarında, haradasa divar kimi düz, böyük və qayalıq bir yamac çıxdı qarşılarına. Bütün qorxularına baxmayaraq, Brenda əzmli idi. Təhlükəsizlik kəmərini taxdı, ipi tutdu və qayanın dik üzünə dırmaşmağa başladı.
Bir müddət dırmaşdıqdan sonra, fasilə etmək üçün bir oyuq tapdı.. Orada asılı dayanarkən, qrupdan yuxarıda ipi tutan adam dalğınlığa düşərək ipi boşaltdı. Birdən boşalan ip, sürətlə Brendanın gözünə çırpılaraq linzasının düşməsinə səbəb oldu. Linza çox kiçik idi və tapılması haradasa qeyri-mümkün idi. Linza yamacın ortasında bir yerlərdə qalmışdı və Brenda artıq bulanıq görürdü. Ümidsizlik içində Brenda, linzasını tapması üçün Allaha dua edə bilərdi yalnız. Və içdən içə düşünüb dua etməyə başladı.
"Allahım! Sən bu anda buradakı bütün dağları görürsən. Bu dağlar üzərindəki hər bir daşı və yarpağı bildigin kimi, mənim linzamın yerini də bilirsən. Onu tapmağıma kömək et"
Çığırlardan gedərək aşağı endilər. Aşağı endiklərində, dırmaşmaq üzrə ora doğru gələn yeni bir qrup gördülər. İçlərindən biri 'Aranızda linza itirən varmı?' deyə qışqırdı.
Brendanın sonradan öyrəndiyinə görə, linzanı bir qarışqa daşıyırdı və qarışqa yeridikcə yavasca qayanın üzərində hərəkət edib parıldayan linza qızların diqqətini çəkmişdi.
Evə döndüklərində Brenda linzasını necə tapdıqlarını atasına izah edəcək və bir karikaturaçı olan atası da ağzıyla linza daşıyan bir qarışqa rəsmi çəkərək, qarışqanın üzərindəki balaca şara bunları yazacaqdı:
"Allahım! Bu əşyanı niyə daşıdığımı bilmirəm. Bunu yeyə bilmərəm və haradasa daşıya bilməyəcəyim qədər ağırdır. Amma istədiyin yalnız bunu daşımağımsa, sənin üçün daşıyacam...!"
"BU YÜKÜ NİYƏ DAŞIYIRAM" deməyin....
-
01-11-2010, 10:17 PM #2Senior Member
- Üyelik tarihi
- Jan 2010
- Mesajlar
- 176
Re: Niyə mən? - deyən hərkəs üçün.
-
01-12-2010, 02:57 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Niyə mən? - deyən hərkəs üçün.
tsk


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri