Son 11 ayda əhalinin adambaşına düşən gündəlik istehlak xərcləri orta hesabla 3 manat 90 qəpik təşkil edib. Bunun 2 manat 50 qəpiyi ərzağa, 1 manat 40 qəpiyi isə qeyri-ərzaq mallarına xərclənib. ?İqtisadi forum? jurnalının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu xərclər ötən ilin müvafiq dövrünün göstəriciləri ilə 8,6 faiz çoxdur.DSK-nın məlumatına görə, 2009-cu ilin yanvar-noyabr aylarında ticarət şəbəkəsindən əhaliyə 10,5 milyard manat həcmində müxtəlif çeşidli istehlak malları satılıb. Bu göstərici 2008-ci ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çoxdur.Əhalinin 11 ayda mağazalara xərclədiyi vəsaitlərin 64,8 faizi ərzaq, 35,2 faizini isə qeyri-ərzaq məhsullar təşkil edib. Bu dövrdə ərzaq xərcləri 6,8 milyard manat, qeyri-ərzaq xərcləri 3,7 milyard manat olub. Bu xərclərin həcmi ötən illə müqayisədə müvafiq olaraq 10,5 faiz və 4,5 faiz artıb.Bu ilin 11 ayı ərzində əhaliyə 3,6 milyard manatlıq pullu xidmətlər göstərilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur. Xidmətlərin 80 faizi hüquqi, 20 faizi isə fiziki şəxslərin payına düşüb. 2008-ci ilin 11 ayı ilə müqayisədə onların həcmi müvafiq olaraq 12,5 faiz və 11,5 faiz artıb.