Rusiyanın “Digital Sky Technologies” şirkəti "Facebook" layihəsinə 100 milyon avro sərmayə qoyub. Bu şirkət "Facebook"un 1,5 faizlik səhmlərini alıb.

Rusiya sərmayə şirkətinin payı "Microsoft”un payı (1,6 faiz) ilə müqayisədə 3 dəfə artıq qiymətləndirilir.

Xatırladaq ki, şirkət artıq "Facebook"a 400 milyon dollar sərmayə yatırıb və yenidən sosial şəbəkənin səhmlərini almaqda davam edəcək.