Son 10 ilin ən ağıllı insanları seçilib. Onları Amerikanın "The Daily Beast" internet saytı seçib. Siyahıda 25 nəfər yer alıb. Siyahıda ilk yeri “Google” axtarış sisteminin yaradıcıları Lari Peyc və Serqey Brin tutur. Onlardan sonra “Apple”nin şəriklərindən olan Stiv Cobs və Nobel mükafatı laureatı, ABŞ-ın energetika naziri Stiven Çu gəlir.

Siyahıda həmçinin ABŞ-ın dövlət katibi Hillari Klinton, Barak Obamanın seçki kampaniyasını idarə edən və bir necə ay əvəll Azərbaycanda da səfərdə olan Devid Plav, Harvard Universitetinin hüquq fakültəsinin professoru Elizabet Varren, “Wikipediya”nın yaradıcısı Cimmi Vales, internet mağaza olan amazon.com-un qurucusu Ceff Bezos, amerikalı general Devid Petraus, “Əl Qaidə" terror təşkilatının liderlərindən olan Ayman Əl Zəvahiri və digərlər yer alıb.