Bayquşun lənəti
...dayanmışdı yenə gizli budaqların arxasında ,səssizcə və ətrafı izləyirdi boynunu təprətmədən.İri gözləriylə müşahidə edirdi gördüklərini.Əncir ağacının budaqlarından birinə qonmuşdu yenə O körpə dünyaya gələndən Bayquşun doğma yeri olmuşdu bu əncir ağacı ,burdan durub olanları izləyərdi.Körpənin ər hərəkətini,və ona yaxınlaşan hər şeyi,heç gözünü ayırmırdı bu sadiq quş...bay-quş...Tanrı ona balacanı qorumağı tapşırmışdı hər nə olursa olsun onun yanından ayrılmayacaqdı.O öz işinin öhdəsindən gəlirdi,ama ailənin vəziyyəti bir o qədərdə yaxşı deyildi ailə darma-dağın idi,hərə bir tərəfdə öz işiylə məşğul olardı həmişə evdəkilər sanki bir qandan deyillərdi hərə bir tərəfə çəkilib oturardı ,sərt kinli baxışlar,susqun və soyuq külək əsərdi sanki balaca otağın içində,ailə üzvləri bir birini qəlbini qırar,mənasız suallar və o mənasız suallara sərt cavablar,evdəkilərin naşükürlükləri və.daha nələr ev hər zaman sakin sükut lənət içində olardı halbuki ailə böyük idi...Bayquş ailənin bu halına kədərlənərdi ama edəcəyi bir şey yox idi o səssiz sakin körpəni izləyərdi onu qoruyurdu . körpənin qoruyucu mələyi idi o,tanrı tərəfindən göndərilən qoruyucu mələk...
İllər keçdi bayquş yaşlandı, körpə böyüdü.İlk addımlarını atdı,dil açdı,danışdı “ana” dedi,dahada böyüdü baxçaya getdi,məktəbə getdi,ailəyə sevinc gəlirdi gündən günə sanki bu o köhnə lənətli ailə deyildi lənət qalxmışdı evdən günlər şən keçirdi artıq.hər şey yolunda gedirdi taki…
Gecə düşmüşdü axşam yeməyindən sonra ailə bir yerə toplanırdı hər dəfə,əvvəlki kimi deyildi artıq,ailə mehribanlaşmışdı,Nəzakət xanım üzünü Arif bəyə tutub:
-Arif,yaz gəlir qabaqdan həyətdəki əncir ağacını kəsək,həm o bri ağacların qarşısını kəsir həmdə həyətə girən kimi adamın elə bil gözünə girir.
-Ay arvad durubda orda elə gərək nəyisə kəsəsən?mənim ömrümü yedin qurtardın heç olmasa qoy yazıq ağac doya doya yaşasın-deyib gülüşdülər,sonra nəzakət xanım əlindəki qab-qacağı mətbəxə apardı geri dönüb:
-Yox yox zarafat bir yana kəsək ağacı
-Aydındı, sən qaralamısan artıq o ağacı.kəsərik.
Yaşlı Bayquş hər şeyi eşidirdi..İllərdir ona yuva olan ağacı kəsəcəkdilər..Narahat idi.gecə belə keçdi..
Səhər açıldı,balaca oyanmışdı,budəfə hamıdan tez oyanmışdı,narahat idi niyəsə,bir sıxıntı vardı içində gedib hamını durquzurdu bir-bir..sanki yalnız qalmaqdan qorxurmuş kimi..Oyandı hamı,bir-bir,ama balaca yenə narahat idi..
-Arif işə getməmişdən gəl bu ağacı kəs sonra gedərsən.
-Az üstüm başım batacaq,qoy cıxım rədd olum işə
-Heçnə olmaz gəl kəski günortaya qədər uşaqlar zir-zibilini daşıyıb aparsınlar-deyib əlindəki baltanı uzatdı,Arif bəy pencəyini çıxarıb baltanı aldı,baxçaya keçdi,bu sırada balaca gəldi o ağacın kəsiləcəyindən xəbəri yox idi,atasının yanına gəlib kəsməməsiyçün adəta yalvarmağa başladı,uşağın ağaca qeyri adi bir bağlılığı vardı,o ağacın altında oynadığı anları xatırlayırdı göz yaşları içində,və dəfələrlə “ata nolar kəsmə” deyirdi,atası baltanı hər vurduğunda uşaq dahada yüksəkdən hönkürürdü.Ağac illərin verdiyi o məğrur,özünə məxsus duruşu itirirdi,balta hər dəfə onun incə damarlarını qırırdı,ağacın süd rəngli suyu axırdı baltanın kəsdiyi hissədən,balaca nə olduğunu bilmədiyi bu suyu gördükdə dahada kədərlənərək:
-Ata bax,ağac ağlayıre ata,kəsmədə nolar-deyib bu dəfə atasına yaxınlaşdı əlnini tutdu.
-Ay uşaq oyana dur arxamda durma balta çıxıb bir yerinə dəyər.
-Ay bala gəl keç bu tərəfə.zarıma-deyə deyinməyə başladı Nəzakət xanım
…Yıxıldı ağac..son zərbə çox möhkəm olmuşdu..Baharın bu çiçəkləyən vaxtlnda yıxıldı..kökündən kəsildi..ayaqda qalmağa çalışdı ama olmadı taqeti yox idi..ayrılmışdı dayaq nöqtəsindən..uşaq ağlayırdı..gözlərindən süzülən yaşlar dodaqlarının kənarlarından axırdı..Elə bu sırada ağacın budağından olanları izləyən bayquş ağacın yıxılmasıyla birlikdə qanadçaldı,ama illərdir özünü gizləyən bayquş bu dəfə ələ vermişdi özünü.Nəzakət xanım bayquşu görər görməz bir qıy qışqırıq cıxardıki gəl görəsən.əlinə keçən nə varsa bayquşa atmağa başladı,yaman qorsmuşdu nədənsə.Bayquş ağacdan ağaca qonur uzaqlaşmağa çalışırdı,
-Kış kış,rədd ol,lənətə gələsən səni bayquş.bircə sən əskik idin.kış.
Balaca uşaq nə olduğunu anlamırdı ama quşu çox sevmişdi,onun iri gözlərini görmüşdü bir an,anasının yanına gəlib:
-Ana niyə daşlayırsanki?nə günahı var?
-Bala bu quş xarabaxanalarda yaşayır,getdiyi evədə uğursuzluq aparar qoy rədd olsun
-Niyə uğursuzluq gətirirki ana?
-ee az sual verdəə.çıx evə-deyib qolundan tutub uşağı evə qaldırdı bayquşun gözdən itməsini gözlədi evə çıxıb telefonun dəstəyini əlinə aldı.Qonşunun arvadına zəng edirdi.O təcrübəli idi bu məsələlərdə.nə lazım olduğunu yaxşı bilərdi.
__zrıngg zrıngg(,,,,)
-Aalo
-Zema salam az nətərsən
-Bıy,sağol natı sən nətərsən az,itib batıbsan bir üzünü görək.nə səs küy idi yenə sizdə bayax,səsini atmışdın başına
-Az heçnə bayquş gəlib həyətə,qorxdum,zəng etdim sən bilərsəndə neyləmək lazımdı bunada duz çörək qoyanda gedir?
-Bayquş?vaxseey.iraq-iraq ay alla.
-Az ta hə,de görüm neyləmək lazımdı
-Bir taxta götür başına köhnə əskilərdən sarı benzinə batır gecələr gələndə yandır tulla quşa tərəf,birdəgəlməz
-Hə yaxşı,zibilə qalsın görüm elə o quşu,problemimiz az idi birdə bu çıxdı
-Hə demə demə
-Nəysə zema sənidə işindən elədim yaxşı sağol
-Əşş yoxe nə iş?xoşdu,oldu sağol.-deyib dəstəyi asdı
Axşam üstü evin hər tərəfi adəta məhşər meydanına dönmüşdü hər tərəfdə qonşunun məsləhət gördüyü benzinli parçalar yandırıldı,Bayquş qanadçaldı ama bu dəfə yalnız deyildi yanında balalarıda vardı..
-Getmire bunlar ay Arif.
-Eee çıx mənim ov tüfəyimi gətir görüm,ikisinində işini birdən bitirim.(!)
Balaca yenə ordaydı yalvarırdı,illər ərzində özünü sadəcə balacaya göstərən bayquşsa çətin havada qanad çalırdı,,,,,,,,,və budur,bir atəş,və bayquş artıq qanadçalmırdı,ama vurulan bala bayquş idi,balasının vurulmasıyla,Ana bayquş uçub yere endi və balasının başı üzərində durdu.
-Həəə,öz ayağınla gəlmisən? Ay əclaf .Al buda sənə-deyib tətiyi çəkdi..,(,,,)
-Ataaaa- deyə fəryad etdi balaca,Bayquşların başı üstünə gəldi və əllərini birləşdirdi,dua edirdi,tanrıya onlara yenidən can verməsiyçün dua edirdi..ama nafilə..
-Əlvida Bayquş.....
....Artıq evin uğur mələyi öl(dürül)müşdü,və evi Şər Tanrısının lənəti bürümüşdü.Nəzakət xanım gecə yatmazdan əvvəl diz çökdü əllərini açdı və tanrısına dua etdi. “Allahım,yalvarıram sənə,o xarabalıq quşu hər nə səbəbdən gəlibsə hər nə şər gətiribsə tərsi olsun,niyəti boşa çıxsın”-deyib yatağına uzandı yuxuya getdi
Səhər lənətlər içində açıldı... Şər Tanrısının lənəti bürümüşdü evi ,və ananın duası qəbul olunmuşdu, bayquş hər nə səbəblə gəlmişdisə niyəti tərsinə çıxmışdı balacanın üstündəki uğur, Xeyir Tanrısının qoruması altından çıxmışdı artıq balaca ...(ardını yazan yazsın bu sadəcə məşq mərhələləridir)