John McCain
John McCain (d. 29 Avqust 1936) ABŞ Senatı 'nda Arizona əyalətini təmsil edən Respublikaçı Partiyalı bir senatordur. ABŞ siyasətində təsirli bir rol oynayan senator 18 Fevral 2007də 2008 ABŞ prezident seçkiləri üçün namizədliyini elan etdi. Ön seçkilərdə Respublikaçı Partiyanın digər namizədlərini uduzmaya uğradaraq prezident seçkilərində Respublikaçı Partiyanı başçı namizədi olaraq təmsil etmə haqqını əldə etdi.
Həyatı

John McCain 29 Avqust 1936 tarixində o zamanlar ABŞ suverenliyi altındakı Panama Kanal Bölgəsi doğuldu. Ailəsində dənizçilik ənənəsi olan McCainin həm atası, həm də babası ABŞ Dəniz qüvvətlərində generallıq rütbəsinə çatmışdır. Özü də eynilə atası və babası kimi 1954-cü ildə ABŞ Dəniz Qüvvətləri Akademiyasına girdi. 1967-ci ildə dəniz qüvvətlərinə aid döyüş təyyarələrində pilotluq etmək üzrə Vyetnam Döyüşünə göndərildi. 26 Oktyabr 1967 tarixində 20 təyyarəlik bir hücum flotuyla birlikdə Vyetnamın Hanoi şəhəri yaxınlarındakı bir termoelektrik stansiyası məhv etməklə vəzifələndirildi. Ancaq təyyarəsi Şimal Vyetnamlılar tərəfindən salınan McCain 1967-1973 illərində 5,5 illik bir müddət boyunca Vyetnamda məhbus qaldı.

Siyasi Karieri

1982-ci ildə siyasətə girən McCain 1982-1986 illəri arasında ABŞ Nümayəndələr Məclisi üzvlüyü etdi. 1986-cı ildən bu yana da ABŞ Senatında senator olaraq vəzifə yerinə yetirməkdədir. McCain ilk dəfə 2000 ABŞ prezident seçkilərində Respublikaçı Partiyadan başçılığa namizədliyini qoydu. Ancaq Corc W. Buşun partiyanın namizədi seçilməsi üzərinə başçılıq yarışından çəkildi. McCain 2004 ABŞ prezident seçkilərində namizəd olmayaraq Corc W. Buşu dəstəklədi. Nəhayət 18 Fevral 2007 tarixində 2008 ABŞ prezident seçkiləriyə qatılmaq üzrə ikinci bir dəfə başçılığa namizədliyini qoydu. 2007 ili boyunca uzun müddət McCainin başçılıq kampaniyası köhnə New York bələdiyyə başçısı Rudy Giuliani kimi digər namizədlərin gerisində seyr etdi. Ancaq 8 Yanvar/ocaq 2008 tarixindəki New Hampshire ön seçkilərində gözlənilməz bir müvəffəqiyyəti tutan McCain gedərək partiyanın digər namizədlərini geridə buraxdı. 4 Noyabr 2008 tarixində ediləcək olan prezident seçkilərində Respublikaçı Partiyanın namizədi olaraq yarışacaq.