2 sonuçtan 1 ile 2 arası

Bu Bizim Seçimimizdir!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Bu Bizim Seçimimizdir!

    Hər şey bu dünyaya gəlməyimizdən başladı. Seç dedilərmi yaşamla ölüm arasında-yox! Seçdi Tanrı bizim üçün bu dünyanı. O dünyakı insanın olduğu yerdə pislik durur, pisliyin ayaq açıb yeridiyi yerdə isə ədalət şikəstdir. Yaşayaraq ölümə getdiyimizi bilirdik. Ölümsə yaşamağımıza mane olmadı. Yaşadıq və seçdik.

    “Seç!”, - dedilər hörmətlə rüşvət arasında. Beşikdən yeşiyə rüşvətlə başladıq, istəyərək, ya istəməyərək, ya da onların istəyi ilə, amma seçdilər rüşvəti bizim üçün doğulduğumuzda xəstəxanada başlayan muştuluq kompaniyası və ölərkən mollaya verilən gözaydınlığı ilə.

    “Seç!”, - dedilər laylayla, serial arasında. Seçə bilmədik birincini, seçdilər yerimizə ikincini. Dedilər, nə fərqi var ki, ikisi də yuxuya verir səni. Hələ də mürgülədir bu seriallar məni ona uyan millətimiz kimi.

    “Seç!”, - dedilər istəyimizlə istəklərin arasında. Seçə bilmədik seçdiyimizi. Seçdiklərini seçdik. 11 illik məktəbi, mütləq bitirməli olduğumuz universiteti, Bakıda çəkəcəyimiz əsgərliyi, evlənəcəyimiz halal, amma verdiyimiz cehizləri haram etdiyimiz qızı, bir il içində görməli olduqları nəvəni də onlar seçdilər.

    “Seç!”, - dedilər əxlaqla əxlaqsızlıq arasında. Küçə qadınından heç bir fərqi olmayanı xalqımızın artisti, sirk ustası edib digərinə qıyğacı baxdıqda, bakirəliyi dəbdən saldıqda seçdik əxlaqsızlığı. Bakirə qalan Qız Qalasını da ləkələdik evroremontla, evrogeyim və evromakiyajla ləkələnən qızlarımız kimi.

    “Seç!”, - dedilər nəğdlə kredit arasında. Seçdik krediti, verdik hər şeyi xırda-xırda. Seçdik “Hərəyə Qarabağdan bir ovuc kompaniyasını”, verdik kreditə 8 rayonu, zurnanın müşaəti ilə çalacağıq İnşAllah ipotekayla verəcəyimiz Bakının toyunu.


    “Seç!”, - dedilər “Qubadlı”, “Zəngəzur”, “Qarabağ”, “Zəngilan” və sair kimi restoranlarda “Qaytağı” ilə “ Qarabağ şikəstəsi” arasında. 10 manata “zakaz” verib qoyduq çolaq Qarabağda vuruşanın şikəst əlin, sınmış qəlbin.

  2. #2
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Bu Bizim Seçimimizdir!

    Sag ol
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.