Ermənilərə satılmış əsgərlərlə bağlı şahid ifadələrini dərc edib. Qəzet adını gizli saxladığı şahidin ifadəsinə əsasən yazır ki, həmin hərbçi 2006-cı ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılaraq «N» saylı hərbi hissəyə göndərilib.
Məqalənin əvvəli
2007-ci il aprel ayına kimi komandirləri baş leytenant Elşən İsayevin tabeliyində normal xidmət aparıb. Həmin ay E.İsayevin əvəzinə qulluq etdiyi tağıma leytenant Xaqani Cavadov komandir təyin olunub. Noyabr ayının ortalarında isə Xaqani Cavadov onu və çavuş Elçin Məmmədovu yanına çağıraraq «hazırlaşın, düşürük komaya» deyib: «Həmin ərazidəki posta tərəf gedərkən Xaqani ilə Elçin düşmən postları olan istiqamətə hərəkətə başladılar. Cavadova əllə işarə verərək dedim ki, komandir komaya bu tərəfdən gedirlər. O isə özünü elə apardı ki, güya eşitmədi. Bir də deyəndə əli ilə işarə elədi ki, gəl bəri, komalara bu üzdən də yol var.
Leytenant əsgərimizi ermənilərə bir siqaretə satıb
Erməni postuna çatmağa 100 metr qalmış qabağımıza qara paltarda iki nəfərin gəldiyini gördüm. Komandirə gəl qaçaq desəm də, o, qorxma bunlar komalara baxandı, deyib məni saxladı. Həmin 2 nəfər yaxınlaşaraq Cavadov və Məmmədovla salamlaşdıqdan sonra komandir onlarla azərbaycan dilində danışmağa başladı. Onlardan siqaret gətirib-gətirməmələrini soruşdu. Onlardan biri ona paket verdi və sağollaşaraq 10-15 gündən sonra görüşərik dedi. Leytenant Cavadovun əlindəki paketi göstərib bu nədir deyə soruşdum. O, cavab verdi ki, mənim siqaretimdi, sənə nə var, onsuz da sənə ondan verilməyəcək. Təqribən noyabr ayının axırlarında, Cavadov yenə dedi ki, komaya gedirik. Orada eynilə birinci dəfə getdiyimiz qayalıq deyilən ərazidə iki nəfər bizi qarşıladı. Bir az söhbət etdikdən sonra onlardan biri dedi ki, gəlin yuxarı qalxaq. Qabaqda görünən posta çatana qədər Cavadov və Məmmədov onların yanında söhbət edə-edə getdi. Mən də məcbir olub onların arxasınca gedirdim. Yolda komandirdən bir neçə dəfə hara getdiyimizi soruşdum. Lakin cavab vermədi. Posta çatanda ona bu bizim tərəfimizin postuna oxşamır desəm də, o, bu bizim postumuzdur, qorxma deyib məni "blindaj"ın içinə çağırdı. Ora qədər heç nədən şübhələnməmişdim. «Blindaj»da komandirin məni aldatmasını və ermənilərin yanına gətirməsini başa düşdüm. Qorxudan heç nə danışmırdım. Ermənilər bir az Cavadov və Məmmədovla söhbət etdikdən sonra onları çölə çıxardılar. Mənə isə azərbaycan dilində içəridə qal dedilər".
Əsgər ifadəsində göstərib ki, həmin vaxt ermənilərdən biri ondan soyunmasını tələb edib: «Qorxudan paltarlarımı soyundum, daha sonra dedilər divara tərəf çön, əllərini isə başının arxasında saxla və əyil. Onlardan biri videokamera quraşdırıb üstümə gəldi».
“Bes Tufan”Əsgər erməni hərbiçisi tərəfindən zorlanandan sonra paltarlarını geyindiriblər və qabağına kağız qoyulub: «Kağızın üstündə yazılanları oxuya bilmədim. Həmin vaxt leytenant Cavadov və çavuş Məmmədov "blindaj"a daxil oldu. Məndən harada yaşadığımı, ata-anamın kimliyini, ailə üzvlərimin sayını soruşdular. Suallarına cavab verdikdən sonra dedilər ki, əgər bu barədə kiminsə yanında danışsan kameraya çəkdiklərini evimizə göndərəcəklər. Leytenant Cavadova mənə ad qoyulmasının lazım olduğunu dedilər. Ermənilərdən biri dedi ki, bundan sonra sənin adın «Bes Tufan» olacaq və biz səninlə təklikdə söhbət edəcəyik, postunuza kim gəldi, hansı vəzifədə işləyir, nə üçün gəlmişdi, bu barədə məlumat toplayıb bizə deməlisən. «Sançast»da, korpusda, Şəmkirdə, Gədəbəydə nə qədər əsgərin olduğunu öyrənməyi tapşırdılar. Bundan sonra «blindaj»dan çıxaraq posta qayıtdıq. Yolda komandir dedi ki, heç nədən qorxma, qorxusu yoxdur. 4-5 gün sonra komandir komaya düşmək üçün hazırlaşmağımızı tapşırdı. Ona getmək istəmədiyimi bildirəndə dedi ki, istəyirsən kaseti hamı görsün. Məcbur olub leytenant Cavadov və Elçin Məmmədovla bir daha qayalıq tərəfə getdik. Neytral ərazidə həmin 2 nəfərlə görüşdük. Orada məni sorğu-sual etsələr də, heç nə cavab vermədim. Ermənilərdən biri Cavadova dedi ki, bu uşaq bizə məlumat vermir, özünə yaxşı uşaq tap gətir. Komandir də başqa uşaq tapacağına söz verdi. Posta qayıdarkən Cavadov dəfələrlə soruşdu ki, nə üçün işləmək istəmirsən. Mən də ona ermənilərə işləməyəcəyimi dedim. Təqribən 25 gün sonra, 2007-ci ilin dekabr ayının ortalarında erməni tərəfdən «Bes Tufan» deyə qışqırdılar. Cavadov dedi ki, gedirik görüşə. Komandirdən məni aparmamasını xahiş etdim.
Lakin o təkidlə getməlisən dedi. Elçin Məmmədov və leytenant Cavadovla birlikdə eyni ilə həmin yolla qayalıq tərəfə getdik. Neytral ərazidə ermənilərlə görüşdük, onlardan biri məndən verdiyi tapşırıqla maraqlandı. Mən ancaq postda olduğumu deyib heç nə bilmədiyimi söylədim. Erməni əsəbiləşib «necə yəni heç kəsi görməmisən» dedi və Cavadova baxdı. O da erməniyə dedi ki, yuxarı qalxaq, mən onu başa salacam. Posta çatdıqdan sonra Cavadov məndən nə üçün onlara işləmədiyimi soruşdu. Dedim ki, mən işləmək istəmirəm. Məni öz otağına çağırdı və onlarla işləməyə məcbur etmək istədi. Mən «blindaj»dan çıxdım. Leytenant Cavadov da arxamca çıxıb geri dönməyi əmr etdi. Bir neçə dəfə qışqırdıqdan sonra Elçin Məmmədovu yanına çağırıb «onu sındırın» deyə tapşırıq verdi. Elçinin ana-bacı söyüşü söyməklə məni ermənilərlə işləməyə məcbur edəcəyini dedi. Bir neçə gün sonra Cavadov postu özbaşına tərk edib evə getdi. Evdə olduğu vaxt onun göstərişinə əsasən çavuşlar Elçin Məmmədov və Samir Tağıyev məni döyüb işgəncə verirdi. Əynimə çoxlu «bronjilet» geyindirib qaçırdırdılar.
Əsgəri bamğalayıblar
Samir Tağıyev dəmir xətkeşi alovun içinə qoyub çiynimdə yazılmış ana və ata sözlərinin üstünə damğa vurdu. 2008-ci ilin fevral ayının əvvəllərində çavuşlar əsgər Elməddin Əliyevə əllərimi qapıya bağlatdırıb əllərinə dəsmal doladılar və boksçular kimi qarın, sinə və sifətimə zərbələr vurdular. Bundan sonra hər ikisi əllərini bir-birinin çiyninə qoyaraq təpiklə qarnıma iki-üç zərbə vurdu. Elməddini də yumruqla məni vurmağa məcbur etdilər. Bir neçə gün sonra isə bizi sıraya düzüb «hamınız blindajın ətrafına saatdar çıxırsınız, kim istəmirsə mobil telefona kontur yükləsin» dedilər. Valideynlərimin çavuşların telefonuna kontur yükləməyə imkanı olmadığından mən zəng eləmədim. Əsgər Rəsul Məmmədova mənə 5 ədəd zirehli gödəkcə geyindirməyi tapşırdılar.
Şəxsi heyətin gözü qarşısında işgəncə
1 saat sonra daha iki «bronjilet»i əynimə geyindirdilər. Bütün bunları şəxsi heyətin yanında edirdilər. Nəfəsim kəsildi, huşumu itirib yerə yıxıldım. Əsgərlərdən kimsə sifətimə su çilədi, özümə gəldikdən sonra gödəkcələr bədənimdən çıxarıldı. Beş-on dəqiqə keçəndən sonra təkrarən 5 zirehli gödəkcənı geyindirdilər. Həmin gödəkcələr çox olduğundan gözümün qabağını kəsirdi və qarşı tərəfi görmürdüm. Bu vəziyyətdə bir saata yaxın «blindaj»ın ətrafında gəzdim. Çavuşlar mənə baxıb gülürdülər, yaxınlaşaraq təpiklə vururdular. Axşam Elçin Məmmədov «blindaj»ın içində gödəkçələri əynimdən çıxartdırıb əsgər yoldaşlarıma əsgərlər arasında «DŞK silləsi» deyilən sillələrlə məni vurmağı əmr etdi. Çavuş Samir Tağıyev də bir neçə dəfə həmin sillədən vurdu".
Əsgərlə cinsi əlaqəHəmin gecə çavuşlar əsgərin çarpayısına yaxınlaşaraq ülgücü boğazına dirəyiblər və S.Tağıyev onu zorlayıb: «Elçinə deyirdim ki, eyni çağırışdanıq, məni müdafiə etmək əvəzinə sən də belə hərəkət edirsən. O isə məni vurub deyirdi ki, səsini çıxarma. Martın 27-də Cavadov məni öz otağına çağıraraq belini ovuşdurmağımı tapşırdı və mənimlə cinsi əlaqədə olmaq istədi".
Əsgər ifadəsini davam etdirərək deyir ki, yalnız Cavadovun göstərişi ilə döyülüb, bundan başqa heç kim onu incitməyib, hamı ilə çox yaxşı və qardaş münasibətində olub. Sonradan isə çavuşlar ona işgəncələr verərkən postun digər əsgərlərinə də onu vurmaq və ya «bronjilet» geyindirmək göstərişi veriblər. Əsgər yoldaşları bunu etmək istəməyəndə onları qorxudublar. Nəticədə əsgərlər ona bir təpik zərbəsi vurublar. Sonradan isə sakitcə «bağışla» deyərək kənara çəkiliblər. Öz əsgər yoldaşlarında heç bir günah görmədiyini, onlara qarşı heç bir şikayəti olmadığını, 2008-ci ilin aprelində isə ordu sıralarından ehtiyata tərxis olduğunu deyib.
Davamı var...
Qeyd edək ki, bu il mayın əvvəlində Respublika Hərbi Prokurorluğunda 5 nəfər hərbçinin işi üzrə ibtidai istintaq yekunlaşıb. İttiham aktına görə, «N» saylı hərbi hissənin zabiti, leytenant Xəqanı Bəkir oğlu Cavadov kiçık çavuşlar - Elçin İbad oğlu Məmmədov, Samir Müxlis oğlu Tağıyev və əsgər Süleyman Lətifşah oğlu Əliyevlə əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə tabeliklərində olan əsgərləri zorlayıb və ermənilərin xeyrinə casusluğa cəlb edib. Ermənilər də həmin əsgərlərdən istifadə edərək ordumuzun mövqeləri barədə məlumat almaqla yanaşı, onların əli ilə Azərbaycan ərazisində partlayışlar törətməyi planlaşdırıblar.
Cinayət işində adı keçən 5-ci hərbiçi isə leytenant Rəşad Razim oğlu Abışovdur. O, dəstə başçısı leytenant E.Məmmədova qanunsuz olaraq odlu silahın komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular verməkdə təqsirləndirilir. E.Məmmədov və onun əlaltıları isə Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 274-cü (dövlətə xəyanət), 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə), 338-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 349-cu (hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirləndirilirlər.