7 sonuçtan 1 ile 7 arası

Yeni il üçün (Hər şey)

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Yeni il üçün (Hər şey)


    Bizə lazim olanlar:

    Qalın yaşıl rəngli kağız və ya kardon.

    Rəngli karandaş, marker və ya parıltılı qələm.

    Kley.

    Qayçı.


    Skoç.

    Arzuya görə başqa rəngli kağızlar.

    1. Əvvəlcə bütöv kağızı otradan bölün və 2 yarım hissəyə kəsin.


    2. Sonra alınan 2 hissəni üst-üstə qoyub ortadan qatlayın.


    3. Qatlanan hissədən yolkanın budaqlarını çəkin. (Şəkilə bax!)


    4. Çəkilən xəttin üzərindən qayçı ilə kəsin. Kasiləndən sonra kağızları bir-birindən aralayın və nəhayət 2 ayrı-ayrı Yolka alınacaq.


    5. Bir yolkada yuxarıdan mərkəzə doğru, o biri yolkada isə aşağıdan mərkəzə doğru xətt şəkin və onları kasin. Mərkəz hər 2 yolkada eyni olmalıdır.


    6. Kəsilən hissələrdən 2 ayrı yolkaları bir-birinə taxın.


    7. Aşağı və yuxarı hissədən skoçla bərkidin.


    8. Yolkanı bəzəmək üçün rəngli kağızlardan istifadə etmək olar. Balaca yumuru rəngli kağızları kley vasitəsilə yolkaya yapışdıra bilərik. Ve ya rəngli karandaş, parıltılı qələm və marker vasitəsilə üzərinə istədiyimiz oyuncaq şəkilini çəkə bilərik. Sarı kağızdan 5 künclü ulduz düzəldib, yolkaya bərkitmək də olar.


    9. Yolkanın budaqlarını çox etmək üçün çoxlu kağızlardan istifadə etmək olar.


    Öz yaxınlarınızı öz əl işiniz ilə sevindirin! Hər kəsə bu işdə uğurlar!


  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Yeni il üçün (Hər şey)


  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Yeni il üçün (Hər şey)

    ela

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Yeni il üçün (Hər şey)

    sağolasan

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Yeni il üçün (Hər şey)

    Yenə yeni bir il var qapımızda. 2010 ilinə girecəyimiz bu günlərdə ... Agappaq yagan qar, ne yasanmissa yasansin orter kecer kecmisin xetalarini. ... Gelen ili ele bir il olsunki, Kecen ilinin butun olumsuzluqlarini bize unutdura bilsin ...

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Yeni il üçün (Hər şey)

    Yolka bəzəmək ənənəsi haradan gəlir?


    Yeni il bayramını al-əlvan, bərli-bəzəkli yolkasız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu yolka təbii küknar ağacından olsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni yolkalarla da keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir?

    Çoxları yolka bəzəmək ənənəsini də xristian dini ilə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan yolkanın bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi. Yeni il yolkası haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə yolka bütün dünyada məşhurlaşıb.

    Hazırda hər bir xalqın özünəməxsus yolka bəzəmək adəti var. Onlardan bir neçəsi aşağıdakı kimidir.

    Meksika – Bu ölkədə ən məşhur yeni il bəzəyi İsa Peyğəmbərin doğulmasını əks etdirən kompozisiyadır.
    Qvatemala – Burada da əhali əsasən İncildən olan səhnələr əks edilmiş bəzəklərdən istifadə edirlər. Bəzədilən yolkanın altına uşaqlar üçün hədiyyələr qoyulur.
    Qrelandiya – iqlimindən asılı olaraq burada şam ağacı bitmir. Amma bu sakinlərə yeni ili yolkasız qarşılamağa mane olmur. Kənardan gətirilən ağac əl-əlvan bəzdilir. Adətən bəzək əşyası kimi şamlardan və əlvan lentlərdən istifadə edilir.
    Braziliya – Bu ölkə bayramı isti havada qeyd edir. Bunun üçün də yolka ağ pambıqla bəzədilir. Bu mülayim havada qar effekti yaratmaq üçün nəzərdə tutulub.
    İrlandiya – bu ölkədə yeni ildə qış əsl üzünü bol qar və kəskin şaxta ilə göstərir. İrlandiyalılar yolkalarını isti rəngli oyuncaqlarla bəzəməyə üstünlük verirlər. Yolkanın başına isə mələk və ya ulduz asırlar. Qapılara isə kiçik rəngli lentlərlə bəzədilmiş güllər asılır.
    İsveç – isveçlilər bayramdan əvvəl yolka bəzəməyi sevmirlər. Onlar yolkanı düz bayram günü alırlar. Ağac əsasən küçədə qurulur. Yolka günəş, ulduz və qar dənəsi kimi bəzəklərlə bəzədilir.

    Qeyd edək ki, Yeni il münasibəti bir çox ölkələrin mərkəzi meydanlarında böyük yolkalar qurulur. Bu il dünyanın ən böyük yolkası Meksikada qurulub. Ağacın hündürlüyü 110 metrdir.

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Yeni il üçün (Hər şey)


    Bugünkü Türkiyə Cümhuriyyətinin Muğla(Demre) vilayətinin Patara şəhərində Santa Klaus kilsəsi mövcuddur. Patara antik dövrdə mövcüd olmuş Hiziya dövlətinin şəhərlərindən biridir. Nikolas adlı bu keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilmişdi. Əfsanəyə görə həmin şəhərdə kasıb bir kişinin 3 qızı vardı. Bu qızlar cehiz üçün pul tapa bilmirdilər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemi olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar.
    Keşiş Nikolas öləndən sonra onun qəbri milyonlar ümid yeri olmuşdur. Nikolas 343-cü ildə 65 yaşında vəfat etmişdir.


    1087-ci ildə müsəlman türklər Patara və Mura şəhərlərini fəth etmişdilər. Bundan sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açmış, sümüklərini oğurlayaraq, Barı adasına aparmışdılar.
    Xristian dünyasında Şaxta baba Müqəddəs Nikolay kimi tanınır. Provaslav kilsəsi Müqəddəs Nikolayı səyahətçilərin himayədarı hesab edir. Katoliklər isə onu kasıblara və uşaqlara yardım edən müqəddəs hesab edirlər. Müqəddəs Nikolay sonralar Mərkəzi və Şimali Almaniyada Weinachtsmann (alman dilində Weinachten — milad, mann isə kişi deməkdir), İngiltərədə isə Father Christmams – Miladın Atası adlandırılıb. Avropalı mühacirlərlə Birləşmiş Ştatlaradək gedib çıxan Müqəddəs Nikolay burada artıq Santa Klausa çevrilib. Şimali Amerika ədəbiyyatında və təsviri sənətində Santa Klaus öz ağ saqqalı, qırmızı kürküylə 8 maral qoşulmuş arabasında milad gecəsi peyda olaraq sobaların borusundan evlərə daxil olur və sobanın yanından asılmış corabların içinə uşaqlar üçün hədiyyələr qoyur.

    Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar/

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.