Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Dünyanın qəribə qanunları

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Dünyanın qəribə qanunları

    Dünyanın müxtəlif bölgələrinin siyasət adamlarının yazdıqları özünəməxsus bəzi qayda-qanunlar insanı təəccübləndirməklə yanaşı, həm də güldürür. Belə qaydalarla tanışlıq hər kəs üçün maraqlıdır:

    Böcəklər də daxil olmaqla heç bir canlının öldürülməsinə icazə verilməyən ABŞ-ın Arkanzas ştatında ərin arvadı ayda bir dəfə döyməsinə normal baxılır. Bu bölgədə həyat yoldaşını ayda bir dəfədən artıq döymək isə qadağandır.
    Kaliforniyanın Sakit okean sahillərində kəpənəklərin narahat edilməsinə icazə verilmir.
    Kanadada yağış yağanda çəmənlikləri sulamaq olmaz. Kanadanın Kanata bölgəsində qapı və pəncərələr mütləq çəhrayı boya ilə boyanmalıdır.
    Bazar günləri İsveçrədə camaşır asmaq, Şotlandiyada isə balıq tutmaq qadağandır.
    Sinqapurda metroda saqqız çeynəyən həbs olunur.
    Danimarkada avtomobilinin qarşısına at arabası çıxan şəxs maşınını kənara çəkmək məcburiyyətindədir.
    Kanadanın Oşava ştatında ağaca çıxmaq, Ottava şəhərinin Bank Strit küçəsində dondurma yemək, Toronto şəhərinin Yonq küçəsində isə bazar günləri ölü atları sürüyərək aparmaq qadağandır.
    Avstraliyanın Viktorio ştatında bazar günləri çəhrayı şalvar geymək qadağandır. Eyni ölkədə azyaşlıların siqaret alması qadağandır, ancaq çəkməsi sərbəstdir.
    ABŞ-ın Ohayo ştatında polislər itləri xəbərdarlıq etmək məqsədilə dişləyə bilərlər.
    Pensilvaniyada hamamda mahnı oxumaq və qapısı açıq olan soyuducunun qarşısında yatmaq, Oklohomada ayaqqabı ilə yatmaq, Nyu-Cersidə şorbanı səsli içmək qəti qadağandır.
    İndianada vətəndaşların kiminsə dalınca danışmasına, bərbərlərin uşaqların qulağını kəsməsinə icazə verilmir.
    İndiana ştatında meymunların siqaret çəkməsi və teatra getməmişdən 4 saat əvvəl sarımsaq yemək qadağandır.

  2. #2
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Dünyanın qəribə qanunları


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.