Əvvəlcə gəlin görək bu Şaxta baba deyilən naməlum şəxs kimdir?
Cəmiyyətimizdə rus dilindən tərcümə edilən Şaxta baba kimi tanınan məlum olmayan şəxsin dünyanın müxtəlif ölkələrində fərqli adları var. Sant Nikolas, Nikolas of Mariya, Santa Klaus, Pere Noel, müqəddəs ata Kristmas bunlardan bəziləridir.

. Bugünkü Türkiyə Cümhuriyyətinin Muğla vilayətinin Patara şəhərində Santa Klaus kilsəsi mövcuddur. Patara antik dövrdə mövcüd olmuş Hiziya dövlətinin şəhərlərindən biridir. Nikolas adlı bu keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilmişdi. Əfsanəyə görə həmin şəhərdə kasıb bir kişinin 3 qızı vardı. Bu qızlar cehiz üçün pul tapa bilmirdilər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemi olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar.
Keşiş Nikolas öləndən sonra onun qəbri milyonlar ümid yeri olmuşdur. Nikolas 343-cü ildə 65 yaşında vəfat etmişdir.
1087-ci ildə müsəlman türklər Patara və Mura şəhərlərini fəth etmişdilər. Bundan sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açmış , sümüklərini oğurlayaraq, Barı adasına aparmışdılar.

Cəmiyyətimizdə də hər yeni ilin gəlişi ilə barabər küçələrdə avvam camatdan pul qazanmaq üçün qirmızı əbalı,üzlərinə süni uzun ağ saqqal qoyan “Şaxta babaların” da sayının artığını görürük. Cəmiyyətimizin yaşca ən kiçik nümayəndələri olan uşaqlar, məhz bu “Şaxta babanın” gəlişini çox səbirsizliklə gözləyirlər.Bəs görəsən uşaqların bu “Şaxta babanın” gəlişini səbirsizliklə gözləməsi nədən irəli gəlir?Əlbətdəki bu işdə ən aktiv olan valideynlərdir.Çünki valideynlər çox gözəl bilirlərki “Şaxta baba” deyilən bir şəxs həqiqətdə mövcud deyil.Bu uşaqların başlarını aldatmaq üçün qurulan bir oyundur.Uşaqları indidən yalana öyrədən valideynlər sabah həmin uşaqdan nə düzgünlük tələb edə bilərlərki?Uşağı körpəlikdən SAXTAKARLIĞA öyrədən valideyn düşünmürki sabah onun övladı da kimlərəsə qarşı SAXTAKARLIQ edəcək.Çünki uşaqlar da böyüdükcə “Şaxta babanın” SAXTA BABA olduğunu anlayacaqlar.Və uşaqlar da kimlərisə və ya nəyisə SAXTALAŞDIRMAĞI yaxşı bir şey kimi qəbul edəcəklər.Əlbətdəki bu cür davranış uşaqların tərbiyəsinə mənfi təsir göstərir.Hər bir valideyn öz uşağına daim duzgün olmağı, yalan danışmamağı, acı da olsa həqiqəti deməyi öyrətməli və bunu özü də etməlidir.Çünki uşaq güzgü kimidir.Nəyi görürsə onu da əks etdirir. Ən acınacaqlı hal isə odurki valideynlər kiminsə vasitəsi ilə uşaqlarına hədiyyə verməyi üstün tuturlar.Əksinə bu uşaqlarda öz doğma babalarından, atalarından çox, qondarma və saxta “ŞAXTA BABAYA” qarşı məhəbbət yaradır.Və tədricən uşaqlarda “Şaxta babaya” qarşı müqəddəsləşmə hissləri yaradır.Lakin hər bir müsəlman valideyn, öz övladına Allah sevgisini, Peyğəmbərimizin sevgisini öyrətməlidir.Hər bir müsəlman valideyn uşaqlarını sevindirmək üçün Ramazan və Qurban bayramlarında onlara müxtəlif hədiyyələr almalıdırkı bu 2 müqəddəs bayramı uşaqlarına sevdirə bilsin.Və hər il Ramazan ve Qurbanlıq bayramının gəlişini uşaqlar səbirsizliklə gözləməlidirlər.Bir şeyi də unutmayaq ki, bu “ŞAXTA BABA” bizim düşmənimiz olan ermənilərin də ŞAXTA BABASIDIR!