Sayfa 1/2 12 SonSon
13 sonuçtan 1 ile 10 arası

Normal müzakirə etməyi bacarırıqmı?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Normal müzakirə etməyi bacarırıqmı?

    Forumun mənə verdiyi ən dəyərli şeylərdən biri də insanların mübahisə etmək üsulları və məqsədləri üzərində apardığım müşahidələr oldu... Artıq 5-6 aydan çoxdur ki mən bu forumun üzvüyəm, bu 5-6 ayda insanlar dəyişir, mövzular dəyişir amma müzakirələrin forması dəyişmir... İnsanlar müzakirə etməyi sevmir burda.. daha çox mübahisələri sevirlər...
    Bu mövzunu açmaqla diqqətinizi bu problemə yönəltmək istədim..
    Sizcə normal müzakirələr edə bilirikmi biz bu forumda?
    Edə bilirksə, nə gözəl..
    Edə bilmiriksə görəsən niyə?

    Məncə çox istifadəçilərimiz qarşısındakını tənqid etmədən onun fikrinə münasibət bildirə bilmir. Çox müşahidə etmişəm bunu. Məsələn, biri arqumentinin doğru olduğunu göstərmək üçün, mütləq apponentinin bütünlüklə haqsız olduğunu sübut etmək ehtiyacı duyur, apponenti “mütləq haqsız” elan etməyə çalışır. Və bu “mütləq haqsızlığın” səbəbi olaraq, həmin adamın şəxsi keyfiyyətlərini əskikliyini göstərir. Nəticədə, özü ilə həmfikir olmayan insanları mütləq tənqid edir. Məsələn, onunla həmfikir olmayan bir adama “sənin başa düşməklə problemlərin var” deyir.

    O qədər görürəmki belə halları.. Niyə müzakirələri bu cürə aparırıq hə?
    Sizcə bir mövzu ətrafında müzakirə aparanda özümüzlə həmfikir olmayanları tənqid etməyimiz bu qədər vacibdirmi? Müzakirə aparmağın qaydası elə belədirmi?
    Düşünürəm ki belə deyil. Qarşındakının şəxsiyyətinə hörmət etməklə fikirlərinə maksimal tənqidi yanaşmaq olar. Bu mümkündür… Fikriləri ilə razı olmadığımız bir adamın şəxsi keyfiyyətlərini müzakirə və tənqid etməsək də olar… Elə deyilmi?
    Ümumiyyətlə bir insanın şəxsi keyfiyyətlərinin tənqid etmək onun ərazisinə soxulmaq deməkdir. O özü buna icazə verməmiş heç kimin buna ixtiyarı olmasın gərək…
    Forumlar, müzakirə masaları, debatlar insanlar üçün yalnız şəxsi təhlükəsizlikləri qorunduğu halda rahat müzakirə meydanına çevrilə bilər.

    Əgər bir fikir yazanda kimsə o fikri bir tərəfə qoyub, sizi, sizin şəxsi keyfiyyətlərinizi (məsələn dərk etmə qabiliyyətinizi, ağlınızı vəs.) müzakirə edəcəksə, sizin özümdən icazə almadan tənqid edəcək, istəsə lağlağa eləyəcəksə belə bir yerdə yazmaq – fikir söyləmək sizin üçün nə dərəcədə təhlükəsizdir? Heç nə qədər. Təsəvvür edin: insanlara fikrini deyirsiz, sizi müzakirə eləyirlər. Adama “sənlə razı deyiləm”, “sən bu mövzuda haqsızsan” yox, “sən axmaqsan”, “dərk etmə qabiliyyətin zəifidir”, “ağılsızsan”, “səviyyəsizsən” və s deyirlər.
    Belə rahat-rahat birbirlərini tənqid edirlər.. Tək bircə ona görə ki, fikriləri fərqlidir bir-birindən.

    Biz niyə belə eləyirik, bilirsizmi? Bizimlə fərqli fikirli bir insanı tənqid etməyə bizi sövq edən nədir bilirsizmi? Eqomuz.
    Uduzmaq istəməyimiz.
    Hər nə olursa olsun qalib çıxmaq istəyi…
    Müzakirələri sırf qalib olmaq məqsədi ilə eləməyimiz… Sırf eqomuzu təmin etmək məqsədi ilə eləməyimiz…
    Deməli normal müzakirələri eləməyə mahne olan əsas faktor bu müzakirələri eləməyimizin məqsədidir.
    Məqsəd belə xəstə olanda nəticələr də sağlam olmaz.
    Normal və sağlam müzakirə alınmasını istəyiriksə tək bir çarəmiz var – məqsədimizi dəyişəcəyik. Müzakirələri SIRF BAŞQALARINDAN ÖYRƏNMƏK VƏ ÖZ FİKİRLƏRİNİ BAŞQALARI İLƏ PAYLAŞMAQ ÜÇÜN eləyəcəyik…
    Sırf vermək və almaq üçün… bildiyini paylaşmaq, bilmədiyini öyrənmək, özünlə həmfikir insanlar tapıb, özünlə fikri zidd olan insanları öyrənmək üçün… Müzakirə eləyib həqiqətə varmaq üçün…
    Özümüzə sual verəcəyik - məqsədimiz işıqlıdırmı? Foruma yazıram tanıdığım tanımadığım insanlarla ünsiyyət qururam. Bu bir yoldur gedirəm.. Mən bu yolda nə axtarıram? Öyrənmək və öyrətməkmi? Hıqiqətə varmaqmı?
    Yoxsa şəxsi eqomuzu təmin edib, “filankəsə də bu gün necə yaxşı yerini göstərdim!” deyib, özümüzlə fəxr edib, gecəni rahat yatmaqmı?

    Bu sualları hər birimiz versək özümüzə, hər birimiz öz içimizdə bu problemi həll eləsək, kökündən çözülər bu məsələ.

    Bu qədər...
    Fikirlərinizi gözləyirəm...
    Sorğunun nəticələrində 2-ci və 3-cü bənd üstünlük qazansa bəlkə ayıldıq, məsələnin nə qədər ciddi olduğunu anladıq və nələrisə xilas eləməyə çalışdıq...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Normal müzakirə etməyi bacarırıqmı?

    ureyin dolu imishki

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Normal müzakirə etməyi bacarırıqmı?

    fikirərinlə tamamılə razılaşıram. bu problem nəinki bu forumda, həyatda da çox rastlaşırıq.

    bunun əsas səbəblərindən biri də az oxumağımızdır.
    . yəni bir müzakirə olduğunda düzdür hər kəs öz fikrin deyir. ancaq o fikri nəyə əsaslandırıb deyir. əsaslandığımız yerləri də göztərmək lazımdır, əks halda istər fikir olsun istərsə də məqalə PLAGİAT sayılır. bu forumda da o çatışmamazlıq çoxdur . Kİmsə başqa forumdakı hazır mövzuları gətirir bura , o mövzu müzakirə olunanda özünün heç bir məlumatı olmadığı üçün məcbur olur ki GƏTİRDİYİ mövzunu müdafiə etsin.
    Bir də hərdən burda elə səhv informasiyalar olur ki ona qarşı çıxmaq məcburiyyətində qalır adam. onda da eqoist sayılırıq. Mən başqa sahələri yox elə öz tibb sahəmi deyirəm.. bu elə sahədir ki əsaslanmamış informasiyaları vermək olmaz. sağlamlıqla oynamayaq. hər yeni informasiya xeyir gətirmir.

    müzakirə etməyi öyrənməliyik!
    mÜZAkirəni bir tərəfli aparmaq olmur.
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  4. #4
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Normal müzakirə etməyi bacarırıqmı?

    himmm mence yox deysen
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Normal müzakirə etməyi bacarırıqmı?

    Alıntı _SoMMeT_ Nickli Üyeden Alıntı
    ureyin dolu imishki
    Ürəyimin dolu olmağından getmir söhbət ,məncə bu yazdıqlarım həqiqətlərdir.

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Normal müzakirə etməyi bacarırıqmı?

    Alıntı Amiqo_100M Nickli Üyeden Alıntı
    fikirərinlə tamamılə razılaşıram. bu problem nəinki bu forumda, həyatda da çox rastlaşırıq.

    bunun əsas səbəblərindən biri də az oxumağımızdır.
    . yəni bir müzakirə olduğunda düzdür hər kəs öz fikrin deyir. ancaq o fikri nəyə əsaslandırıb deyir. əsaslandığımız yerləri də göztərmək lazımdır, əks halda istər fikir olsun istərsə də məqalə PLAGİAT sayılır. bu forumda da o çatışmamazlıq çoxdur . Kİmsə başqa forumdakı hazır mövzuları gətirir bura , o mövzu müzakirə olunanda özünün heç bir məlumatı olmadığı üçün məcbur olur ki GƏTİRDİYİ mövzunu müdafiə etsin.
    Bir də hərdən burda elə səhv informasiyalar olur ki ona qarşı çıxmaq məcburiyyətində qalır adam. onda da eqoist sayılırıq. Mən başqa sahələri yox elə öz tibb sahəmi deyirəm.. bu elə sahədir ki əsaslanmamış informasiyaları vermək olmaz. sağlamlıqla oynamayaq. hər yeni informasiya xeyir gətirmir.

    müzakirə etməyi öyrənməliyik!
    mÜZAkirəni bir tərəfli aparmaq olmur.
    Şərh üçün və əsaslı həqiqətlər üçün çox sağol,amma az oxuyub çox bilənlərdə var,sırt bir şeyi diyə bilərərm ki,misal üçün:Hər hansı bir nəfər mövzu təyin edir , əgər orda sehv , və ya xoşa gəlinməyən şeylər olursa bunu bəziləri , həmin mövzunu təyin edənin başına vurur.

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Normal müzakirə etməyi bacarırıqmı?

    Alıntı kombat80 Nickli Üyeden Alıntı
    himmm mence yox deysen
    Nəyə əsaslanaraq yox diyirsən? və nəyə görə "deyəsən" sözündən istifadə edirsən?
    axı açdığım mövzuda böyük dərinliklər,düşüncə istəyir.
    Yəni səbəb istəyir,
    amma səbsbsiz yazmısan.

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Normal müzakirə etməyi bacarırıqmı?

    hətta tolerant olmaqdan başqa, bir də digərlərinin fikrlərini ac gözlüklə dinləməliyik. İstəməliyik qarşı tərəfin fikrini. Ona ehtiyacımız olmalıdır. Var olan bütün ehtimalları nəzərə ala bilmək üçün, obyektiv bir düşüncəyə sahib ola bilmək üçün başqalarının fikirlərinə ehtiyacımız olmalıdır. Özü də öz fikrimizdən daha çox fərqlənən fikirlərə daha çox ehtiyacımız olmalıdır. Tolerantlıq sadəcə dözümlülükdür və fərqli düşüncəli insanların bir mühitdə yaşaya bilməsi və birbirinə qarışmaması üçün zəmin yaratmaqdan başaqa bir işə yaramır. Onun daha üstü lazımdır...
    Və nə gözəl deyib Volter..

  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Normal müzakirə etməyi bacarırıqmı?

    men bu haqda ancaq onu deye bilerem ki, normal muzakire etmeyi her kes bacarir ,sadece here oz dunya gorunusune gore , here oz basa dusduyu kimi bunu edir ,

    niye axi olunan muzakireleri sen tehqir kimi basa dusursen , birdeki biz hansi zemanedeyik ki , kimse kimise tenqid etsin ve eks teref susun , bayaq iradeli insan haqda men yaziqimi sen niyese basqa cur basa dusdun ,amma men orda sirf senin sualina cavab verdim ki , iradeli insan nece olmalidir .

    her hansi bas veren hadiseni olduqu kimi qebul etmeyi bacarmaliyiq.
    fikirler muxtelif her hansi 1 meseleye de yanasma ferqlidir .
    1 misal getirim ,1-i yol gedir ve yixilir , bunu here bir cure qebul edir ,1-i deyir eceb oldu , 2-si deyir yaziq yixildi
    meseleye obyektiv yanassaq onlar her ikisi duz deyir , niye ? cunki duz yolnan getseydi yixilmazdi , ,ikincide ona gore haqlidir ki , her halda yixilib ezilib .

    men sexsen oz payima hec kesi ne tenqid ne de tehqir etmek hec aqlimin ucundan bele kecmir .

    insan deyilen varliq hem terif hem de tenqid esitmeyi de bacarmalidir , esas odur ki,
    deyilen tenqiidden netice cixara bilesen

    birdeki yazilan movzuya kim nece basa dusurse ele de fikir bildirir

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Normal müzakirə etməyi bacarırıqmı?

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    men bu haqda ancaq onu deye bilerem ki, normal muzakire etmeyi her kes bacarir ,sadece here oz dunya gorunusune gore , here oz basa dusduyu kimi bunu edir ,

    niye axi olunan muzakireleri sen tehqir kimi basa dusursen , birdeki biz hansi zemanedeyik ki , kimse kimise tenqid etsin ve eks teref susun , bayaq iradeli insan haqda men yaziqimi sen niyese basqa cur basa dusdun ,amma men orda sirf senin sualina cavab verdim ki , iradeli insan nece olmalidir .

    her hansi bas veren hadiseni olduqu kimi qebul etmeyi bacarmaliyiq.
    fikirler muxtelif her hansi 1 meseleye de yanasma ferqlidir .
    1 misal getirim ,1-i yol gedir ve yixilir , bunu here bir cure qebul edir ,1-i deyir eceb oldu , 2-si deyir yaziq yixildi
    meseleye obyektiv yanassaq onlar her ikisi duz deyir , niye ? cunki duz yolnan getseydi yixilmazdi , ,ikincide ona gore haqlidir ki , her halda yixilib ezilib .

    men sexsen oz payima hec kesi ne tenqid ne de tehqir etmek hec aqlimin ucundan bele kecmir .

    insan deyilen varliq hem terif hem de tenqid esitmeyi de bacarmalidir , esas odur ki,
    deyilen tenqiidden netice cixara bilesen

    birdeki yazilan movzuya kim nece basa dusurse ele de fikir bildirir
    Ozunuz dediyini kimi hec kim hec kimi tehqir ede bilmez,sizin sozunuzden bele cixirki siz hec neyi hec vaxt pis menada qebuletememisiniz de ele?siz guya her seyi normal ve ya soyuq qanli, sakit, basa dusulen kimi,yaxsi menada ebul edrsiniz, bele bir insan gostere bilersiniz mene?

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.