Hər bir halda hər bir qadının daxilində bir ifritə vardi .
cox maraqli bir naqil ucun cox saq ol , demek ki , qadin boyuk quvvedir , ve bunu yaddan cixartmayin ki , qadini ifrite ve ya gozel olmasi sizlerden asillidir
Qoca bilici belə nağıl edir:
Biri var idi,biri yox idi.Böyük bir krallıqda gözəl bir
qəsrdə kral Artur yaşayırdı.
Bir gün kral Arturu başqa bir çar əsir götürdü və zindana atdı.Sonradan ona yazığı gəldiyi
üçün azad etmək qərarına gəldi.Amma bir şərt qoydu:Artur onun çox çətin bir sualına cavab verməli idi.
Kral Artura cavab tapmaq üçün bir il vaxt qoyuldu və sərbəst buraxıldı.Əgər cavab verə
bilməsə təzədən əsir sayılırdı və edam olunacaqdı.
Sual isə belə idi:Əslində bütün qadınlar nə istəyir?
Artur krallığının bütün qadınlarını sorğu-sual etdi,kənar ölkələrə adamlar yolladı.
Amma vaxt bitirdi,onunsa cavabı yox idi.
Bir gün ona xəbər gətirdilər ki,şəhər kənarındakı xarabalıqda yaşayan ifritə qarı cavabı bilir,amma
tələbləri yüksəkdir.Kralın başqa çıxış yolu yox idi,odur ki qarını çağırtdırdı.Nə istədiyini soruşdu.İfritə cavabın
müqabilində kralın ən yaxın dostu və ən igid cəngavəri olan Giviana ərə getmək istədiyini bildirdi.
Givian çox gənc,ifritə isə həddindən artıq çirkin və qoca idi.Artur buna razı ola bilməzdi.O ölməyi üstün tutdu.Amma Givian üçün dostunun həyatı öz həyatından vacib idi.O razılaşdı.
İfritə cavabı söylədi:Əslində bütün qadınlar öz həyatlarına özlərinin hakim olmasını,özlərinin idarə etməsini istəyirlər.
Artur cavabı dedi ,azad oldu.
Cəngavər Givian centlmen idi,ifritə isə çox həyasız.
Onların toyu təyin olundu,böyük təmtəraqla keçirildi.Toy bitdi.
Toy gecəsi Givian gəlinin yanına gələrkən orda onu həyatında gördüyü ən gözəl qız gözləyirdi.
O təəccübləndi.Qız dedi ki,Givian əsl centlmen kimi hərəkət etdiyi və onu qırmadığı üçün indən
sonra o günün yarısını gözəl bir qız,yarısını isə ifritə olacaq.İndi seçim onundir-gecə və gündüz kiminlə olmağı üstün tutur.
Günün hansı hissəsini gözəl qızla
,hansı hissəsini ifritə ilə keçirmək istəyər?
Givian fikrə getdi:Gündüz onu gözəl qızla görsünlər,gecəni isə ifritə ilə bir yataqda keçirsin və ya gündüz onu qoca qarğa ilə görsünlər,gecəni gözəl və gənc qızla
keçirsin?Çətin seçim idi.Odur ki,qərarı ifritəyə buraxdı:Özün necə istəyirsən onu seç.
Qız bunu eşitdikdə çox sevindi,çünki ona öz həyatına özünün idarə etməsi şansı verilmişdi.
Odur ki,qərara aldı ki o həmişə gözəl qız olaraq cəngavərin həyat yoldaşı olacaq.
Nəticə:
Vacib deyil qadın ağıllı ya axmaqdır.
Hər bir halda hər bir qadının daxilində bir ifritə var.
Bu da bir ifritənin nağılı...
Hər bir halda hər bir qadının daxilində bir ifritə vardi .
cox maraqli bir naqil ucun cox saq ol , demek ki , qadin boyuk quvvedir , ve bunu yaddan cixartmayin ki , qadini ifrite ve ya gozel olmasi sizlerden asillidir
indi bilirsen qadinin boyuk quvve oldugunu???Allah ksihilere guc,qadinlara hiyle verib.men demireme alimler deyib.Xeyallarim Nickli Üyeden Alıntı
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?
GLAMOURKA Nickli Üyeden Alıntı
deyirem de bizden yoxdu
masallah de Allah-Allahla gezirik.Xeyallarim Nickli Üyeden Alıntı
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?
yaman qadinlardan movzu acirsan haa
Allah sonunu xeyir eləsin._SoMMeT_ Nickli Üyeden Alıntı
Yer imleri