4 sonuçtan 1 ile 4 arası

Bürclrə görə temperament

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Bürclrə görə temperament

    QOÇ (21 MART – 20 APREL)

    KIŞI
    Sərt təbiətli, enerji dolu, aqressiv, yorulmaz, özündən deyən, hər zaman taktik deyil, yüksək yumor hissləri var. Ağıllı və cəlbedici qızları sevir. Seksualdır, sevgidə daimi deyil, ancaq rəfiqəsindən sədaqət və bağlılıq tələb edəndir. Qısqancdır, onunla sakit həyat tərzi keçirmək çətin işdir. Ancaq qəlbinin dərinliyində o, ana qayğısına ehtiyacı olan balaca oğlan uşağıdır. Bunu anlayan kəs onun ürəyini qazanar, o da ona sadiq və bağlı olar.

    QADIN
    O bir aktrisadır, valeh edicidir, temperamentlidir, tez dəyişən istəkləri ilə seçilir. Hökmranlığı sevir, öz fikrini yeritməyi sevir. O – romantikdir, sevgiyə vurğundur, seks onun üçün həyat zövqüdür, əks cinsdə seksuallıq axtarır. Bir partnyor kimi tez alışan, sentimental, zövq almağı və yaltaqlığı sevir. Onu yalnız qeyri-adi kişi qazana bilər, bununla belə onun hakimiyyətini qəbul etməlidir. Evlilikdə çox da xoşbəxt deyillər.


    BUĞA (21 APREL – 21 MAY)

    KIŞI
    O, möhkəm əsasda dayanmış əsl kişidir. Səbirli, güclü, tərs və yolun yarısından dönməyəndir. Yeməkdə ən yaxşısını əldə etmək istəyir. Xəstələndikdə asta və gec sağalır. Özününkülüyü sevir, qısqancdır, istəyir ki, əldə etdiyi yalnız onun olsun. Güclü azadəliyə malikdir. Seksualdır, ancaq seksə qarşı primitivdir. Əgər siz anlayan və səbirlisinizsə və istəyirsinizsə ki, kişi Sizi qorusun – onda bu məhz Sizə uyğun bir kişidir.

    QADIN
    Nə istədiyini bilir, hədələr və göz yaşlarıyla məqsədinə kəsdirmə yolla çatmağı xoşlayandır, qisasa meylli və təhlükəli bir düşmən ola bilər. Əgər partnyor onun ehtiyaclarını qarşılamırsa, vicdan əzabı çəkmədən başqasını tapacaq. Əla yemək bişirir, mükəmməl bir məşuqədir, bağlı və sevən əla həyat yoldaşı ola bilər. Qadınların qaymağıdır.

    ƏKIZLƏR (22 MAY – 21 IYUN)

    KIŞI
    Ağıllı, intellektual, gizlidir, onun haqqında fikir söyləmək olmur, ətrafdakıların ona necə reaksiya verəcəklərini amansızcasına izləyir, dilini yaxşı qoruyur. Sevilməyi xoşlayır, yüngül bir qarşıdurma onun fikrincə xoş bir haldır, ancaq özünün qadına tabe olmasına yol verən deyil, bu onun azadlıqsevərliyindən irəli gəlir.

    QADIN
    İti ağıllı, gözəl, yaxşı həmsöhbət, var-dövləti sevən və tez dost qazanan olsa da, dostluqda tələbkardır. Yeniliklərə tez bağlanır, daha çox hisslərə qapanır, nəinki düşüncülərə. Partnyorla seks zamanı ona düşüncə də gərəklidir. Sevgidə xəyalpərəstdir. Kişilərlə əlaqədə tez-tez qəddar oyunlara baş vurur, qıcıqlandırmağı sevir, eyni zamanda uzunmüddətli əlaqələr qurmağa qadirdir. O – düzgün qadındır.

    XƏRÇƏNG (22 IYUN – 23 IYUL)

    KIŞI
    Xəyalpərəst, idealist, sentimental, gizli və emosialara qarşı dayannıqsızdır. Gözəl qadınlar əhatəsində olmağı sevir, xüsusi ilə də, itiağıllı tərəf kimi çıxış edirlərsə. Xoşniyyətlidir, daim kömək göstərməyə hazırdır. Sevgi əlaqələrini çox ciddi qarşılayır, ona daim sevgidə etiraflar lazımdır, bağlılığı tələb edir və özü də bağlıdır. Öz evini çox sevir. Onunla yaşamaq çətindir, ancaq darıxdırıcı deyil.

    QADIN
    Emosional, qonaqpərvərdir və ağıllıdır. Bir az köhnə adamdır. Sevgidə seksə böyük önəm verir, təlabatlarının qarşılanmasını istər. Həqiqi sevgi naminə partnyoru üçün hər nə desən edər. Özünü həsr etdiyi kişiyə, içkiyə qurşanmış və gəzəyən olsa belə ehtiras dolu bağlılığı var. Kiməsə emosianal olaraq bağlanmaq ehtimalı bütün bürclərdən daha çoxdur.

    ŞIR (24 IYUL – 23 AVQUST)

    KIŞI
    Təbiətən açıq adamdır, yaxşı dostdur, qeyri adi xüsusiyyətləri var, yaltaqlanmağı və şöhrətdən yararlanmağı sevir. Geniş imkanları sevir, liberaldır, əlaqə qurmağı sevir, özündən razıdır, həyatda və sevgidə sadəcə bir oyunçudur. Roman – onun həyat tərzidir, daim sevgiyə düşür. Qadınları cəlb edəndir, qadınlar onu ehtiraslı və dönməz olduğuna görə sevirlər. Ona bağlı olan gözəllə həqiqətən xoşbəxtdir.

    QADIN
    Əsasını qarşıdurma, səbirsizlik, özündən razılıq və eqoistlik təşkil edir, ancaq geniş qəlblidir, insansevərdir. O bir ovçudur, onunçün kişilərin ona bağlı olmaları və gözəlliyindən donmaları olduqca vacibdir. Partnyorun həyatında yeganə olmağı üstün tutur, özü onu sevməsə belə. Seksdə daha çox ona verilən yüksək qiymətdən zövq alır. Yalnız diqqət mərkəzində olanda xoşbəxtdir.

    QIZ (24 AVQUST – 23 SENTYABR)

    KIŞI
    İntellekt sahibidir, iti ağıllı, risk ehtimalını tez hesablaya bilən, bütün məsələləri ancaq faktlara əsaslanaraq həll edir. Onu, karyera və var-dövlət artımı ilə bağlı hər şey maraqlandırır. Dost və sevgili seçimində az-az səhf edir, fəqət istəyir ki, onlar onun diktəsi altında yaşasınlar. Bu isə qadınları ələ almağa yaramayan bir haldır. Qız bürcündən olanlar arasında subaylar çoxluq təşkil edir.

    QADIN
    “Sadəlik” fitri keyfiyyətlərindən biridir. Özünün üzərində işləməyə və maliyyə durumunu yaxşılaşdırmağa çoxlu güc sərf edir. Mərd və mülayim olmağı bacarır. Buna baxmayaraq soyuqqanlıdır, ürəyinin səsinə yox ağlına tabe olur. Seçdiyi yoldan əsla dönməz, onun enerjisi hətta iki nəfərə yetər. Musiqiyə, ədəbiyyata və incəsənətə xüsusi marağı var. Özünə inamın çoxluğundan, tələblərinə cavab verən kişi tapmaqda çətinlik çəkir, buna görə də onların arasında bakirələr çoxluq təşkil edir

    TƏRƏZI (24 SENTYABR – 23 OKTYABR)

    KIŞI
    Təbiətən mülayimdir, ədalətlidir, yumoru anlayır amma sevməz, harmoniyaya, qayda qanuna və sakitçiliyə meyillidir. Mükəmməl intuissiyası var, onu aldatmaq olduqca çətindir, biznesdə uğurludur. Gözəlliyi incəsənətdə sevdiyi kimi qadında da sevir. Sevgini tərəzi kəşf etdiyi üçün seksdə də virtuozdur. Çətinliklə sevgi ilə dostluq sərhədlərini çəkir. Emosionallığı sevmir. bu menim özümem çox düzdü

    QADIN
    Gözəldir, cəlbedicidir, xüsusi davranışları var, bahalı bər-bəzəkləri sevir. Əsl qadın olmağı ilə bərabər iti ağıllı, natiqdir və aktivdir. Istənilən cəmiyyətdə - ulduzdur, cəlbedicidir və diqqət mərkəzindədir. Sevgidə xüsusidir – onu Venera idarə edir. Artist təbiətli, o cümlədən, artistləri, müğənniləri, musiqiçiləri, rəssamları sevir. Ancaq kişilər onun həyatında üzük halqası rolunu oynayırlar, o isə üzük qaşıdır.

    ƏQRƏB (24 OKTYABR – 22 NOYABR)

    KIŞI
    Təbiətən ehtiraslıdır, emosionaldır. Öz ehtiraslarının qurbanıdır, və insanlarla ünsiyyət zamanı tez-tez qarşıdurma və münaqişələrlə rastlaşır. Öz seksual duyğularının təsiri altda yaşayır, onunla seks çox yüksək səviyyədə həyata keçir. O tam hökmranlıq arzusundadır, “yox” sözünü qəbul edə bilmir.

    QADIN
    Qəliz xasiyyətldir, onu anlamaq çətin işdir. O ətrafdakılar üçün sirrlidir. İti ağıllıdır, güclü intuissiyası var, uzun araşdırmadan sonra kimisə özünə yaxın buraxır. Yaxşı işləməyi və əylənməyi sevir, ona yaxınlıq etməyənlərə qarşı səbirsizdir. Hətta onlara qarşı düşmənçiliyə də gedər. Aktiv olmayan və darıxdırıcı partnyorları sevmir. Yataqda tələbkardır, onun ehtiyaclarını ödəmək asan iş deyil.

    OXATAN (23 NOYAQBR – 21 DEKABR)

    KIŞI
    İtiağıllıdır, şəndir, cəlbedicidir, sentimentaldır, kübar ürəklidir. Onunla görüş həyata bağlılığı artırır. Romantik əlaqələrdə idealistdir, hətta çətin vaxtlarda belə optimistdir. Qısqanc qadınları sevmir. Sevgiyə çox soyuqqanlı yaxınlaşır, öhdəlikləri sevmir, çox yaxın əlaqələrə qarşı mübarizə aparır, uzunmüddətli əlaqələri sevmir, hətta evləndikdə belə ürəyində subay olaraq qalır.

    QADIN
    Xasiyyətcə dəyişməzdir, sözün düzünü deyəndir, bununla belə xoşniyyətlidir. Tənhalığı sevmir, əyləncələrdə iştirak etməyi sevir. Yaxşı dinləyicidir, yoldaşdır, yaxşı evdar qadındır; ona maraqlı insanlar can atırlar. Sevgidə dərin emosional hisslərə malik deyil, tez-tez kefinin kaprizlərinə uyur, sevgi oyunlarına bağlıdır.

    OĞLAQ (22 DEKABR – 20 YANVAR)

    KIŞI
    Ehtiyatlıdır, sadə və məqsədyönlüdür. Bağlı insandır, bununla belə qarşı tərəfdən də bağlılıq tələb edir. Öz hisslərini, fikirlərini gizlədə bilir, sakitçilik pərdəsi altında istək alovlanıb yanır. Sevgi onun üçün qaçınılmazdır, seks isə qadının özündən daha vacibdir. O dərin hissiyatlı, ehtiyatlı olsa da, etirazları sevməsə də, güclü seksuallıq onu tez-tez anlaşılmaz edir.

    QADIN
    Müstəqildir, öz istəyi kimi yaşamağa daha çox önəm verir, bununla belə bağlıdır və əmin olmalıdır ki, sevimli və istəklidir. Təbiətən ehiraslıdır, ancaq ehtirasları qaydasındadır. Sevgidə tam əminliyi olmasa, sevginin xoşbəxtliyini dada bilməz. Onun özünə və Sizə inamı olarsa onunla aranızda olan mühafizə hasarları uçar olmalıdır və başqa heç nə, ancaq heç bir halda Sizə imkan verməz ki, onun üzərində hökmranlıq edəsiniz.

    DOLÇA (21 YANVAR – 19 FEVRAL)

    KIŞI
    Mərddir, açıqdır, çoxlu dostu var. Sevgidə tez sınan və passivdir; elə gözləyir ki, ilk addımı qadın atsın, qadının adi bir münasibətinə tez reaksiya göstərir, incəliyə malikdir. Seksdə kreativdir və doymazdır, daim ideal bir qadın partnyor axtarışındadır. Tez sevəndir, ancaq evlənməyə gəldikdə çox götür qoy edəndir. Yarayan bir qadın üçün şən, cəlbedici və seksualdır.

    QADIN
    Heysiyatlıdır, güclü itellekt və ağıl sahibidir. Ədalətlidir, açıqdır, yalan danışa bilmir, insanları elə də sevmir, axşamları və qarışıqlığı sevir. Xoşu gəlmir ki, ona bir seks obyekti kimi baxsınlar. İdeal bir partnyor axtarışında tələb edicidir, çətinliklə seçim edir, gec ərə gedir, ancaq hər kəsi öz seçimi ilə heyrətə gətirir. Ona elə bir partnyor lazımdır ki, onun yanında özünü əsl qadın saysın, bu halda onun kimliyi fərq etməz.

    BALIQLAR (20 FEVRAL – 20 MART)

    KIŞI
    Ehtiraslıdır, qeyri-stabildir, daim qarşıdurmanı sevir. Xəyalpərəstdir, ancaq xəyalları real deyil. Hissiyatlı qadınlar onu cəlb edir, onları ideallaşdırır, mənfi cəhətlərini isə görmür. Duyğusaldır, tez bir zamanda sərxoşluq, narkomanlıq, qanun pozuntuluğuna düçar olur. Balıqlar – qəmginlik işarəsidir. Bağlılıq onun üsulu deyil, ailəyə bağlı adam deyil, tez ya gec özünə başqa qadın tapacaq, ancaq onunla yalnız emosional əlaqələr yaratmaq şərti ilə.

    QADIN
    Cəlbedici xüsusiyyətlərə malikdir, əsl qadındır, hissiyatlıdır, əla intuisiyaya malikdir, digərilərinin bütün tərəflərini görür və bilir. Yaxınlarına qarşı tələbkardır, yalan və aldatmanı sevmir. Əsasən yumşaq xasiyyətli və az seksuallı kişilərə ərə gedir. Balıqlar – yaxşı, sevən həyat yoldaşlarıdır, uşaqları sevirlər, yaxşı evdar qadınlardırlar, ətrafındakıları xoşbəxt edirlər.

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Bürclrə görə temperament

    TƏRƏZI (24 SENTYABR – 23 OKTYABR)


    QADIN
    Gözəldir, cəlbedicidir, xüsusi davranışları var, bahalı bər-bəzəkləri sevir. Əsl qadın olmağı ilə bərabər iti ağıllı, natiqdir və aktivdir. Istənilən cəmiyyətdə - ulduzdur, cəlbedicidir və diqqət mərkəzindədir. Sevgidə xüsusidir – onu Venera idarə edir. Artist təbiətli, o cümlədən, artistləri, müğənniləri, musiqiçiləri, rəssamları sevir. Ancaq kişilər onun həyatında üzük halqası rolunu oynayırlar, o isə üzük qaşıdır.
    xoşuma geldi
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Bürclrə görə temperament

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    TƏRƏZI (24 SENTYABR – 23 OKTYABR)


    QADIN
    Gözəldir, cəlbedicidir, xüsusi davranışları var, bahalı bər-bəzəkləri sevir. Əsl qadın olmağı ilə bərabər iti ağıllı, natiqdir və aktivdir. Istənilən cəmiyyətdə - ulduzdur, cəlbedicidir və diqqət mərkəzindədir. Sevgidə xüsusidir – onu Venera idarə edir. Artist təbiətli, o cümlədən, artistləri, müğənniləri, musiqiçiləri, rəssamları sevir. Ancaq kişilər onun həyatında üzük halqası rolunu oynayırlar, o isə üzük qaşıdır.
    xoşuma geldi
    püehhh sen elesen ?

  4. #4
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Bürclrə görə temperament

    cox sag ol ela, yeri var, hemishe oldugu kimi cox gozle movzularin var
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.