4 sonuçtan 1 ile 4 arası

Sevgi və hörmət

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Sevgi və hörmət



    Tez-tez biz digərlərinə olan sevgi və hörmət anlamını düşünürük. Bunu anladıqda isə öz özümüzə olan sevgini bir qədər kənara qoymuş oluruq. Əgər insan özü özünü sevmirsə və qəbul etmirsə digər insana qarşı həqiqi sevgi hiss edə bilərmi... Bu suala cavab vermək üçünsə gəlin ilk öncə insanın öz özünə qarşı olan sevgisini aydınlaşdıraq. Onun eqoitslikdən fərqi nədədir...
    İlk öncə özünə qarşı sevgi özü özünü necə varsansa elə qəbul etməklə başlayır. Özünü sevən insan öz üzərinə məsuliyyət götürür etdiyi hər bir şeyə cavab verməyə hazır olur- səhv etmək haqqını özü özünə verir daha sonra isə həmin səhvi aradan qaldırmaq üçün səy göstərir. O digərlərindən öz arzularını həyata keçirməyi tələb etmir. O öz sevgisini sevinclə kiməsə bəxş edir və qarşılığında heç nə istəmir.
    Özünü sevmək- bütöv həyatla yaşamaq deməkdir. Özü özünə insan olmaq haqqını vermək deməkdir.
    Özünə olan sevgi ilə digər insana olan sevgi arasında nə fərq var... Əgər biz öz arzumuza və istəyimizə hörmət ediriksə- demək ki digərlərinin də arzu və istəyi bizim üçün məna kəsb edir. Nə qədər ki özümüz özümüzə diqqət ayırırıq- həyatı bütöv şəkildə yaşayırıq- nələrisə kəşf edərək bunu digərləri ilə paylaşmağa çalışırıq bizim özümüzü sevməyə haqqımız olur. Bu isə eqoizmdən azad olmağın ən gözəl yoludur. Beləcədə əsl sevgidən digərlərinə də hədiyyə etmiş oluruq.
    Biz elə dünyada yaşayırıq ki hər şey bir biri ilə qarşılıq təşkil edir. Hər bir insanında öz dünyası və öz həyatı var.. Hər bir insan unikaldır. Bu dünyada bir tək şeyimiz varsa o da özümüzük.
    Özünüzü sevsəz ətrafınızda olan hər bir şeyi sevəcəksiniz.
    Özünüzü bütünlükdə qəbul edin- həm xarici görünüşünüzü həm də xarakterinizi
    Özünüzü cəmiyyət arasına aparmağı öyrənin
    Həyatınızda baş verən hər bir şeyə görə məsuliyyət daşımağı öyrənin
    Öz özünüzə dəstək olun. Özünüz özünüzün nazını çəkin.
    Dürüst olun- qeyri səmimiliyinizi kənara qoyun.
    Daxilən azad və sərbəst olun
    Hiss etdiklərinizi anlayıb dilə gətirin
    Həyatınızda baş verənləri bir dərs kimi qəbul edin və yaxşılaşmağa doğru gedin
    Sadəcə layiqli yaşayın ki sevəsiz seviləsiz hörmət qazanıb hörmət etməyi bacarasız.
    Öz ürəyinizin səsinə qulaq asın- onu həm özünüzə həm də digərlərinə görə iki yerə ayırmayın

    Sadəcə sevin və görəcəksiniz ki dünya yeni rənglərlə bəzənəcək...


  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Sevgi və hörmət

    Sadəcə layiqli yaşayın ki sevəsiz seviləsiz hörmət qazanıb hörmət etməyi bacarasız.
    tesekkurler

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Sevgi və hörmət

    Özünü sevmək- bütöv həyatla yaşamaq deməkdir. Özü özünə insan olmaq haqqını vermək deməkdir.
    Özünü sev ki başqalarınıda seve bilesen
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Sevgi və hörmət

    men etrafimdaki insanlar ya severem,ya hec sevmerem. menim ucun ortababi yoxdur. ama sevdiyim insanlarida 3 yere bolunur sanki. bir qismi sadece sevirsen,ezizin kimi,yaxinin kimi . sene daha yaxin olanlari canin kimi gorursen ve onlari ozun bilirsen, onlarida ozun kimi sevirsen. ama ele insanlar varki o insani oz canindanda cox sevirsen,bele insanlar her bir insanin heyatinda 2-3insan vardir. hemise sveib sevilmeniz dileyimle.tesekkurler...
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.