5 sonuçtan 1 ile 5 arası

Hadisələrə fərqli gözdən baxanlar

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Hadisələrə fərqli gözdən baxanlar

    Yaşadığımız dünyada hər gün minlərlə hadisə meydana gəlir. Yaxşı, pis, çirkin davranışlar sərgiləyir milyardlarla insan.
    Bu hadisələr, çox fərqli formalarda, bir-birindən fərqli fikirlərlə qiymətləndirilir. İnsanlar fərqli baxışlarla hadisələrə baxırlar. Mövzu ilə əlaqədar fikirlərini ifadə edirlər: “Çox gözəl”, “Yazıqlar olsun!”, Bəyəndim.”, “Halal olsun!” kimi.
    Bütün bu fərqliliklər əhəmiyyətli bir gerçəyi göstərir: Hadisələrə fərqli baxımdan baxanlar, onları istər istəməz fərqli şəkildə fikirləşərlər.

    Hadisələrə baxışımızı fərqliləşdirən nədir? Hadisə eyni, görünüş eyni, nə üçün fərqli fikir?
    Baxışlarımızı, dünyagörüşlərimizi, inanclarımız, vərdişlərimiz, dəyərlərimiz, mədəni təcrübələrimiz, düşüncələrimiz təyin edir. Biz həyata, hadisələrə onların obyektivindən baxırıq.
    İslam inancını özümsəmiş, onunla hayıtını mənalandırılmış bir möminlə, inancsız bir insanın hadisələri fikir bilfirməsi necə bir olsun!

    Ölüm, inanan insan üçün sonsuz bir aləmə keçiş, bir dünya dəyişməsidir. İnanmayan içinsə bir son, bir yox oluş.…Susuzluqdan yanan bir insan üçün bir damla su nə böyük bir nemətdir! Vətən sevgisindən məhrum bir insan üçün şəhidlik nə ifadə edər?
    Bütün bunlar, həyatı mənalandırmada dünyagörüşünün əhəmiyyətini vurğulayan nümunələr.
    Atalar sözü: “Gözəl görən, gözəl düşünər.”, “Gözəl düşün, gözəl gör!kimi sözlərlə bizləri gözəl düşünməyə, hadisələrə müsbət gözlə baxmamızı nəsihət edirlər. Mütləq gözəl olan yaradıcımız, bizi ən gözəl şəkildə yaratmış. Həyata gözəl bir baxışla baxmamız lazım olduğunu nəsihət etmiş.
    Sevimli Peyğəmbərimizin, yoldaşlarıyla birlikdə gedərkən gördüyü bir it ölüsü qarşısında, onun dişlərini göstərərək, “necə də gözəl dişləri var!” tərzindəki ifadəsi, ölüdə, leşdə də dahi bir gözəlliyi görə bilmə incəliyini işarə edir. Həyata baxışımız müsbətmi, mənfimi? Bu, çox əhəmiyyətli.
    Fərdi inkişaf mütəxəssisləri, psixoloqlar insanlara “həyata müsbət baxıla bildiyi nisbətdə insanın müsbət ruhi quruluşa qavuşabiləcəy”ni söyləyirlər.

    Daha işə başlarkən, “mən bu işi edə bilmərəm” deyə başlayan bir adamın o işdə müvəffəqiyyətli olması əlbəttə mümkün deyil. Peşəsini sevmədən edən, işinə elə belə sarılan bir işçinin, məmurun müvəffəqiyyətli və xoşbəxt olması gözlənilə bilərmi?
    Atacağımız addımlar, müsbət bir baxışla müvəffəqiyyətə və xoşbəxtliyə aparar bizi.
    Həyata müsbət baxışımız, bir mənada dua da deyilmi? Bu baxışla Yaradıcıya sığınır və işimizin müsbət və xeyirli bir şəkildə davamını da diləyirik beləcə.
    Həyata gözəl və müsbət baxışımızın başda özümüz olmaq üzrə ətrafımıza da müsbət bir enerji yaydığı gerçək. Son əsrdə bu mövzuda edilən araşdırmalar çox maraqlı.
    Bir çiçəyə, bir heyvana, bir insana yanaşmamızda, onunla ünsiyyətimizdə geyindiyimiz rəftarın müsbət əks olunmaları, nəticələri rahatlıqla görülə bilir. Mənfi bir rəftarla ünsiyyətin təmin edilə bilmədiyi, bu səbəblə də müvəffəqiyyətsizlik və bədbəxtliyin yayıldığı.

    Mənzilimizdəki qonşumuzun, işyerində bir yoldaşımızın qaraqabaq üzü, hər şeyə mənfi baxışı, bizi də əlbəttə təsir edər. Bir gülər üz, bir təbəssüm, bir salam ünsiyyəti necə də müsbət edər. Ətrafa müsbət bir enerji yayar.
    İnancımız, gülər yüzlülüyün bir sədəqə hökmündə olduğunu ifadə edər. İnanan insanın təbəssümü də dahi ibadət.
    Gülər üzə şirin dilə doyularmı?
    Şahid olduğumuz gözəl bir hadisə bizi xoşbəxt edər. Seyr etdiyimiz gözəl bir cədvəl, bir xətt əsəri, təbii gözəlliklər necə də içimizi açar. Məscidlərimizdəki çinilər bizi çiçək bağçalarına aparar. Gördüyümüz gözəl bir yuxudan oyanmaq bizi necə də üzər.

    İnsanoğlu həyat imtahanını, həyata baxışıyla, onu fikirləriylə, onu başasalışıyla verər.
    Həyat, özünə müsbət baxan gözlərə gözəlliklər təqdim edər. Gözlərdən ürəklərə bir xoşbəxtlik çağlayanı axar ardından. Gözlərdən könüllərə axan bu çayda, çətinliklərimiz yuyunar. Çayla birlikdə xoşbəxtlik dəryasında özümüzü taparıq.

    Bir atalar sözünü xatırlayaq: “Nə əksən onu biçərsən” mənasında bir söz.
    Biz, həyata gözəl baxaq ki gözəlliklər bizi əhatə etsin. Gözəlliklər əkək, müsbət bir rəftarı davranış olaraq mənimsəyək ki, gözəl məhsullar götürək.
    Gül olaq, gül iy verək. Həyat bir gül.
    Onun tikanlarına ilişib qalmağı kim istər!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Hadisələrə fərqli gözdən baxanlar

    her seyin en yaxsisini fikirlesende ,heqiqeten de her sey yaxsi olur , bedbinliye qapilanda her sey bed gelir insan ucun ona gore de nece deyerler her seyin yaxsisini fikirlesek ki her sey de yaxsi olsun .
    gozel movzun ucun tesekkurler

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Hadisələrə fərqli gözdən baxanlar

    çox gözəl və yerinə düşdü. həmişəki devizimdir. işin yaxşı tərəfin fikirləşin.
    çox sağ ol təşəkkürlər
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Hadisələrə fərqli gözdən baxanlar

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    her seyin en yaxsisini fikirlesende ,heqiqeten de her sey yaxsi olur , bedbinliye qapilanda her sey bed gelir insan ucun ona gore de nece deyerler her seyin yaxsisini fikirlesek ki her sey de yaxsi olsun .
    gozel movzun ucun tesekkurler
    Tesekkurler Allah razi olsun.

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Hadisələrə fərqli gözdən baxanlar

    Alıntı Amiqo_100M Nickli Üyeden Alıntı
    çox gözəl və yerinə düşdü. həmişəki devizimdir. işin yaxşı tərəfin fikirləşin.
    çox sağ ol təşəkkürlər
    Sizde sagolun,Allah razi olsun.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.