6 sonuçtan 1 ile 6 arası

Azadlıq soyunmaqdır yoxsa....?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Azadlıq soyunmaqdır yoxsa....?

    Azadlıq soyunmaqdır yoxsa....?

    3-cü minillikdə çadra aristokrat geyimi sayılırmış.

    Yüngül əxlaqlı qadınlara çadra geyinmək qadağan imiş.

    Müasirləşdikcə əxlaq və mənəviyyat anlamı da dəyişdi deyəsən.

    Qadınlar azadıq dedilər, açdılar başlarını…
    Amma dəyişən azadlıq olmadı

    dəyişən mənəviyyat oldu,dəyişən kişiləri cəlb etmək oldu.

    Dəyişən soyunmaq oldu,

    dəyişən mədəniyyətsiz dəb oldu,dəyişən sadəcə azadlıq pərdəsi altında namus oldu...

    Biz Azadıq deyə başladılar, lap cəsur urəkdəki freedom qışqırıgı kimi.

    Çıxardılar içlərindəki o qapanmanı,tələb etdilər həmrəyliyi,bərabərliyi,eyni hüququluğu.
    Amma nədənsə fərqli bir şey oldu.

    Azadlığımı seçdilər,yoxsa niyyət başqa idi?

    Hər şey azadlıq pərdəsi altındamı gizlənirdi,ya azadlıq deyənlərin niyyəti azadlıq,amma azadılığa dəstək olanların niyyəti başqa idi?

    Azadiq deyə başladılar.... keçdi illər.

    o illər ki,azadlığı yox,atılan o çadranı dəyişdi.

    Qısaldı,qısaldı,daraldı,daraldı…,

    Azadlıqmı qısaldı, azadlıqmı daraldı,yoxsa..

    Yoxsa...azadıq bəhanəsi ilə atılan çadralarmı?

    Bu gün mini yubkada gəzən qadın, əsla azad qadınam deyə düşünmür, mən necədə cazibədaram deyə düşünür.

    Zaman keçdikcə anlaşılmayan tək şey oldu:

    qadın azad olması üçün çadranımı atmalıdir?

    qadın azad olması üçün, bu ilin dəbi iləmi geyinməlidir?

    qadın azad olması üçün razrezimi artırmalıdır,dekoltenimi böyütrməlidir?

    Zamanında qadınları çadrası,kişiləri isə papaqları ilə dəyərləndirirdilər.

    Qadınlar çadranı atdı soyundu, kişilərdə papağı çıxardı, hara atdı,hələ də tapa bilmir.

    Amma mən hesab edirəm ki, zamanında biz azadıq deyən qadınlar bilsəydi ki çadradan sonra "qızların" halı bu günə düşəcək,qızların geyimi bu şəklə gətiriləcək-onlar bunu etməzdilər.

    Bəlkə də azadlığı geyimdə yox,həmrəylikdə axtarardılar.

    Bəlkə də azadlığı geyimdə yox,qəlblərində axtarardılar,azad olardılar yalandan,paxıllıqdan,qeybətdən.

    Bəlkə də azad qadın deyəndə xüsusi geyim düşünərdilər,amma bu halı görüb inanın BIZ AZADIQ deməzdilər.

    Ay özlərini qadın hesab edənlər!

    Azadlıq çadranı atmaqdır,ya...

    SIZ AZADMISINIZ???

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Azadlıq soyunmaqdır yoxsa....?

    Ay özlərini qadın hesab edənlər!

    Azadlıq çadranı atmaqdır,ya...

    SIZ AZADMISINIZ???

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Azadlıq soyunmaqdır yoxsa....?

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    Ay özlərini qadın hesab edənlər!

    Azadlıq çadranı atmaqdır,ya...

    SIZ AZADMISINIZ???
    basa dusmedim movzn yeni azadliq ve cadra bunun ne kimi aydiyati var , inan mene eger qadin exlaqi yungulduse o ,iser carsabda olsun ister carsabsiz ,belelerine hec ne ferq etmez.

    azadliq her seydi ,bunu bizim ucun qoyub gedenler var onlarin ruhlarini incitmeyek .

    beli men tam azadam , menim ucun hec bir qadaqa yoxdur ,bilirsen niye? ona gore ki ,men her seyi yerli yerinde eden biriyem , ozumu ele apararam ki ,men hec bir soz gelmesin , bir de men ferq etmez carsaba ne vaxtsa qayitmali olsaq ele birincilerden ola bilerem ,ama bu hec neyi deyismeyecek ,inan ki deyismeyecek.

  4. #4
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Azadlıq soyunmaqdır yoxsa....?

    Bunlarin hamisi boyuk oyunlardi qadinin carsabi atmasindan tutmus,AzTV1 den gunortavaxti Brazilya seriallarinin vermesine qeder.Bu seriallar hec kime lazim deyilse,milli deyerlerimize ziddirse niye kanallar boyuk reklamla veriller !!! az yasdi qizlar,oglanrinda terbiyesinde cox boyuk rol oynuyur qiz baxir o serillardakiMariyaya,Xulyoya ) deyir yeqin bele aciq saciq geyinen qizin hormeti olur.
    Hamisi Massonlarin dunya uzerinde boyuk oyunudu.Mence mini geyinen,siqaret,icki,kimi basqa pis verdisleri olan,onun ucun hec bir ferqi yoxdu Veten isgal oldu ya azad oldu..fikirimi tam catdira bilmirem.e!! yeni holllandiyada ki kisiler ucun ne ferqi var o olke olmasin gedib basqa olkede yasayacaq elecede qadinlari ucun bir ferqi yoxdu.. bu cur kisiler qadinlar ucunhec bir ferqi yoxdu Azerbaycani ruslar,aldi ermeniler aldi yada basqa olke teki onlari barlarina hec kim el vurmasin
    Hec kim fikirimi sef basa dusub meni eseblesdirmesin Men carsaba qayitsin xanimlar demirem. Sehere cixanda utanir adam ki bu ne geyimdi qizlar geyinir. hele yayda Nizami kucesine cixin 1 baxin..qizlar EMO lasir ) oglanlarda da ayibdi demeye ..
    Hele Turkiyeden danismaga deymez sirga taxan kisiden ne gozdemek olar ki!!!!. NESE bu qeder besti!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azadlıq soyunmaqdır yoxsa....?


  6. #6
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Azadlıq soyunmaqdır yoxsa....?

    kişilərdə papağı çıxardı, hara atdı,hələ də tapa bilmir.

    Bu cümləyə nə qədər güldümeee Nəysə kişilərlə işimiz yoxdu. Amma mövzuya əsas olaraq deyim ki, mən uşağ olanda Bakimiz tamam başqa idi, hər kəs azad gəzirdi kim nə istəsə geyinirdi. O ki, qaldi rayon adamlarinin Bakiya axinindan sonra nə vəziyyətə düdü şəhər, elə bir balaca könlün istəyən kimi geyinən kimi deyirlər ki, "ayəə bu nədi ayəəəəə." Day nə deyəsən axi? Həm də bu hicab geyimlər çixandan sonra elə bil haminin gözü öyrənib o geyimə, bir balaca açiğ geyinən kimi olursan nəzər nöqtəsində.

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.