Epikür
Fəlsəfə xoşbəxt bir həyat təmin etmək üçün, tutarlı bir sistemdir.

Kainatda hər şey insan üçün həzz obyektidir. Ancaq ərdəmlə gələn məlumat artdıqca həzz də artar. Bu səbəblə yönüm həzzə deyil məlumata olmalıdır.

Zövq xoşbəxt bir həyatın başlanğıcı və məqsədidir.

Var olduğumuz müddətcə ölüm ortada yoxdur; ölüm gəldiyi anda da biz artıq yoxuq.

Məlumatın məqsədi; insanı məlumatsızlıq və boş inanclardan, tanrı və ölüm qorxusundan qurtarmaqdır. Və bu olmadan xoşbəxt olmağa imkan yoxdur.

Demokrit
Biz heç bir şey bilmərik. Doğru ancaq gerçəyin dərinliyində tapıla bilər.

Hisslərimiz bizə əsla gerçəyi göstərə bilməz, ancaq qəbul etdiklərini təəssüratı əks etdirərlər.

Gerçək, hisslərimizin çox uzağında bir şey olmalıdır.

Atomlar və boşluqdan başqa heç bir şey yoxdur; geri qalan hər şey yalnız fərziyyədir.

Ziddiyyəti və boş sözləri sevən biri ciddi hər hansı bir şey öyrənə bilməz

Qaliley
Heç bir şey kəşf etmədən böyük məsələləri uzun-uzandıya izah etmək yerinə, kaş ki bir tək fakt, hətta kiçik bir şey kəşf etsəydim.

Təbiətin kitabı, riyazi simvollarla yazılmışdır.

İki gerçək bir-biriylə əsla ziddiyyət təşkil etməz.

İnsana heç bir şey öyrədə bilməzsən; öyrənməyi ancaq öz içində tapacağını öyrədə bilərsən.

Kainat dediyimiz kitab, yazıldığı dil və hərflər öyrənilmədikcə aydın ola bilməz. O, riyaziyyat dilində yazılmışdır; hərfləri üçbucaq, dairə və digər həndəsi şəkillərdir. Bu dil və hərflər olmadan kitabın bir tək sözcüyünü anlamağa imkan yoxdur.

Hər şeyi bilmə şəklindəki bu özünü bəyənmiş həyasızlığın təməli heç bir zaman heç bir şeyi anlamamış olmaqdan başqa bir şey deyil. Bir dəfəcik belə olsa, tək bir şeyi tam olaraq anlama təcrübəsi olan və məlumatın necə əldə edildiyini həqiqətən duymuş olan bir kimsə, özünün heç anlamadığı, sonsuz ədəddə başqa həqiqətlərində var olduğunu görər.

Şübhə, elmin atasıdır