XXI əsr sanki oğlanlar 2 tipə bölünüb. Var dədə-baba adəti ilə gördüyümüz papaqlı və təsbehli oğlanlar, var hal-hazırda daha çox nəzərə çarpan və stilni adı alan: Sırğalı, uzun saç oğlanlar. Təəssüflər olsun ki, acınacaqlı olsa belə etiraf etməliyik ki, hazl-hazırda 2-ci tip oğlanlara daha çox rast gəlirik. Yəni ki, uzun saç və sırğalı sanki daha da müasirləşmiş və Avropa stilni almış oğlanlara.
Əminliklə söyləyə bilərəm ki, zəif cinsin nümayəndələrinin əksəriyyəti bu tip oğlanlardan heç xoşlanmaz, əksinə məsxərəyə qoyar və qınayarlar.
Lakin ilk tipə artıq niyə belə az rast gəlirik?




Onu da qeyd edim ki, daha çox onları Bakı kəndlərinin sakinləri kimi qələmə versələr belə, tamamilə bununla razılaşa bilmərik. Artıq ənənə halını alıb ki, biz mentalitetimizə uyğun və ya belə qəbul etdiyimiz üçün kişiləri daim qısa saç, təmiz, səliqəli geyimdə görməyə öyrəşmişik.
Onlar niyə bu qədər azalıb? Müasirləşmək istəyi, “stilni” görünmək istəyi, avropalaşmaq istəyi, geri qalmamaq istəyi, digərlərinə özənmə, bənzəmə istəyi yoxsa nədir?
Bəzən düşünürəm ki, onlar geridə qalmış adlandırılmaqdan qorxurlar, məsxərəyə qoyulmaqdan çəkinirlər bu kimi səbəblərdən biz daha çox 2-ci tip oğlanlara rast gəlmiş oluruq.

Hansi tip oğlanlara Bakının daha çox ehtiyacı var?
1-ci tip ( stilni) oğlanlar niyə bu qədər çoxlmaqda digərləri isə azalmaqdadır?