Sarımsaq,balıq və.s kimi kəskin qoxuların mətbəxtdən uzaqlqşdırmaq üçün limon qabığını ağzı açıq qabda 5 dəqiqə qaynadın.

Əllərdən soğan,sarımsaq qoxusunun çıxarılması üçün 30 saniyə qaşıq və ya çəngəli suyn altında yaxalayın.

Balığın asan təmizlənməsi üçün 2-3 dəqiqə buzlu suda saxlayın.

Quru lobyalı yeməklərinizin tez bişməsi üçünsuyuna tez-tez yarın satəkan soyuq su əlavə edin.

Soğan soymağa başlamadan öncə əllərinizi sirkəyə batırsanız,əliniz soğan qoxusunu çəkməz.

Göbələkli yeməklər hazırlayarkən yuyulmuş göbələkləri bir neçə dəqiqə limonlu suda saxlayın,suyunu süzdükdən sonra yaxalamadan yeməyinizə əlavə edin.

Limon qabıqlarını atmayın,onları qurudub ovun.Təmizləməkdə çətinlik çəktiyiniz qablarınızı bu ovuntu ilə ovun.Nəticəni gözlərinizlə görün.

Təzə balıq seçmək üçün iki şeyə diqqət edin;gözləriparıldayırsa və qəlsəmələri çəhrayı və ya qırmızı rəngdədirsə,deməli balıq təzədir.

Soyuducunun daha yaxşı soyutması üçün içinə balaca torbada duz qoyun.Duzun soyuducudakı nəmi çəkdiyini görəcəksiniz.