Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Oskar

  1. #1
    Member
    Üyelik tarihi
    Oct 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    98

    Oskar


    Dünyanın ən tanınmış və xüsusi imicə sahib olan mükafatlarından biri kino çəkilməsi üzrə insanlara mükafat kimi verilən Oskardır. Oskar Amerikan kino incəsənət akademiyasının ən güclü hədiyyələrindən hesab olunur (Academy of Motion Picture Arts and Sciences, AMPAS).
    Akademiya Holivudda 1927 – ci ildə yaradılmışdır. Bu ideyanı irəli sürən şəxs Hollivudun həmin müddət ərzində ən məşhur və varlı produserlərindən olan Luisi Meyeru olmuşdur. Akademiyanın birinci prezidenti Duqlas Ferbenks olmuşdur, elə məhz həmin şəxs dünya kinosunda ən yaxşı yerə sahib olan filmlərin təltifini irəli sürmüşdür. Mükafatlar isə “Akademiyanın fəaliyyətə görə mükafatı” adlandırıldı, daha sonralar “Oskar”la əvəz edildi.
    Oskar” adı isə 1939 – cu ildə meydana çıxdı. Ən geniş yayılmış ad şəkili məşhur səsləməsinə görə seçilən Akademiyanın direktoru Marqaret Herrikin adı ilə bağlıdır. O, öz sözlərində demişdir; “Bu ki mənim dayım Oskara bənzəyir.” Digər insanların fikrinə görə Betti Devis ikinci yoldaşının şərəfinə bu mükafatı yaratmışdır.
    Adi hallarda “Oskar” mükafatı 24 naminasiya üzrə verilir; ilin ən yaxşı filmi, ən yaxşı rejissor, ən yaxşı kişi rolu, ən yaxşı qadın rolu, ikinci planda olan ən yaxşı kişi rolu, ikinci planda olan ən yaxşı qadın rolu, ən yaxşı orijinal ssenari, ən yaxşı ssenari – adaptasiyası, ən yaxşı operator işi, ən yaxşı montaj, ən yaxşı rəmssam üsulu yəni dekorasiya mütəxəssisi, ən yaxşı musiqi, ən yaxşı mahnı, ən yaxşı paltar dizaynı, ən yaxşı səslənmə, ən yaxşı səs montajı, ən yaxşı vizual effekt, ən yaxşı qrim, ən yaxşı xarici dildə çəkilmiş film, ən yaxşı yarımmetrajlı animasiya filmi, ən yaxşı kiçik ölçülü film, tam ölçülü sənədli film, ən yaxşı kiçik ölçülü sənədli film. Bunların içərisində ən yaxşı qrim 1981 – ci ildən, xarici dildə çəkilmiş film 1947 – ci ildən, ən yaxşı yarımmetrajlı animasiya filmi isə 2001 – ci ildən etibarən öz sahiblərinə təqdim edilir.
    Həmçinin xüsusi “Oskar” da vardır;

    *İrvinqa talberqin adını daşıyan və ən yaxşı produser hesab olunan şəxsə verilən mükafat
    *Cin Herşoltun adını daşıyan humanitar əhəmiyyətli və humanitar fəaliyyətinə görə nəzərdə tutulan mükafat
    *Kino filmlərin çəkilməsində və Akademiyadakı fəaliyyətinə görə verilən “Oskar” mükafatı
    *ABŞ – da tələbələrə verilən texniki və rəssamlıq baxımından seçilən filmlər üçün nəzərdə tutulmuş “Oskar” mükafatı.


    Hər bir “Oskar” mükafatının verilməsi Los Anjelsə təxminən 700 milyon dollar gətirir. Mərasimin xidmətlərində və ümumi hazırlanmasında 10 min şəxs çətinliklə işləyir.
    Xüsusi naminasiyalar üzrə paylanılan “Oskar” mükafatı “Ən yaxşı xarici film” üçün 1956 – cı ildən etibarən verilməyə başlanıldı. İlk naminasiya üzrə mükafat qazananlar, çox məşhur kinolar olmuşdur; “Kapitan Kopernik” ( Almaniya), “Jerveza” (Fransa), “Kivitok” ( Cəld açan haqqında əfsanə” filmi də adlanır) (Danimarka), ilk qalib isə “Qiymətli” (La Strada) filmi üçün Federik Fellin hesab olundu. Son illərdə bu naminasiya üzrə film qalibləri dünya kino klassikasına daxil edilmişdir. Bunlara “Dünən, bugün və sabah” (İtaliya, 1964 – cü il), “Madam Roza” ( Fransa 1977 – ci il), “Hər şey anam haqqında” (İspaniya 1999 – cu ildə ). Filmlərin say çoxluğuna görə lider olanlar “Ən yaxşı xarici filmlər” naminasiyasına görə mükafatlandırılır. Bu Fransada yerləşir və 33 filmdən ibarətdir. İkinci yerdə İtaliya 27 say hesab olunur, liderlər içərisində üçüncü yeri isə 18 sayla İspaniya tutur.
    Rus və SSRİ filmləri (bura sənədli və cizgi filmlər daxil edilir) 14 dəfə müxtəlif naminasiyalar üzrə irəli sürülmüşdür, lakin tarix ərzində 7 dəfə qalib olmuşlar.
    1976 – cı ilə kimi NBC telekanalı bu mərasimin yayımlanmasına görə müqavilə bağlamışdır, lakin həmin vaxta kimi yayımlanma ABC telekanalına məxsus idi.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.