tesekkurler cox sert sozler amma heddinden cox da duzgun sozler bir daha tesekkurler.
6 sonuçtan 1 ile 6 arası
-
10-17-2009, 02:19 PM #1
Oyan Millət
İyrənirəm!!! Nələrdənsə yox, insanlardan! O insanlardan ki, televiziyada şou göstərirlər. Millətin başını aldadırlar. Əylən xalq! Sənə əyləncə yaraşır. Amma Qarabağda əylənməyi unut! İşıqlı efirə bax. Efirdə öz insanlıqlarını unudanlara bax! Yaltaqlara bax! Sən qəbul edirsən belələrini! Əvvəllər soyunanları efirdə bir ya iki kanalda gormək olurdu. İndi harda istəsən baxa bilərsən. Özləri ağırlıqda "AD"lar alıblar. Niyə bu adlara layiq olanları yaxşı tanımırıq, efirdə çox görmürük. Amma layiq olmayanlardan gözlər bezib dilə gəlir! "Baxma" deyir! İyrənirəm deyir.
Nə qədər olar axı? Özləri kişi olub qadın kimi naz edən kişilər. Mentalitet ölüb artıq. Kişilər qadınlara, qadınlarsa kişilərə çevrilir. Ey xalq! Nə durmusan? Alqışla...Efirdə olan bəzənən kuklaları! Çünki sən öz daxmanda oturanda işıqlı efir sənə xoş görünür. Bir düşün ordakı eybəcərlikləri! Kliplərə minlərlə pullar xərclənilir. Hamı öz verilişinə təsadüfi olmayan qonaqlar çağırılır. Dava salırlar! Reytinq qazanmaq üçün! Filankəs evlənir, ya da boşanır! Sənə lazımdı bu???Sənə lazımdı, kimisə evi - Sarayı hansı daşlarla bəzənib? Sənə lazımdı, kimsə qızını kimə ərə verib?
Sənə lazımdı QARABAĞ! Biliyin olsun, savadın olsun! Susma! Səs ver! Amma seçkilərdə yox! Onsuzda efirdə deyəcəklər sən səsini kimə vermisən!
Xəbərlərə bax. Siyasətçilərin dilində əzbər olmuş "Sülh danışıqları"! Qulaq as! Görəsən sən heç siyasət deyilən oyunu oynamısan? Heç cəhd də eləmə! Bacarmazsan! Tikintilər altındakı cəsədlərə bax! Ürəyin ağrıdı? Onda kanalı dəyiş!
Maşını olanlara maşın hədiyyə etmələrindən, evi olanlara ev hədiyyə etmələrindən! "Şou"du bu! Sponsorlar var, nələrinsə xatirinə kimlərisə üzə çıxarır. Xarici ölkələrə səfərlər təşkil edir...
Sənin evin - daxman başına uçur! Daxmada öz ölümünü gözləyən Xalq!!! Hələ sən çox baxacaqsan işıqlı efirdə atlanıb - düşən saxta insanların saxta üzlərinə!!!
ALDANMA SAXTAKARLIĞA!!!
-
10-17-2009, 10:58 PM #2Junior Member
- Üyelik tarihi
- Sep 2009
- Mesajlar
- 27
Re: Oyan Millət
-
10-17-2009, 11:07 PM #3
Re: Oyan Millət
həmfikirik. təşəkkürlər
REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)
-
10-17-2009, 11:24 PM #4Senior Member
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 527
Re: Oyan Millət
Azerbaycan xalqinin yarali yeri,gulunc ve menasiz poqramlarla ehate olunmus televiziya yayimlari
-
10-18-2009, 01:07 AM #5
Re: Oyan Millət
xalqi deye bilmerem men oyanmisam .
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
10-18-2009, 03:03 PM #6
Re: Oyan Millət
sende xalqın 1 üzvü ama sen oyanmaqla iş bitmirki...
GLAMOURKA Nickli Üyeden Alıntı


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla


Yer imleri