Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

Ana və uşaq

  1. #1
    Member
    Üyelik tarihi
    Oct 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    98

    Ana və uşaq

    Ananın uşaq üzərində qoyduğu təsirləri bu üç sahədə görmək mümkündür:

    1. Ana öz nümunəvi xüsusiyyətləri və rəftarları ilə övladının təlim-tərbiyəsi və kamilləşməsi üçün münasib şərait yaradır.
    2. Ana övladı üçün örnəkdir və övladı onun hər bir hərəkətini eynilə təkrar edir.
    3. Ana müəyyən rəftarları təkrar-təkrar yerinə yetirməklə övladını bu rəftarları mənimsəməyə yönəldir.

    Əvvəldə qeyd etdiyimiz kimi uşağı tərbiyələndirmək və maarifləndirmək üçün ana da bir çox bilgiləri əldə etməli və davranışında əxlaqi normalara riayət etməlidir. Aşağıdakı tövsiyələr bu işdə anaya kömək göstərə bilər:
    1. Ana övladının həm evdə, həm də evdən kənardakı davranışına göz qoymalıdır. Onun dostlarını tanımalı, onlarla olan söhbətindən və rəftarlarından müəyyən qədər agah olmalıdır.
    2. Ana uşağının yol verdiyi səhvləri nəzərə almalı və onların islahı üçün səy göstərməlidir.
    3. Ana uşağının rəftarlarındakı məqsəd və istəyi müəyyənləşdirməklə onları sabitləşdirə və ya islah edə bilər.
    4. Ana bəzən uşaqla həmfikir, həmdərd olmaq və ümumiyyətlə mülayim davranmaqla onunla dostlaşa bilər. Bu yolla da övladının hər bir işindən xəbərdar olub, kənardan olan mənfi təsirləri zərərsizləşdirə bilər.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Ana və uşaq

    onu deye bilerem ki ,menim anam dunyanin en gozel ,en aqilli ,en yaxsi anasidir ,ve yazdiqlarin her bir sey onda var ve allah qoysa ne vaxtsa men ana olanda men de anama oxsayacam ,

  3. #3
    Member
    Üyelik tarihi
    Oct 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    98

    Re: Ana və uşaq

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    onu deye bilerem ki ,menim anam dunyanin en gozel ,en aqilli ,en yaxsi anasidir ,ve yazdiqlarin her bir sey onda var ve allah qoysa ne vaxtsa men ana olanda men de anama oxsayacam ,
    Allah qoysa, inşə Allah

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.