Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Sadəcə insan olmağı bacaraq!

  1. #1
    Member
    Üyelik tarihi
    Sep 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    85

    Sadəcə insan olmağı bacaraq!

    Gənc qız əl aynasında makiyajına baxdı və “ÇOX GÖZƏLƏM” dedi..Gözəlliyindən əmin idi.Ətrafındakı oğlanların hər an onun ətrafında olmağından bilirdi gözəl olduğunu.Həyatın dadını çıxaran,rahat yaşayan bir qız idi.
    Axşam dostlarıyla hansı əyləncə məkanına gedəcəyini düşündüyü bir anda zəng gəldi.Zəng vuran anası idi qızın:
    -Alo qızım necəsən?
    -Yaxşıyam ana nə oldu..?
    -Sənə bir surprizim var
    -Nə surprizi..?
    -Çox köhnə bir dostum şəhərimizə gəlib..
    -Gəlib-gəlibdə kimdi?
    -Kim olduğu surprizdi..Evə onu gətirdiyində deyəcəm kim olduğunu..Sənin onu gedib götürməyini istəyirəm
    -Mən ?
    -Hə,sənin iş yerinə yaxın olan parkı bilirmiş.Parka getməyini və səninlə görüşməsini demişəm ona.Sənin də parka gedib onu götürüb gəlməyini istəyirəm.
    -Ana mən belə şeyləri sevmirəm get özün götür də..
    -Qızım bir iki saatlıq işim var deyə gələ bilmirəm..Özüdə səni körpə vaxtından tanıyan bir dostumdu.Səni görəndə o çox sevinəcək bunu bilirəm..
    -eee yaxşı yaxşı bəs necə tanıyacam bu qadını mən?
    -sən evdən çıxanda üzərində olanları demişəm ona həm də o parkın ən axırında göy rəngdə bir oturacaq var gəlib orada otursun dedim ona..O gələndə səni tapacaq.
    -Yaxşı off..
    -Qızım bir işidə deyən kimi ağız əymədən yerinə yetir də,get icazə al işdən çıx daha gözlətmə qadını parkda

    *****
    Gənc qız icazə alıb çıxdı..Biraz getdikdən sonra parka çatdı və parka göz gəzdirəndə qız bu parka heç vaxt gəlmədiyini bildi.Çünki həmişə dostlarıyla bahalı yerlərə gedərdi.Anasının dediyi göy oturacağa yaxınlaşdı və boş olan yerə oturdu..Oturacağın digər küncündə isə bir kəndçi qadın ilə uşağın oturduğunu gördü və onlarla eyni yerdə oturduğuna görə ağzını büzərək:”Anamın dostu tez gələsydi bunlarla oturmaqdan canım qutarardı” dedi.
    Kəndçi qadın bir üzünü qıza tərəf çevirib səsləndi:
    -Bağışla qızım bir şey soruşacaqdım..
    Qızım deyərək səslənməsi qızı əsəbləşdirdi.
    -Nə var adres soruşacaqsan?
    Qızın sərt danışığı qarşısında qadın çox sakit səslə:
    -Yox qızım başqa bir şey soruşacağdım..
    -Sənin kimi avam cahillər ya adres soruşar ya da pul istəyərlər.
    Kəndçi qadının qızaran üzünü vecinə də almadı qız..Həmin an oturacağa tərəf çox kübar görünən gözəl geyimli bir qadın yaxınlaşırdı.
    -“Nəhayət”-deyərək ayağa qalxdı.Yaxınlaşmağ istəyərkən qadının gəlib yanlarından keçərək getdiyini gördü və mızıldayaraq yerinə oturdu.
    Yanında kiçik qıza daha bərk sarıldığını görən qız kəndçi qadının gözlərindən bir damla yaşın yerə düşdüyünü gördü.Kəndçi qadın göz yaşını gizlətmək üçün digər tərəfə çevirdi və digər üzündəki böyük yanıq izi göründü.Cavan qız yanığ izini gördü və mənalı-mənalı güldü;
    -Bax asanca göz yaşı tökə bilirsən,üzündə də böyük yanığ izi var elə,burda nə gözləyirsən keç bir qırağa aç dəsmalıvı otur ağla gəlib pul atarlar.Amma mənə yanığ izi göstərib ağlamaqla pul qoparda bilmıyəcəksən deyib güldü qız.
    Qadın dayana bilmədi:
    -Cahil,avam deyirsən,lağ edib gülürsən nə cahilliyimi gördün..Tanımadığım anam yaşda qadına nəvəsinin yanında kəndçidir deyə lağ mı etdim?
    -Offf..bu kəndçiliyinlə;geyiminlə utanmayıb danışa da bilirsəne..
    -Sən universitet qutarmış çox şey öyrənmiş ola bilərsən amma insanlığdan sinifdə qalmısan,nəvəmi oxutmaq üçün gəlmişdim bu şəhərə amma səni gördükdən sonra istəmədim daha.Kendçi qadın qızını da alıb tez gedir parkdan göz yaşlarını gizləyərək...
    -Bir müddət sonra qızın anası parka yanına gəlir qızının və soruşur-Salam qızım Zeynəb xalan gəlmədi hələ?
    -Heç kəs gəlmədi ana səhərdən oturub gözləyirəm gələn olmayıb.
    -Nece olar axı geyindiyin paltarlara qədər demişdim ona səni gəlib asan tapa bilməsi üçün..Həqiqətən gəlməyib qızım?Yanında kiçik bir qız da olacağdı.
    -Gənc qızın bir anda sifətindəki sadə görünüşü hirs bürüdü və kicik bir qızlamı gələcəkdi,?
    -Beli qızım
    -Ana biz varlı mədəni səviyyəsi olan insanlarıq yəqin ki dostun olan xanım da bizi kimidirdə elə deyil?
    -Səviyyəsiz deyil mədəni insandı çox amma varlı deyil çox kasıbdı.
    -Qətiyyən mənə bir kəndçi qadın oldugunu demə.!
    -Kəndçi qadın olanda nə olar ki qızım o insan deyil.?
    -Hə nə yaxşı kəndçi qadınlarlı gətirməyə də hələ məni göndərirsən.
    -Qızım o qadına çox böyük bir borcumuz vardı bizim.,gün gələr mənin bir şeyə ehtiyacım olsa qapınızı döyərəm demişdi və bugün oldu həmin kömək istəyəcəyi gün də..
    -Nə istəyirki ee o kəndçi?
    -Nəvəsini oxutmaq istəyirdi bizdə ona kömək edəcəkdik indi atan gəlib hamımızı məktəbə aparacaq qızı qeydiyyat etmək üçün,.
    -Ay ana o kəndçi qadına bizim kimi səviyyəli insanın nə borcu ola bilərki?
    -Anası qızının bu hərəkətlərinə dayana bilmədi və dedi:Qızım sən körpə ikən biz kənddə yaşayırdıq bilirsəndə..
    -Aha
    -Sənə danışmışdım kənddə bizim evimizin yandığını və bizdə ondan sonra bütün nəyimiz var nəyimiz yox satıb şəhərə köçdük., amma o yanğınla əlaqədar bir şeyi səni incidər və pis edər deyə indiyə qədər danışmadıq sənə..
    -Gənc qız: “yəqin ki indi deyəcəksən də” dedi anasına..
    -Atan evdə yox idi mən də kəndin bulağına su gətirməyə getmişdim.Həmin vaxt səni evdə tək qoymuşdum beşiyində..Külək tərsdən əsdiyində sobadan odunun biri xalçaya düşüb yanğın çıxarmışdı evdə,.Bulaq yerindən yanğını görüb qaçaraq gəldim amma mən artıq çatanda evdən əsər-əlamət qalmamışdı..Oturub ağlayırdım sən yandın evin icində deyə-Həmin anda Zeynəb xalan qucağında ağlayan səni boğula-boğula evdən səni götürüb bir təhər çölə tərəf gətirdiyində harayı kəndə yayıldı yazığ qadının..
    -Nə üçün haray edib qışqırırdı bəs?
    -Səni evdən çıxaranda bədəninin və üzünün sağ tərəfi yanmışdı çünki yazıq qadının dayana bilmirdi..Onun həm də o vaxt yaşı çox deyildi və heç evlənməmişdi bədəni və üzü yandıqdan sonra da onu heç kəs bəyənmədi amma o evlənməməyinə də heç vaxt yanmadı pis olmadı,cunki səni bir körpəni xilas etmək onun ucun canından da dəyərli idi..
    -Dayan qızım ağlama bunun səni bu qədər incidəcəyini bilmədim..Aha atan da gəldi amma Zeynəb xalan hələ də gəlib çıxmayıb..


    P.S- Çalışın həyatda nə bir səviyyəyə görə qəlb qırasınız nə də bir insan kasıbdır deyə lovğalıq edəsiniz..
    Yazım saytda və real həyatda özündən çox razı olan qızlar üçündür! ele oğlanlarda
    Good Bye My Lover Good Bye My Friend

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.