ama meni unutdun,birde saati sağ terefe taxan insanlar var,onlrla iligilide bilgi tpsan sevinirim,yene de tşk,güzeldi
Dördkünc saat
Dördkünc saat sevən kişilər rəhbərlik etməyi və plan qurmağı çox xoşlayırlar. Hətta dediyi xoş sözü belə əvvəlcədən düşünürlər.
Qeyri-adi hadisələr, sirlər, sürprizlər isə onların ürəyincə deyil. Onlar müşahidəçi və tələbkardırlar. Özləri bəzən boş yerə hay-küy qaldırsalar da başqalarından düzgünlük tələb edirlər. Çoz inadkardırlar, istədiklərini əldə etməyincə rahatlıq tapmırlar. Dördkünc saat sevən kişilərlə hətta mübahisə etmək qeyri-mümkündür. Çünki son sözü özləri deyəcəklər
Yumru saat
Bu cür saat formasını xoşlayan kişilər mehriban və sakitdirlər. Münasibət qurmağı və hamıya yaxşılıq etməyi xoşlayırlar. Söhbətcildirlər, dilləri ilə “ilanı yuvasından çıxarırlar” . Yumru saat taxan kişilər etibarlıdırlar. Belə kişilər öz problemləri ilə başqalarını yormasalar da ətrafdakıların qeydinə qalırlar. Onlar romantik olurlar. Bu cür kişiləri ələ almaq üçün bir-iki xoş söz yetər
Düzbucaqlı saat
Çox səbirli və çox inadkar kişilər düzbucaqlı saatlara üstünlük verirlər. Qismətinizə bu cür kişi çıxıbsa ona inana bilərsiniz. O sizi ömrünün sonuna kimi gözləməyə hazırdır. Konservatordur. Necə deyərlər, əsl mühafizəkardır. Düzbucaqlı saat taxmağı sevən kişilər yeniliyi xoşlamırlar. Onun “sən nə istəsən edəcəksən, təki mənə “hə de”” sözünə aldanmayın. Öz vərdişlərindən heç vaxt əl çəkmir. Belə kişilərə yalnız səbirli, özünü ailəsinə həsr edə biləcək evdar qadın yola gedər
Üçbucaq saat
Üçbucaq saat sevən kişilər liderlik etməyi, hər zaman diqqət mərkəzində olmağı xoşlayırlar. Onlar daim seçilməyə can atırlar. Elə buna görə də qeyr-adi formada saat taxırlar. Risqə getsələr də uğur hər zaman onların yanındadır. Üçbucaq saat taxmağı sevən kişilər ciddi və tələbkardırlar. Heç vaxt işə həvəssiz yanaşmırlar. Onlar bir qədər də qapalı olurlar. Qarşınıza bu formada saat taxan kişi çıxıbsa, onunla yaşayacağınız ciddi həyata hazır olmalısınız. Çünki işdə olduğu kimi belə kişilər ailələrinə qarşı da tələbkar və ciddidirlər
Saatsız kişilər
Elə kişilər var ki, onlar saat taxmağı sevmirlər. Belələri xoşbəxt, həyatsevərdirlər. Heç vaxt problemlər haqqında fikirləşmirlər. Sadəcə bu gün üçün yaşayır, sabahı düşünmürlər. Sevgi onlar üçün gəldi-gedər bir oyundu….
♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥
ama meni unutdun,birde saati sağ terefe taxan insanlar var,onlrla iligilide bilgi tpsan sevinirim,yene de tşk,güzeldi
okeyi tapmaga calisaram
♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥
Yer imleri