2 sonuçtan 1 ile 2 arası

ELM-BİLİK-DÜŞÜNCƏ-HİKMƏT-HƏQİQƏT HAQQINDA

  1. #1
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    ELM-BİLİK-DÜŞÜNCƏ-HİKMƏT-HƏQİQƏT HAQQINDA

    1. Bizim bildiklərimiz haqqında bilmədiklərimiz, bilmədiklərimiz haqqına bildiklərimizdən qat-qat çoxdur!
    2. Hikmət ilahinin öz nurundan insanlara verdiyi paydır!
    3. Bilik asan danışılan, yaxşı gizlədilən, paylaşdıqca çoxalan sərvətdir!
    4. Elmə ağalıq etməsən, təbiətə köləlik etməli olacaqsan!
    5. Axtardığını tapmaq, itirdiyini tapmaqdan daha çox sevinc gətitir!
    6. Bilik öyrədənlə, bilik öyrədənin ittifaqı ilahi ittifaqdır!
    7. Düşməni dost etmək istəyirsənsə onun elminin artmasnın qayğısına qal!
    8. Heyvanlar arasında vuruşmaq aclıqdan, insanla arasında vuruşmaq cəhalətdən yaranır!
    9. İnsanı ağlı, heyvanı bədəni idarə edir!
    10. Atanın öz övladına buraxa bilməyəcəyi yeganə şey ağıldır!
    11. Elm elə sərvətdir ki, o heç vaxt sahibinə məxsus olmur!
    12. Düşüncədə hərəkətli, hərəkətdə təmkinli ol!
    13. Bizim düşüncələrimiz tovuz quşu kimi rəngbərəng və cazibədardır və bütün təhlükə də buradan doğur!
    14. Düşünmək idarə etməkdən çətin işdir. Ona görə də hökmdarlar heç vaxt öz əvəzinə idarə etməyi kiməsə həvalə etmir, amma bir qayda olaraq, öz əvəzinə düşünməyi həvəslə başqalarına tapşırır!
    15. Düşünə-düşünə hərəkət et, hərəkət edə-edə düşün!
    16. Düşüncələrin nəhgləri yox, əməllərin nəhəgliyi insanı tarixə salır!
    17. Düşüncələrdə insan öz-özü ilə, əməllərində başqaları ilə təmasda olur!
    18. Dəlilər də düşünür, sadəcə ağıllılardan fərqli olaraq rabitəsiz və qırıq-qırıq!
    19. Uşaqlar müstəqil düşünə bilmədikləri üçün hər addımında sual verir, axmaqlar isə səhv düşündükləri üçün heç vaxt sual vermir!
    20. Düzgün sual doğru cavaba stimul verir!
    21. Həyat böyük bir sualdır, yaşamaq onun cavabı!
    22. Sən dostundan ağıllı olunca, dostun səndən ağıllı olsa daha etibarlıdır!
    23. Elm öyrənmək, bilik qazanmaq qədər ağıllı insana nəşə verən ikinci bir məşğuliyyət yoxdur!
    24. Düşünmək – dənizin dibindən inci axtarmaqdır. Müdrik fikirlər isə bu incilərin özüdür!
    25. Alimlərin hakimiyyətə yox, hakimiyyətin alimlərə ehtiyacı var!
    26. İnsanın həyatda rast gəldiyi ilk alim yerimək və danışmaq öyərndiyi öz anasıdır!
    27. Nadan alimlə dost olmaqdan, alim isə nadan dostunu ağıllandırmaqdan həzz alır!
    28. Öz axmaqlığını artıq başa düşən insan artıq axmaq deyil!
    29. Ağıllı kişinin nadan qadınla evlənməsi gözəl qadının çirkin kişiyə ərə getməsi kimidir!
    30. Alimlər danışmağa vaxt, nadanlar danmışmağa söz tapmırlar!
    31. Bütün insanlar şəraitə uyğunlaşır, yalnız dahilər şəraiti özlərinə uyğunlaşdırmağa cəhd edirlər!
    32. İnsan elmdən nə qədər ac olsa, qarnı bir o qədər tox olar!

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: ELM-BİLİK-DÜŞÜNCƏ-HİKMƏT-HƏQİQƏT HAQQINDA

    Əla
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.