Əsas məzmuna keç
4 sonuçtan 1 ile 4 arası

ANA SEVGİSİ

  1. #1
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    ANA SEVGİSİ

    SƏN Dünyaya gəldin ilk sənə toxunan ANAN oldu
    SEN ağladın səni sevgisi, şəfqəti ilə səhərə kimi qoynunda saxlayan ANAN oldu
    SƏN acdın sənə öz canından süd verən səni doyuzduran ANAN oldu
    SƏN yatmadın səni yorulmadan, usanmadan oxşayan ANAN oldu
    SƏN xəstələndin, sənə bir şey olacaq deyə o qədər qorxdu ki, canını da sənə verməyə hazır olan ANAN oldu
    SƏNi əziyyətlə böyütdü, özü yemədi səni yedizdirdi, özü geyinmədi səni geyindirdi səni İnsan edən ANAN oldu
    SƏNI böyütdü məktəbə göndərdi, səni oxutdu, sənə qələm tutmağı öyrədən ANAN oldu
    SƏNIN sevincinə sevinib, kədərinə üzülən ANAN oldu
    SƏNI evlendirdi, sənə aile, səadət, xoşbəxtlik verən ANAN oldu
    Zaman keçdi yaşlandı ANAN kimsəyə lazım olmadı atıldı Qocalar evinə.
    Yolunu gözlədi ona baş çəkmədin, halını sormadın, ona dərd verdin, kədər verdin
    “Övladım hardadır, nə edir?”- düşünən ANAN oldu
    O səni ANA kimi sevdi- qəlbi ALLAH lütfü ilə dolu olan Melek.Sən nankor övlad çıxdın, ananı unutdun. Ən dahi insanı, ən gözəl qadını, varlığı və dəyəri kəlimələrlə ölçülməyəcək qədər müqəddəs olan ANANI.
    Sən onu sevmədin, dəyərin bilmədin artıq o yaşlanıb, onun sənə ehtiyacı var, sənin ona bir zaman ehtiyacın olduğu kimi. O ANA sənin üçün hər şey etmişdir, sənə Həyat vermişdir, dünyada bütün gözəl varlıqları görə bilirsən, səsləri eşidən bilirsən, dadiıduya bilirsən, əlin-ayağın tutur, özünü idarə edə bilirsən sən müstəqil insansan, amma unutma bunu ANANA borclusan. Ananızı unutmayın, unudulmazdır
    ANA unudulmazdır, əvəzolunmazdır.Ananızı sevin, o zaman xoşbəxt olacaqsınız. Allah qatında ən böyük səvabdır ANAnı sevmək. Allahın hər lütfü, mərhəməti ANASINI SEVƏN övladın üzərinə yağacaq!
    Bu günün sabahı da var düşünün və siz sabahın ANASI ola bilərsiniz! Övladınız sizə bir zamanlar ANANIZA etdiyini edəndə dünyadaki ən bəxtsiz ANA olduğunu düşünəcəksiniz. Ana qədər sizə bağlı, ANA qədər sizə yanan ikinci şəxs tapa bilmərsiniz bu dünyada, nə qədərki gec deyil, əlinizdə şansınız var ANANIZI sevin, onu sevindirin. Çünki ANALAR ƏN YAXŞILARA LAYİQDİR.
    Bu mövzunu yazmaqla ANALARINA qarşı biganə olar övladların oxumasını istədim. Oxuyun bəlkə bir nəticə çıxardarsınız. Çünki zaman daralır.
    Cənnət ANALARIN ayağı altındadır.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: ANA SEVGİSİ

    tanri hec bir evi anasiz elemesin.aaminnn qurban olaram ele anama.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  3. #3
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: ANA SEVGİSİ

    mamaya iki ildir hesretem bu sefer eve gedende hemişe yanında yatacam

  4. #4
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: ANA SEVGİSİ

    Alıntı Sindy Nickli Üyeden Alıntı
    tanri hec bir evi anasiz elemesin.aaminnn qurban olaram ele anama.
    amin

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.