Sayfa 1/2 12 SonSon
12 sonuçtan 1 ile 10 arası

Pul,ağıl yoksa qüzellik?

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Pul,ağıl yoksa qüzellik?

    Pul hər şeyi həll etməsədə çox şeyi həll edir.
    Ayrıca pul indi bir şeyi almaq üçün istifadə edilən bir vasitə yox,daha çox tək Tanrılı bir din halını gəlmişdir.Bəzi insanlar vardır ki,pul üçün hər şeyi etməyə hazırdırlar.Təki məndə daha çox olsun,ehtiyaclarımı yetərincə,istədiyim kimi qarşıla bilim deyə.
    Pul hər kəsin həyatında bir önəm daşıyır.İşləyirik qarşılığıda pul alırıq,bir şey alırıq qarşılığında pul ödəyirik.Onun üçün gecəmizi gündüzmüzə qatırıq.Ancaq bəzi insanlarda vardır ki,pul üçün nəyin ki,öz canlarını hətta onlara əziz olan insanlarıda sata biləcək tamaha sahibdirlər.
    Pullu bir erə və yaxudda həyat yoldaşa sahib olmaq hər qızın və oğlanın arzusudur.Heç kəs başdan yox deməsin çünki gözəl şəraitdə yaşamağı hər kəs istəyir.Ancaq bunun mənfi və müsbət tərəfləri var.
    Müsbət tərəfləri ondadır ki,pullu ər və yaxudda həyat yoldaşı sənə yaşadığın müddət bolluq içində həyat bəxş edə bilər.
    Sənə arzularının çin olması üçün şans yaranar.
    Səni hərkəsdən hörmətli ,bir addım öndə edər.
    Səni tanınmayacaq qədər gözəl və yaraşıqlı edə bilər.
    Sənə hər kəsin paxıllıq edə biləcəyi biri edər.
    Pul bu gün özünü xeyr arxasında qaçdırırsa sabah şər arxasında qaçdırmayacağı anlamını vermir .
    Pulun mənfi tərəfləri ondandır ki,pul səni hər şeyə məcbur etməyə qadirdir.
    Pul səni özünə bağlama qadirdir.
    Pul səni gözdən salar,üzdə hörmətli etsədə arxada hər kəsin qarğış etdiyi biri olaraq adın çəkilər.
    Onun üçündə pulun müsbət tərəflərini fikirləşib addım atmamışdan əvvəl mənfi tərəflərinidə görmək lazımdır.
    Ağıllı qız və ya ağıllı oğlan seçimi çox az hallarda üstünlük verilən bir seçimdir.Hər kəs gözəlliyin və ya pulun başda olması şərti ilə ağıllı olmağıda əlavə olaraq istəyir.
    Bəzən bir birimizi başa düşməkdə çətinlik çəkirik bunun əsas səbəblərindən biri fərqli düşünmək,fərqli tərəfdən yanaşmaqdan irəli gəlir.
    Ağıl ağıldan üstündür deyirlər ancaq çox güman ki,heç kəs özündən daha ağıllı,əsasən kişilərə aiddir bir xanımla yaxınlıq istəməz.Çünki çox kişilər buna dözə bilməzlər.Qadınlarda isə bu fərqlidir.Yaxınlıq etdiyi insanın ağıllı zəkalı olmasını hər şeydən çox istəyər.
    Yəqin ki,bu kişilər qədər paxıl olmadığımızdan irəli gəlir))
    Ağıllı olmağın müsbət tərəfləri
    Ağılınla hər kəsdən fərqli olduğunu sübut edə bilərsən.
    Ağılınla atdığın addımlar sənə uğur gətirər.
    Ağıllı danışığın insanların diqqətini öz üzərinə çəkər.
    Ən əsası ağıllı olmağın sənə yüksək zirvələri fəth etməyində kömək olar.
    Ağıllı olmağın mənfi tərəfləri ondadır ki,həddindən artıq bilgiyə sahib olmaq səni öz yaşıdlarının yaşamadığı bir həyata aparar.Hansı ki,real həyatda öz həyatını yaşamaq yerinə kitablarda yazılan hər teorilər həyatının mənasına çevrilər.


    Gözəllik başa bəladır.Gözəlliyin əldə edə bilməcəyi bir şey yoxdur.Hər kişi gözəl qadın arzusundadır.Hər kişi gözəllik dəlisidir.Mən gözəlliyə heç önəm vermirəm deyən kişinin səmimiliyinə inanmaq olmaz.Əksər kişilərin arzuladığı qadınlar ən gözəl olanıdır.
    Qızlar üçündə vəziyyət eynidir.Ancaq qızlar kişilər qədər hər nüansa xüsusi yanaşmırlar.Normal görünüş çox vaxt bizlər üçün bəs edir.
    Hansı qız ki,mənim üçün əsas daxili gözəllikdir deyirsə onada inanmayın.Kişilər qədər xüsusi diqqət olmasada böyük önəm daşıyır.
    Gözəllik insanın ağlını başından ala bilər.
    Gözəllik insanı hər kəsin seçdiyi biri edər.
    Gözəllik insana qapılar açar.
    Gözəlliyindən istifadə edən xanım asanlıqla istədiklərini əldə edə bilər.
    Gözəllik, içindədir, ürəyindəkilərdir. Allahın yarattiğı gözəllikdir.Gözəl insan, hara gedirsə getsin, bütün gözlər də gözəldir.
    "Gözəl" deyəndə sadəcə xarici görünüş nəzərdə tutulmur. Gözəl insan, əxlaqi ilə davranışı ilə gözəldir.Gözəl insan olmaq üçün əmək sərf etməlisən.Gözəllik, baxanın gözündədir. Gözəllik könüldədir. Gözəl, insan kimi insan olandır.
    Gözəlliyin mənfi tərəflərini sadalamayacam bunu artıq hər kəs özü fikirləşsin))


    Hansını seçərdiniz?
    Pullu,ağıllı yoxsa gözəl qız?
    Pullu,ağıllı,yoxsa yaraşıqlı oğlan?

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Pul,ağıl yoksa qüzellik?

    3 & 1 de mence super olar

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Pul,ağıl yoksa qüzellik?

    hardaydi 3-de olsun.eybi yox agli olsun.da ne edek.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Pul,ağıl yoksa qüzellik?

    Məncə ağıl . Deyim niyə? Bax əgər ağlım olsa pul qazanaram da. Gğzelliyide tapmaq olar emeliyyat yani
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  5. #5
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Pul,ağıl yoksa qüzellik?

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    Məncə ağıl . Deyim niyə? Bax əgər ağlım olsa pul qazanaram da. Gğzelliyide tapmaq olar emeliyyat yani
    O zaman emeliyata gedende bacını unutma haaa,meni de götür,ok?

  6. #6
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Pul,ağıl yoksa qüzellik?

    Alıntı suzi333 Nickli Üyeden Alıntı
    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    Məncə ağıl . Deyim niyə? Bax əgər ağlım olsa pul qazanaram da. Gğzelliyide tapmaq olar emeliyyat yani
    O zaman emeliyata gedende bacını unutma haaa,meni de götür,ok?
    ok. söz. hazirlaş.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  7. #7
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Pul,ağıl yoksa qüzellik?

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    Alıntı suzi333 Nickli Üyeden Alıntı
    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    Məncə ağıl . Deyim niyə? Bax əgər ağlım olsa pul qazanaram da. Gğzelliyide tapmaq olar emeliyyat yani
    O zaman emeliyata gedende bacını unutma haaa,meni de götür,ok?
    ok. söz. hazirlaş.
    men her zaman hazıram daa,evde galdığ axı,belke emeliyatdan sonra alan olur,ne deyirsen?

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Pul,ağıl yoksa qüzellik?

    eslinde heyatda yassamaq ucun 3 ude lazimlidir. ama esas agildir.insan ne qeder cox oxusa o qeder yaxsidir,aglin ozu ele en boyuk serverdir,heyatda pulda geldi egderdi,gozellikde. agil olunca insan isleyib pulu qazana biler.gozellikde ele olurki,birisi cox gozel olur ama allah qorusun nese bir hadiseden sonra pislesir. insanin emlei niyeti gozel olunca ,ele onun zahiri de gozellesier,birde zovgu olsun.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Pul,ağıl yoksa qüzellik?

    hər şey belə seçməklə olsaydı ......
    təbii ki ağıl və bir az da şans..
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  10. #10
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Pul,ağıl yoksa qüzellik?

    Suzi evvela paxil kishilerin paxilliqin cekenlerdi
    Gelin analiz edek. Elmili yeeni agilli olmaq ucun oxumaq lazimdi, oxumaq ucun biraz pul. Gozel , diqqet ceken olmaq ucunde agill, yeeni ozune yarashan terzde geyinmeyi bacarmali ve bunu etmek ucunde yeene de pul lazimdir. Ele siralamani duz yazmisan. Pul, agil sonra gozellik. Ama cox puldan sohbet gedirse Agil cox pulu olmaqdan ve gozellikden ustundur.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.