4 sonuçtan 1 ile 4 arası

Sən hələ də... Xocalısız... həmin gecə

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Sən hələ də... Xocalısız... həmin gecə

    Müəllif - Tural Babayev

    Oxuyarkən kövrəlməmək mümkün deyil





    Sən hələ də gəz şəhəri qız dalıyca. Onlar kömək gəzirdilər meşələrdə həmin gecə.

    Sən hələ də böyürsənə öz nömrəni küçələrdə. Onlar ah vay qışqırırdı həmin gecə.

    Sən hələ də bax gördüyün hər oğlanın ciblərinə. Gördükləri hər kölgədən qorxurdular həmin gecə.

    Sən hələ də sev birini hər gününə fərqli sözlə. Onlar sevə bilmədilər, boğmuşdular körpələri bircə günə əlacsızkən.

    Sən hələ də altındakı dəmir atla asfaltı min. Meyid kimi minmişdilər, şəhid kimi minmişdilər maşınların arxasına həmin gecə.

    Sən hələ də qışqırginən demokratiya “dalğalardan”. Onlar qara qan qışqırdı boğazlardan həmin gecə.

    Sən hələ də milli dəyər söyləyirsən “tribunlardan”. Onlar dəyər-dəyməzinə getmişdilər həmin gecə.

    Sən hələ də bağırginən insanların hüquqların “məclislərdən”, “şuralardan”. Onlar “VƏTƏN” bağırırlar əsirlikdə daxmalardan.

    Sən hələ də basdırırsan əzizini mərmər-mərmər qəbirlərdə. Onlar ümid basdırırlar gündən-günə əsirlikdə.

    Sən hələ də istəmirsən eyni yemək hər səhərlər. Qırmızı qar yemişdilər üzüqoylu həmin gecə.

    Sən hələ də bəhsə-bəhsə fırlanırsan şubalarda, burnun gəzir havalarda. Ayaqyalın gəzmişdilər, cırmışdılar “şubaların” , lüt bədənə ölmüşdülər bəhsə-bəhssiz həmin gecə.

    Sən hələ də evlənginən erməniylə, tələsginən bir yatağa. Onlar durub qaçmışdılar yataqlardan, beşiklərdən həmin gecə.

    Sən hələ də divarlara fuck çəkirsən dostlarınla. Onlarınsa sinəsinə xaç çəkildi güllələrlə həmin gecə.

    Sən hələ də marşrutda boş yerlərdən dəm vurursan. Öz yerində başqaları oturdular həmin gecə.

    Sən hələ də gözlərində qorxu hissin qeyrətini satanların ciblərinə toxum səpib pul basırsan. Sinələrə daş basdılar, ürəklərə dağ basdılar həmin gecə.

    Sən hələ də efirlərdə ayaqları razrezindən Avropaya pəncərətək göstərirsən. Onlarınsa ayaqları erməniyə xoşhal kimi kəsilmişdi həmin gecə.

    Sən hələ də haqq deyənin başın basıb sus deyirsən. Onlarınsa gözün basıb cixaranda sus dedilər həmin gecə.

    Sən hələ də saçlarını rəngləyirsən min bir rəngə,saçlarının rənglərindən tez dəyişən dəbə görə. Xınaları saçlarında donmuş idi həmin gecə.

    Sən hələ də dörd yanında gəzdirirsən “security” gündüz vaxtı. Dörd yanında erməniydi quduzlaşmış həmin gecə.

    Sən hələ də muzeylərə manatlari, dollarları, yevroları xərcləyirsən düşünmədən. Canlarını xərclədilər düşünmədən həmin gecə.

    Sən hələ də təkərlərlə asfatları, manatlarla kresloları, vərəqlərdə dostluqları öz əlində “qələminlə” imzalarkən, ermənilər “qələmiylə” Xocalıda bir faciə imzaladı həmin gecə.

    Sən hələ də başındaki papağına qeyrət deyib pul verirsən bazarlardan alanda da. Papağını soxmuşdular qar altından yer dibinə(!) həmin gecə.

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Sən hələ də... Xocalısız... həmin gecə - her kes oxusun

    DOĞRU, KALBİ OLAN KİMSE KÖVRELMEDEN DURAMAZ

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Sən hələ də... Xocalısız... həmin gecə - her kes oxusun

    Artık 14 senedir ki Xocalı adlanan şehir yok . Ermeni celladları Xocalı adlanan

    şeheri yer yüzünden sildi.

    Xocalı soyqirimi 1992-ci il şubatın 25 den 26 –na keçen gece töredildi.Şubatın 25 –de Rusiyaya mexsus 366-cı alay ve parayla tutlmuş quldur desteleri Xocalıya hücum etdiler.

    613 nefer şehıd oldu.Onlardan 106 neferı qadın 83 neferi uşaq olub.

    8 ailenin bütün ferdleri öldürüldü.487 nefer şikest olmuş .1275 nefer

    esir alınarak ermenıstana aparılmış.Öldürülmüş ınsanların başları

    kesilmiş başlarının derisi soyulmuş gözleri çıxarılmışdırAğlama qardaşım


    Ağrıya acıya dözmek çetindir

    Ay allah neyleyek biz yazıq indi?

    O gece qan deyib qudurdu düşmen

    O gece inledi, ağladı veten.

    O gece Xocalı qana belendi

    Neğmeler yerine gülleler dindi.

    Beşikde doğrandı körpe uşaqlar,

    Dondu qar içinde eller, ayaqlar.

    Ağlama qardaşım sabr eyle bir az

    Bu derdi ,bu qemi heç kes unutmaz.

    Qoymaz bu günahı yerde turk oğlu,

    Qalxacaq ayağa Babek, Koroğlu


    Xocalıda


    Xocalıda qan çilenib çöllere

    Döşenib torpağa şehıd balalae

    Başsız bedenlere kesik eller

    Baxdıqca göylere qalxır naleler.


    Gözler çıxarılıb başlar kesilib

    Beden süngülenib beyin ezilib

    Xocalıda qan çilenib çöllere

    Mateme çağırır şehıd balalar.


    ‘Qisas’ deye haray çekıb ellere

    Göz yaşı içinde yanır analar.

    Ana sedaları yandırar yaxar

    Bu qanlı haraylar göylere qalxar.


    Xocalı haqqında bayatılar


    Duz basdılar yarana

    Layla Xocalım layla.

    Düşdün güllebarana

    Layla Xocalım layla.


    Namerdi kim çağırdı

    Göyden olüm yağırdı

    Dilnen demek ağırdı

    Layla Xocalım layla.


    Daş üste daşmı qaldı

    Salamat başmı qaldı

    Dözümde yaşmı qaldı

    Layla Xocalım layla.


    Derdin kimi acı yox

    Ağrı var elacı yox

    Ağlamağa bacı yox

    Layla Xocalım layla.


    Bu torpağın canısan

    Sele dönmüş qanısan

    De kimin qurbanısan?

    Layla Xocalım layla.


    Keder düşdü payına

    Senden çetin yayına.

    Hay vermedik hayına

    Layla Xocalım layla.


    Şuşanın eteyi qan

    Balı qan peteyi qan

    Düşmenin köteyi qan

    Layla Xocalım layla.

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Sən hələ də... Xocalısız... həmin gecə - her kes oxusun

    insallah torpaqlarimiz qayidarda hemin gece bayram gece olar.ele deyib sevinerik.insallah amin.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.