8 sonuçtan 1 ile 8 arası

Şeytan üçbucağı və ya Bermud üçbucağı

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Şeytan üçbucağı və ya Bermud üçbucağı

    Şeytan üçbucağı və ya digər adı ilə Bermud üçbucağı

    Dünya sirrləri. “Şeytan üçbucağı” və ya sirrinin hələ də möcüzə kimi qəbul edildiyi “Bermud üçbucağı” Dünyada hələ də sirrləri açılmayan, buna görədə möcüzə kimi xatırlanan yerlər var. O yerlər ki, onlardan danışanda elmin inkişaf etmiş bütün tərəflərini bir araya toplasan da, gəlinəm ümumi nəticə yenədə möcüzələrə inanmaq olar. Belə yerlərdən biri də “Bermud üçbucağı” dır. O yer ki, oranı öz adından başqa “Şeytan üçbucağı” ,”Şeytan adası” ,”Atlantik qəbristanlığı” ,”Ölüm üçbucağı” kimi müxtəlif adlarla adlandırırlar. “Bermud üçbucağı” 1502-ci ildə ispan dənizçisi Bermudes tərəfindən kəşf olunub. O zaman Atlantik okeanında gəmilər üçün təhlükəli olan sualtı qayalar, dayazlıqlar olan adanı kəşf edən Bermudes dünya üçün yeni bir möcüzə kəşf etdiyinin yəqin ki, fərqində deyildi. Onun adına həmin yer “Bermud üçbucağı”adlandırıldı. Bermudes özü isə təhlükələri uğurla dəf edərək kəşf etdiyi adaya “Şeytan adası” adı verdi. Sonradan Atlantik okeanın bu adasına müxtəlif məqsədlərlə səfər edənlər oldu, onların bəzisi ekspedisiyanı ciddi niyyətlə həyata keçirsə də, bir çoxları möcüzə ümidi ilə yola çıxırdılar. Möcüzələr isə az olmurdu.Ancaq “Bermud üçbucağı”na diqqət XX əsrin ikinci yarısından sonra başladı. Möcüzəli ada ilə ilk maraqlananlar topladıqları faktlar arasında Amerikanı kəşf edən Xristofor Kolumbun da “Bermud üçbucağı”ndan keçdiyi zaman gördüyü qəribə hadisələri öyrənməyə başladılar. Kolumb bildirirdi ki, adadan keçərkən su səthində indiyə qədər görmədiyi, ona tanış olmayan parıltı ilə qarşılaşıb, sanki havaya od qalxırmış. Kolumbun xatirələri elm adamlarını da, sadəcə səyyahlıqla məşğul olmaq niyyətinə düşənləri də, maraqlandırırdı, odur ki, “bermud üçbucağı” diqqət mərkəzinə gəldi və özü ilə bərabər saysız-hesabsız müəmmalar gətirdi. Məlumatlardan gəlinən nəticələrdən aydın olur ki, “bermud üçbucağı” yalnız möcüzələrin baş verdiyi söylənilən ərazini əhatə etmir. Bu ərazi əslində Bermud adasının zirvəsi hesab edilir. Əslində isə ərazi Bermud adası, Puerto-Riko və Floridadaki Mayamidən ibarətdir. “Bermud üçbucağı” ndan danışarkən ilk öncə ərazidə gəmi və təyyarələrin heç bir iz qoymadan yoxa çıxması kimi məlumatlar yada düşür. Dəfələrlə mətbuatda bu barədə faktlara rast gəlinib, gəmi və təyyarələrin axtarışı zamanı heç bir izə rastlanmaması ərzini daha da “cəlbedici” edir. “Şeytan üçbucağı” na dünyanın diqqətinin yönəldiyi XX əsrin əvvəllərində maraqlı hadisələr az olnayıb.Məsələn; 1840-cı ildə Baqam adalarının paytaxtı Nassau limanı yaxınlığında fransızlara məxsus gəmi aşkar edildi.Gəminin “Rozali” gəmisi olduğunu müəyyən etmək çətin olmadı.Gəminin bütün yelkənləri qaldırılmış, hər şeydə öz yeində idi, yalnız gəmi heyyətindən heç bir xəbər yox idi. Gəmini yoxladıqdan sonra məlum olduki, o, saz vəziyyətdədir, heç bir yerində sınıq yoxdur. Amma hamını düşündürən bir məsələ cavab tapılmadı-buda gəmi heyyətinin taleyi ilə bağlı idi.Baş verən hadisə əsl fəlakət kimi qiymətləndirilirdi.Bundan başqa hadisələr isə 1911-ci il iyunun 14-də baş verdi. Roma vağzalından gəzintiyə çıxan vaqon şəhərin görməli yerlərinə gedərək yeni çəkilən dəmir yolu tunelinə yaxınlaşır. Birdən ətrafı ağ duman bürüyür, qatar tunelə yaxınlaşdıqca duman qatılaşırdı. Qatardan iki sərnişin tullanaraq bu qorxunc fəlakətdən yaxa qurtara bilirlər. Sonradan onların söylədiklərinə görə, duman yapışqan mayeyə çevrilir.Qatar tunelə girir və birdən-birə yox olur.Uzun illərdən sonra başqa bir maraqlı hadisə baş verir.Həmin qatar olduğu bildirilən qatar Poltava vilayətinin Zavaliçi kəndi yaxınlığında göründü. Qatarın bura necə gəlib düşdüyü barədə heç kəs inandırıcı fikir söyləyə bilmirdi, qatara baxış zamanı məlum olduki, maşinistin kabinəsi boşdur.Leşateyin dediyinə görə qatar zaman tunelinə girmiş və buraya gəlib çıxmışdır. ”Bermud üçbucağı” ndan keçən Amerikaya məxsus sualtı gəmidədə olduqca qəribə hadisə baş vermişdir. “Bermud üçbucağı” ərazisində 70 metr dərinlikdə üzən gəmidə matroslar qəribə səs-küy eşidirlər və bundan sonra heyət üzvlərinin çox süətli şəkildə qocaldığını müşahidə edirlər. Bunu davamı maraqlı olsa gələn sayımızda... “Respublika Gəncləri” qəzeti.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: Şeytan üçbucağı və ya Bermud üçbucağı

    cox maraqla oxudum. tesekkur

  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Şeytan üçbucağı və ya Bermud üçbucağı

    Maraqlı məlumata görə sağol.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Şeytan üçbucağı və ya Bermud üçbucağı

    maraqlı məlumatdı. Amma bermud üçbucağı haqqında çox sənədli filmlr var, eləsi var deyir möcüzədir eləsi var deyir ki uydurmadı!
    məsələn bir üçbucaq da var Afrikanın qərb sahillərindədi orda da dəfələrlə gəmilər yoxa çıxıb.
    inanaq yoxsa inanmayaq?
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  5. #5
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Şeytan üçbucağı və ya Bermud üçbucağı

    Alıntı Amiqo_100M Nickli Üyeden Alıntı
    maraqlı məlumatdı. Amma bermud üçbucağı haqqında çox sənədli filmlr var, eləsi var deyir möcüzədir eləsi var deyir ki uydurmadı!
    məsələn bir üçbucaq da var Afrikanın qərb sahillərindədi orda da dəfələrlə gəmilər yoxa çıxıb.
    inanaq yoxsa inanmayaq?
    İnanib inanmamq baresinde bir sey diye bilmeyecem. Her kesin oz iradesine gore deyisen bir meseledi. Uydurmada ola biler. Ama olmayada biler
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  6. #6
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Şeytan üçbucağı və ya Bermud üçbucağı

    tesekkurler maraqli idi.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Şeytan üçbucağı və ya Bermud üçbucağı

    Şeytan özü kimi bütün insanların da Allaha qarşı itaətsiz və qürurlu olmasını istəyir. İnsana pis əxlaq göstərməyini, Allahın məmnun olmayacağı hər cür rəftarı etməyini əmr edir. Allah Quranda bu təhlükəni belə xəbər vermişdir:

    "Ey insanlar, yer üzündə olan şeyləri halal və təmiz olaraq yeyin və şeytanın addımlarını izləməyin. Əslində o, sizin üçün açıq-aşkar bir düşməndir. O sizə yalnız pisliyi, çirkin həyasızlığı və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyinizi əmr edər." (Bəqərə Surəsi, 168-169)

    Şeytanın tətbiq etdiyi ən hiyləgər oyun, insanları Allahın adını istifadə edərək aldatmasıdır. Bu üsulla Allahın razı olmadığı hərəkətləri din adına edilməsini təmin edir. Mövzu ilə əlaqədar bir Quran ayəsi belədir:

    "Ey insanlar, heç şübhəsiz Allahın vədi haqqdır; elə isə dünya həyatı sizi aldatmasın və hiyləçi(lar) da, sizi Allah ilə (Allahın adını istifadə edərək) aldatmasın. Gerçək budur ki, şeytan sizin düşməninizdir, elə isə siz də onu düşmən əldə edin. O, öz qrupunu, ancaq dəlicə yanan atəşin xalqından olmağa çağırar. (Fatır Surəsi, 5-6)Böyüklük Təlqini Verməyə Çalışar:

    Şeytan, özü kimi bütün insanların da Allaha qarşı itaətsiz və qürurlu olmasını istər (Allahı tənzih edərik). İnsana davamlı olaraq pis əxlaq göstərməsini, Allahın məmnun olmayacağı hər cür rəftarı tətbiqini əmr edər; ONun gücünün və böyüklüyünün gərəyi kimi təqdir edilməsini maneə törətməyə çalışar. Allah Quranda bu təhlükəni belə xəbər vermişdir:

    "Ey insanlar, yer üzündə olan şeyləri halal və təmiz olaraq yeyin və şeytanın addımlarını izləməyin. Gerçəkdə o, sizin üçün açıq-aşkar bir düşməndir. O, sizə yalnız, pisliyi, çirkin-həyasızlığı və Allaha qarşı bilmədiyiniz şeyləri söyləmənizi əmr edər." (Bəqərə Surəsi, 168-169)

    Şeytanın tətbiq etdiyi ən hiyləgər oyun, insanları Allahın adını istifadə edərək aldatmasıdır. Bu üsulla, Allahın razı olmadığı hərəkətlərin din adına edilməsini təlqin edər. Mövzu ilə əlaqədar bir Quran ayəs(n)i belədir:

    "Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) vədi haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın! Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır.

    Allah Bağışlayar Deyə Aldatmağa Çalışar:

    Şeytanın insanı Allahın adıyla aldatmasının bir başqa yolu da Allahın bağışlayan olduğunu deyərək insanı günah işləməyə təşviq etməsidir. Bir insan "necə olsa Allah bağışlayar" deyərək bilə-bilə günah işləməyə başlarsa, Allah qorxusunu itirə bilər. Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: “Biz (Allah tərəfindən) bağışlanacağıq!” Onlara bunun misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada (kitabda) olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz? (Ə'raf Surəsi, 169)

    İnsanların Arasına Kin və Düşmənlik Salar:

    Dünya var olduğundan bəri davam edən bütün döyüşlərdən, döyüşlərdən müzakirələrə qədər hər cür düşmənliyin arxasında "şeytanın oyunlatı" vardır. Quran əxlaqının gətirdiyi mərhəmət, ədalət, barışıq və xoşgörüş kimi yüksək dəyərlərdən uzaq yaşayan inkarçıların bir-birlərinə qarşı kin və düşmənçılik bəsləmələri son dərəcə təbiidir. Ancaq şeytan başqa taktikalar tətbiq edərək möminlərin arasına da kin və nifrət salmağa çalışır. Bu şəkildə onları zəiflədə biləcəyini və pozğunluğa uğrada biləcəyini zənn edir. Allah bu təhlükəyə qarşı möminləri xəbərdar etmiş və həll yollarını göstərmişdir. Bir ayədə belə buyurub:

    "(Ya Rəsulum!) Bəndələrimə de: “(Danışdıqları zaman “la ilahə illallah; yərhəmukəllah; yəğfiru ləkəllah” kimi) gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana dəvət edərkən onlarla xoş danışsınlar!)” Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!" (İsra Surəsi, 53)

    Şeytan başqa bir üsul olaraq, insanlara uzun vədəli planlar etdirib, bunlarla başlarını məşğul etməyə çalışar. Və ya insanları gündəlik işlərə qarışdıraraq və müxtəlif bəhanələr salaraq Allahı xatırlamalarına mane olar. Ancaq təbii ki, Allaha təslim olmuş səhər axşam ONU zikr edən, yer üzündəki hər hadisənin Uca Rəbbimizin idarəsində olduğunu bilən və ixlasla Rəbbimizə yönələn möminlərin qarşısında şeytanın bu zəif hiylələrinin bir təsiri olmur. Bu vəziyyət Quranda belə bildirilir:

    "(İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!

    Yalnız Sənin sadiq bəndələrindən başqa!”(Hicr Surəsi, 39-40)
    [

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Şeytan üçbucağı və ya Bermud üçbucağı

    Bermud uçbucagi yaxinimizda olsaydi gederdim qayitmazdim

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.