Forbes Traveler jurnalı dünyanın ən yaxşı zooparklarının siyahısını dərc edib. Siyahıda ilk yeri sahəsi 500 akr. olan dünyada ən iri Disney tematik (mövzular üzrə) parkı –Animal Kingdom (Orlando,ABŞ) tutmuşdur.

Burada kərgədanlar, antilopalar və heyvanat “krallığının” digər nümayəndələri yaşayır. Park 7 tematik (mövzular üzrə ) hissəyə--Oazisdən hündürlüyü 14 mərtəbəli evin hündürlüyünə bərabər olan və üzərində Mikki Mausun da olduğu 325 canlının təsviri yonulmuş Həyat Ağacına qədər bölünmüşdür.

İkinci yerdə, Basel Zoo (Bazel, İsveçrə) qərar tutub ki, o da 1874-cü ildə açılmışdır. Bu gün orada 600 müxtəlif növdən olan 6000-ə yaxın heyvan yaşayır. Zooparkda ən maraqlı yerlərdən biri –“vivarium”dur ki, burada yer üzündə həyatın təkamülünü müşahidə etmək olar.

Üçüncü yeri, Beauval Zoo (Fransa) tutmuşdur ki, 1980-ci ildə quşların volyeri (meydançası) kimi yaradılmışdır. Burada müxtəlif növdən olan—ağ pələnglərdən tutmuş lamantinlərə qədər 4000-ə yaxın canlı yaşayır.

Dördüncü yerdə, Berlin Zoological Garden (Berlin, Almaniya) göstərilmişdir ki, o, özünün ən böyük heyvan kolleksiyası ---1400 sayda müxtəlif növdən olan 13.900 fərd—öyünə bilər. Zooparkın sahəsi 86 akrdır. O, 1844-cü ildə açılmışdır və nəinki zooloji, həmçinin tarixi baxımdan maraq doğurur.

Beşinci yerdə, Bronx Zoo (Nyu-York, ABŞ) göstərilmişdir ki, bu da ABŞ-da ən böyük şəhər zooparkıdır və əksəriyyəti nəsli kəsilmək üzrə olan və nadir növlərə məxsus 4000 sakin üçün “evə” çevrilmişdir. Zooparkın bağlı hissəsi –Cəngəllik Aləmi isə tropiklərin bitki və heyvanat aləmi ilə tanış olmağa imkan yaradır.

Altıncı yerdə, Chester Zoo (Böyük Britaniya) qərarlaşmışdır ki, burada—110 akrlıq bir sahədə koati, tuataravə digər nadir növlər yaşayır. Onun əsası 1934-cü ildə Corc Mottershed tərəfindən qoyulmuşdur və hazırda Şimali İngiltərənin Zooloji Cəmiyyətinin xeyriyyə fondu tərəfindən idarə olunur.

Prague Zoological Garden (Praqa, Çexiya) yeddinci yeri tutmuşdur və burada 630 növdən olan 4600 heyvan yaşayır.
CAR kimi zəngin canlı aləmə malik ölkədə olan National Zoological Gardens of South Africa (CAR) səkkizinci yerdə qərarlaşmışdır. Zooparkın sahəsi 198 akrdır. Burada 99%-i elə burada doğulmuş 2568 heyvan yaşayır.

Doqquzuncu yerdə, San Diego Zoo (San-Dieqo, ABŞ) –dünyanın ən iri və inkişafda olan zooparklarındandır ki,nadir heyvan növlərinin qorunub saxlanması üçün ciddi səylər göstərir. Hazırda Çindən kənarda pandaların ən böyük populyasiyası məhz burada yaşayır. Zooparkla yanaşı, burada vəhşi heyvanları daha təbii şəraitdə müşahidə etmə imkanına malik olan Wild Animal Park da mövcuddur.

Onuncu yerdə Schönbrunner Zoo (Avstriya) göstərilmişdir. Onun diqqətəlayiq yerlərindən biri— Borneo cəngəlliklərinin mənzərəsi və kitlər (balinalar) və pinqvinlərin olduğu Arktika “Polyariumu” olan Tropik Evdir.
Digər bir zoopark isə Singapore Zoo (Sinqapur) zooparkına hər il 1.4 milyon insan baş çəkir. Burada canlılar geniş meydançalarda–təbii şəraitə yaxın şəkildə yaşayır.Həmçinin, burada “Oranqutanlarla səhər yeməyi” və “Şirlərlə lanç” da mövcuddur.

Adətən, Smithsonian National Zoological Park (Vaşinqton,ABŞ) başqa cür Milli Zoopark da adlandırılır ki, buaraya giriş pulsuzdur, məqsəd isə təkcə canlıların mühafizəsi deyil, həmçinin ictimaiyyətin maarifləndirilməsidir. Hazırda burada 400 müxtəlif növdən olan 2000 fərd saxlanılır.

Taronga və Western Plains Zoo (Sidney,Avstraliya) – 1916-cı ildə açılmışdır.O zaman burada yalnız 35 heyvan mövcud idi, hazırda zooparkın “sakinləri”nin sayı 2600-dən artıqdır.

Kanadanın baş zooparkı – Toronto Zoo (Toronto) isə 460 müxtəlif növdən olan 5000 heyvanın “məskəni”dir. Zooparkın sahəsi 710 akr olmaqla dünyada ən nəhəng zooparklardan biri hesab olunur.Buraya səfər zamanı Afrika Savannasını və Hind-malay sərgisini də nəzərdən qaçırmaq olmaz.

Ueno Zoological Gardens (Tokio,Yaponiya) zooparkına isə Tokionun istənilən nöqtəsindən yetişmək mümkündür.Ueno-Yaponiyanın ən qədim və tanınmış zooparkıdır. İstirahət günlərində buraya 20.000-ə qədər insan baş çəkir ki,onların əksəriyyətini də əsasənnəhəng pandalar maraqlandırır.

Turizm.az