Hərf falına baxmaq üçün adınızı və adınızdakı hərflərin mənalarını ard-arda bir kağıza yazın.Yazdıqdan sonra kiçik bir mətn əmələ gələcək.Bu mətndə sizin xarakteriniz,maraqlarınız,bir sözlə necə bir insan olduğunuz barədə məlumat əmələ gələcək.
Budur,hərflər və mənaları.




HƏRFLƏR & MƏNALARI
A : Qəbul etmə gücü və məntiq icra etmə qabiliyyəti yüksək
şəxsiyyəti təmsil edir.

B : Qabaqcadan hiss etmələri qüvvətli şəxsiyyəti təmsil edir. Ən
mənfi hadisələrdə belə ümidlərini itirməyən şəxsiyyətdir,
eyni zamanda.

C : Gözəl sənətlərə uyğunluğu təmsil edən romantik
şəxsiyyəti ifadə edir.

Ç : Zövq və səfa düşkünü şəxsiyyəti ifadə edir.

D : Üstün gücü təmsil edər, ehtiraslı və çətinliklərə müqavimət göstərən
şəxsiyyəti ifadə edir.

E : Ruhi qarışıqlığı təmsil edər, yəni hüzn və sevinci
bir yerdə yaşayan və ruhi gəl-getləri olan şəxsiyyəti
ifadə edir.
Ə:Gərgin həyat tərzi keçirən və bundan heç də şikayətçi olmayan şəxsiyyəti ifadə edir.
F : Sakitliyi təmsil edir, itaətli və etibarlı şəxsiyyətin
işarəçisidir.

G,Ğ : İnadçı şəxsiyyət, gərginlik və üstün güclərə sahib olma
arzusunu ifadə edir.

H : Sakit və sabit bir şəxsiyyəti ifadə edir.

X:Güclü və eyni zamanda istədiklərini daiməldə edən bir şəxsiyyətin işarətçisidir.

I, İ : Həssas, romantik və kövrək bir şəxsiyyəti təmsil edir.

J : Kaprisli və qısqanc şəxsiyyət əlamətidir.

K : Müvəffəqiyyətli, ünvan sahibi və daim yüksələn bir şəxsiyyəti
ifadə edir.
Q:Hər yerə uyğunlaşmağı bacaran,eyni zamanda hər şeydən zövq almağa çalışan şəxsiyyətdir.
L : Sənətakrlıq istiqamətləri olan qabiliyyətli şəxsiyyət ifadəsidir.

M : Ticarətə uyğunluq və yüksək zəka səviyyəli şəxsiyyəti
ifadə edir.

N : Üstün güclərə sahib, sağlam fikirli şəxsiyyəti ifadə edir.

O, Ö : Sirrli şəxsiyyət sahibidir. Gizliliyi sevər və
duyğularını aşkar etməkdən qaçınan tiplərdir.

P : Özündən əmin şəxsiyyət, girdikləri mühitdə özünə etibarlı
rəftarlarıyla diqqət çəkirlər.

R : Tərəddüdlü şəxsiyyət deməkdir, qərar vermədə çətinliklər
yaşayarlar.

S, Ş : Xəyalpərəstliyi simvollaşdırma edər. Həddindən artıq xəyal quran
şəxsiyyət.

T : Olduqca təmkinli rəftarlı və duyğularını qarşısındakına
açmağı çətin bacara bilən şəxsiyyəti təmsil edir.

U, Ü : Durğun görünüşlü, çox ağır hərəkət edən, işlərini
ağırdan alan bir profil çəkən şəxsiyyət.

V : Öz içinə dönük, əhəmiyyəti hesab etməyən bir şəxsiyyəti ifadə edir,
mənə toxunmayan ilan min yaşasın fəlsəfəsiylə hərəkət
edən şəxsiyyət nümunəsi.

Y : Keçmişdəki izləri, hüzn və digər hadisələri davamlı
yaşayarlar, keçmişlərini əsla unutmazlar və güclü bir şəxsiyyət
quruluşu göstərərlər.

Z : Elmi baxımdan müvəffəqiyyətli,oxunağı sevən şəxsiyyətin təmsilçisidir