DILĞIR dan. 1. sif. Tükü tökülmüş, qotur. Dılğır at. – Sən qovdun kənddən elin kor, dılğır yabısını. S.Rüstəm. 2. is.və sif. Boş, avara, lüt, yaramaz. Dılğırın biridir. – Amma bu dılğırların heç birindən eşitmədim ki, desin: – Bala, adam ol! C.Məmmədquluzadə. O dılğır Xəlilin gözünün odunu niyə almamısan ki, .. adın gələndə dizləri əssin? M.Hüseyn. // sif. isteh. Vecsiz, heç bir şeyə yaramayan. Doğrudur, .. inci- mişəm, ancaq bu, kəndimizin pisliyinə dəlalət etməz ki, iki yüz mənim kimi dılğır adam incisin bizim kənddən.. C.Məmmədquluzadə.