sanırım o evin resmine bakmaya bile yetmez bizim paramız,dünyada bu kadar aç ve yardıma muhtaç insan varken böyle evlerde oturanları kınıyorum![]()
![]()
![]()
4 sonuçtan 1 ile 4 arası
-
10-25-2007, 02:55 PM #1Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Dünyanın ən bahalı evi
Dünyanın ən bahalı evi 165 milyon dollardır

”Forbes” jurnalı dünyanın ən bahalı evlərinin siyahısını dərc edib.
Hər il işıq üzü görən bu siyahıda ötən illə müqayisədə bəzi dəyişikliklər var. Ən bahalı malikanələrin sıralaması aşağıdakı kimidir:
1. Bu siyahıda yer alan ən dəbdəbəli 10 malikanəyə Beverli Hilzdə (ABŞ, Kaliforniya ştatı) yerləşən Vilyam Rendolf Herstə aid ev başçılıq edir. Böyük bir yaşayış məntəqəsini xatırladan bu ev 6,5 hektar əraziyə malikdir. Qiyməti 165 milyon dollar olan malikanədə 3 hovuz, kinoteatr, 29 yataq otağı, 40 hamam var.
2. İkinci yeri Rumıniyanın Brasov şəhərində yerləşən və “Drakula qəsri” kimi tanınan Bran malikanəsi tutur. 1212-ci ildə inşa edilən bu qəsrin 20 hektar ərazisi var. Hazırda muzey kimi fəaliyyət göstərən malikanənin sahibi Dominik van Hapsburq onu satmaq niyyətindədir. Qəsrin qiyməti 140 milyon dollardır.
3. Keçənilki siyahıda birinci yeri tutan İngiltərədəki Aptaun Kort sarayı 138 milyon dollarla 3-cü sıraya düşüb. Kraliça Yelizavetanın Uindzor Sarayı ilə qonşu olan bu evdə 103 otaq, 5 hovuz, tennis kortu, bouling və 50 nəfərlik kinoteatr var.
4. Səudiyyə Ərəbistanının ABŞ-dakı keçmiş səfiri şahzadə Sultan bin Abduləzizin Koloradonun xizək mərkəzi kimi tanınan Aspendə tikdirdiyi dağ evi 135 milyon dollarla 4-cü yeri tutur. Starvud rançosu adlanan malikanəyə qapalı hovuz, 15 yataq otağı, 16 hamam və şahzadənin atları üçün tikdirdiyi geniş tövlələr daxildir.
5. Floridanın Palm Biç rayonunda yerləşən malikanə 125 milyon dollarla siyahının 5-ci sırasını zəbt edib. Amerikalı əmlak kralı Donald Trumfun sahiblik etdiyi saray hazırda satışa çıxarılıb və rahatlıqla müştəri tapacağı gözlənilir. Qeyd edək ki, Trumf bu evi üç il əvvəl iflas etmiş bir biznesmendən 42 milyon 250 min dollara almışdı.
6. “Tommy Hilfigger” markasının təsisçisi kimi tanınan Coel Horovitsin malikanəsi siyahının 6-cı yerində qərarlaşıb. Geniş ərazidə yerləşən evə üzgüçülük hovuzu, kinoteatr və onlarla otaq daxildir. Malikanənin qiyməti isə 100 milyon dollardır.
7. Bu yerin sahibi İstanbulda Boğaz sahilində yerləşən Erbilgin malikanəsidir. 100 milyon dollar qiyməti olan sarayda 64 otaq, hovuz və türk hamamı var.
8. Moskvadan 20 km məsafədə yerləşən malikanə isə siyahının 8-ci pilləsini tutub. 1087 kvadratmetrtlik saraya iki ayrı qonaq evi, hovuz, gimnastika salonu, sauna, rus və türk hamamları daxildir.
9. Siyahıda yer alan türk işadamına məxsus ikinci malikanə 9-cu yerdə qərarlaşıb. Londonun şimalında - “The Bishop Avenue”da yerləşən Halis Topraka məxsus “Toprak Mansion” malikanəsinə 99 milyon dollar dəyər verilib. 2 min 600 kvadratmetrlik evdə 4 mətbəx, türk hamamı, 40 nəfərlik yemək salonu var.
10. Siyahını 75 milyon dollarlıq dəyəri ilə “Üç göl malikanəsi” tamamlayır. Nyu- Yorkun Brichempton bölgəsində yerləşən malikanə üç göllə əhatələndiyi üçün bu adı daşıyır. Saraya hovuz, qolf sahəsi, tenis kortu və qonaq evi daxildir.
Anar Hacı[
Ya da
[
-
10-26-2007, 10:05 AM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Aug 2007
- Mesajlar
- 1.565
İKİNCİ BAHAR YAŞIYOR ÖMRÜM
GEL BENİM YARİM OLUVER ŞİMDİ
SENİ GÜL GİBİ ÖPE KOKLAYA
GÖZÜMDEN DİLİMDEN SAKINIR SAKLAR
BUGÜN Kİ AKLIMLA SEVERİM ŞİMDİ
-
11-22-2007, 01:49 AM #3
Dünyanın en pahalı evi benim evim çünkü içinde ben varım

Yıkılmadı dağ
Çatlamadı toprak
Yarılmadı deniz
Dünya aynı dünya...
Eylül de geçer sessiz
Ömür de geçiyor sensiz...
Bak bitti bile
Acımadı değil mi?
-
11-22-2007, 10:22 AM #4Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Allah razı olsun güldürdün beni
AnatoliaN_ Nickli Üyeden Alıntı
[
Ya da
[


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla


Yer imleri