ABŞ-ın “Shelby Supercars” şirkəti tərəfindən istehsal edilmiş “SSC Ultimate Aero TT” super avtomobili saatda 411 km sürətlə kütləvi avtomobillər arasında dünya rekordu vurub. Bu nailiyyət Ginnesin Rekordlar Kitabına salınacaq. Beləliklə, 1183 at gücü olan superkar bu göstəricilərə görə hətta məşhur “Bugatti Veyron”u da arxada qoyub.