mənə bircə kəlmə can söyləsəydin
o bircə kəlmənə min can vərərdim
ömrünü gününü dərd eyləsəydin
ömrümü günümü dərman verərdim
bezdirdim mən səni sədaqətimlə
qaldım həsrətinlə müsibətinlə
könlümü alsaydın bu zülmətinlə
sənə bir günəşli cahan verərdim
keçən günlərimi qaytaraydılar
gələn günlərimi qurban verərdim
Yer imleri