Sayfa 4/5 İlkİlk ... 2345 SonSon
47 sonuçtan 31 ile 40 arası

həkim 1 illik ömrünüz qaldığını söyləsə nə edərdiniz

  1. #31
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Yer
    İstanbul/ Türkiye
    Mesajlar
    240
    Bana 1 yıl sonra öleceyim söylense yinede mücadele eder hayatta kalmaya çalışırım.Bi sene sonra ölecem diyipde bi köşeye çekilmem

  2. #32
    Junior Member
    Üyelik tarihi
    Jan 2008
    Mesajlar
    21
    men hekime deyerdim ki, mumkinse bunu 1 gunluk ele. sher bohtan yayan insanlarin sifetlerin birde gormeyim.

  3. #33
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Bes ölümə 1 saat qalsa nə edərsiniz??

    Bu suala cavab tapa bilmirsinizse onda bu hekayeni oxuyun.

    Təcili xidmətdəydim. Peşəyə yeni başlamanın həyəcan və zövqünü yaşayırdım. Gecə saat birin yarısı idi. İki qadın, qollarından tutduqları, 16-17 yaşlarında, bir cavanı xəstəxanaya gətirirdi. Cavanın atası olduğu aydın olan bir kişi arxalarından tənginəfəs gəlir, bir tərəfdən də belə səslənirdi:
    -Qurtarın balamı, qurtarın uşağımı! Ey həkim, oğlum intihar niyyətilə dərman atıb. Anası bilən kimi biz dərhal onu bura gətirdik.
    -Atdığı dərmanlar yanınızdamı?
    Kişi, pencəyinin ciblərindən həb qutularını çıxarıb həkimə göstərdi.
    -Bu həbdən on beş-iyirmi dənə, bundan on dənə, bundan da üç-beş dənə atıb.
    -Nə vaxt atdığını bilirsinizmi?
    -İki saata yaxın.
    Həkim başını sağa sola yelləyib üzünü büzdürərək:
    -Hmm! Təəssüf, çox təəssüf!
    Ailə narahatlıq və maraq içində, həkimin bir şeylər söyləməsini gözləyir, amma həkimdən səs çıxmırdı.Qısa sürən bir səssizlik, atanın sualı ilə pozuldu:
    -Nə edəcəyik, ay həkim?
    Həkimin ağızından tökülən son sözlər, xəstə və yaxınları üçün qəlpə kimi idi.
    -Təəssüf edirəm! Ediləcək bir şey yox. Həm bu dərmanlarla... Üstəlik də gecikmisiniz.
    Mən göz ucuyla ailəyə baxdım. Hamısının başları yerə dikilmişdi, ümidsizliyə düçar olmuşdu. Cavanın üzü qorxudan gərilmişdi. Anası və bacısının dəstəyilə ayaqda çətin dayanan cavan, birdən dikəlib diqqətlə həkimə baxdı. Həkimin ifadələrindəki qətiliyi və üzündəki ciddiliyi görüncə sarsıldı. Dizlərinin bağı boşalmışcasına özünü yerə buraxdı. Ata və ana, bir şeylər zümzümə edirdilər. Uzun sürən bir susqunluq və qarışıqlıqdan sonra:
    -Nə olacaq, ay həkim? Heç bir şey edə bilməzsinizmi?
    -Artıq çox gecdi. Bu vəziyyətdə təəssüf ki, bir şey edə bilmərik. Etsək də faydası olmaz. Hər halda bir saata qədər xəstəni itirərik. Yenə də xəstəni müşahidə altına alaq.
    Öz-özümə xəstənin nələr hiss etdiyini düşündüm. Ölümə bu qədər yaxınlaşmaq, həqiqətən çətin bir vəziyyət olmalı idi. Həm insan bir saat sonra öləcəyini bilsə nələr düşünər, nələr hiss edər, nələr edərdi? Əslində hər birimizin, ölümə bir saat yaxınlaşacağı an gəlməyəcəkmi? Həyatın qarışıqlıq arasında, ölüm həqiqətini necə də keçirir və ya özümüzdən uzaq görürdük.
    İçəri yeni girən həkim, qaş-göz işarəsiylə nə olduğunu soruşdu. Həkim ayağa qalxıb qəti bir ifadə ilə cavab verdi:
    -İntihar cəhdi, həkim! Gecikmişlər təəssüf ki. Vəziyyət də ciddi. Ediləcək bir şey qalmamış. Sonra hesabatını yoluna qoyarıq.
    Deyilənləri diqqətlə dinləyən cavanı ölüm gerçəyi ilə üzləşmək ürkütmüşdü. Peşmanlıq duyğusu içərisində və titrək bir səslə həkimə: “Xilas olmaq üçün nə etmək lazımdırsa etməyə hazıram. Nə olar həkim! Məni qurtarın, ölmək istəmirəm!” dedi. Həkim isə ona heç fikir vermədi. Ölümə bu qədər yaxın bir kimsəni daha əvvəl heç görməmişdim. Üstəlik çox da gənc idi. Xəyalımda meyitxanaya gedib, gəncin yarılmasını düşünürdüm. Demək, qarşımda dayanan bu diri bədən bir azdan öləcək, yarılma üçün açılacaq və biz bir hesabat tənzimləyib buraxacağıq!... Bir çox düşüncə beynimə dolaşırdı.
    Həkim oradan uzaqlaşdı. Mən də arxasından getdim. Bir az naşılıq iy verən bir rəftarla soruşdum:
    -Ay həkim! Serumla bol maye verib, bir tərəfdən də sidik çıxarıcılarla qanını təmizləyə bilməzdikmi?
    Həkim dönüb, gözlərəmin içinə baxdı:
    -Qardaşım, görürsən, burada ayaqda çətin dayanan yaşlılar belə bir az daha həyatda qalmaq üçün mübarizə edərkən, bu cavan daha 17 yaşındadır və intihara cəhd edir. Ölmək istəyirsə, niyə ona mane olaq? Bir az istəyi ilə baş-başa qalsın baxaq. Ölüm nə imiş, həyat nə imiş düşünsün! Həyatının dəyərini, ailəsinə nə qədər acı çəkdirdiyini hiss etsin! Doğrusu Allahı xatırlasın; qul olmağı... Ölümü və sonrasını da təbii ki...
    Arxasından, məni bir dəfə daha çaşdıran bir qəhqəhə çəkib belə dedi:
    -Yoxsa səndəmi inandın öləcəyinə? həkim dedi.
    -Necə yəni, cavan ölməyəcəkmi? mən dedim.
    Gülərək, dərman qutularını göstərdi. Əlindəkilər vitamin həbi, öskürək kəsici və bəlğəm təmizləyicilər idi.
    Yaşanmış bir hadisədir…
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  4. #34
    Senior Member
    Üyelik tarihi
    Jan 2009
    Yer
    Azerbaycan Baki
    Mesajlar
    103

    Re: həkim 1 illik ömrünüz qaldığını söyləsə nə edərdiniz

    Birinci olaraq hemin hekimi oldurerdim,cunki xesteye hec vaxt omrunun az oldugunu demezler,mence....

  5. #35
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: həkim 1 illik ömrünüz qaldığını söyləsə nə edərdiniz

    Hekayenin ilk setrinden hekimin ciddi olmadigini anladim.Hekayeden bir sozle daha cox nesiet almaq olar,ve burda hekimin gorduyu isi ancaq alqishlamaq lazimdi. Genc oglana olumun , olmeyin ne qeder agir, heyatin ne qeder sirin oldugunu real olaraq basa salmisdir. Qaldiki menim bir illik omrumun qaldigini bilseydim yeqin ki ,calisardim mubarize aparim ve qalan omrumu menali kecirim, heyata kecire bilmediklerimi gercekleshdirim.Gozel hekaye ucun tesekkur. hamiya uzun ve sagliqli heyat arzusu ile.

  6. #36
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: həkim 1 illik ömrünüz qaldığını söyləsə nə edərdiniz

    Alıntı alena Nickli Üyeden Alıntı
    Hekayenin ilk setrinden hekimin ciddi olmadigini anladim.Hekayeden bir sozle daha cox nesiet almaq olar,ve burda hekimin gorduyu isi ancaq alqishlamaq lazimdi. Genc oglana olumun , olmeyin ne qeder agir, heyatin ne qeder sirin oldugunu real olaraq basa salmisdir. Qaldiki menim bir illik omrumun qaldigini bilseydim yeqin ki ,calisardim mubarize aparim ve qalan omrumu menali kecirim, heyata kecire bilmediklerimi gercekleshdirim.Gozel hekaye ucun tesekkur. hamiya uzun ve sagliqli heyat arzusu ile.
    Arzularin ucun saqol.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  7. #37
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: həkim 1 illik ömrünüz qaldığını söyləsə nə edərdiniz

    Deli olardim , tesevvuru bele qorxuncdur . ALLAH uzaq elesin konkret olaraq ne vaxt olduyunu bilirsen ve bunu gore yasayirsan dehset . Amma umumiyyetle heyatda guclulerin zeflerin uzerinde caldiqlari qelebelere STOP deyerdim .Buna heqiqetende son demek isterdim cunki bu mene cox tesir edir .

  8. #38
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: həkim 1 illik ömrünüz qaldığını söyləsə nə edərdiniz



    Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. 1 ilə bir omür yaşamaq olar. kim bilir ki sabah yaşayacaq.
    xeyir işlər görün. xeyir iş görməyən insan əbəs yerə yaşayır.
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  9. #39
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: həkim 1 illik ömrünüz qaldığını söyləsə nə edərdiniz

    Amiqo_100M komek edeceyinizi demisdiz ,nece komeklik gostere bilersiz.

  10. #40
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: həkim 1 illik ömrünüz qaldığını söyləsə nə edərdiniz

    hekim onu mene deyende olerdim.ne etmeye vaxtim qalmazdi.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Sayfa 4/5 İlkİlk ... 2345 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.