Microsoftun anlıq mesajlaşma proqramı MSN Messenger bağlanır. İşdə təxminən 300 milyon aktiv istifadəçisi olan Messengerin bağlanma səbəbi? Microsoft, ilk versiyası 1999-ci ildə çıxan, təxminən 300 milyon aktiv istifadəçisi olan, anlıq mesajlaşma proqramları arasında yüzdə 40'lık bir bazar payına sahib olan Messenger proqramını bağlayır. Messenger proqramı bundan sonra Microsoftun May 2011-ci ildə 8.5 milyard dollara satın aldığı Skype tərkibində xidmət verəcək. Habertürk'ün xəbərinə görə; Microsoftun 13 illik keçmişi olan anlıq mesajlaşma tətbiqi Messenger, bağlanır. Texnologiya nəhənginin köhnə adıyla MSN Messenger yeni adıyla Windows Live Messenger olan anlıq mesajlaşma proqramını, son aylarını yaşayır. ÇİN istisna olmaqla bütün ölkələr bağlanacaq Popüler mesajlaşma proqramı Windows Live Messenger istifadəçiləri, 2013-ci ilin əvvəlindən etibarən Skype üzərindən ünsiyyətə istiqamətləndiriləcək. Microsoftun Skype blogu üzərindən şərh edən Skype'ın başçısı Toni Bates, 2013'ün ilk dörddəbirində Messengerin Çin xaric bütün ölkələrdən çəkiləcəyini təsdiqləyib. Buna görə 2013-ci ilin ilk rübündə Windows Live Messenger bağlanacaq, istifadəçilər Messengerin yerinə Skype'a istifadəyə alışmaları üçün Skype 6.0 proqramından Hotmail hesabı ilə daxil aça biləcək. Bu çəkil Messenger istifadəçiləri Skype'ı güncelleyerek, anlıq mesajlaşma və görünüşlü görüşmə edə biləcək.