Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Yaş kağızı neçəyədir?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Yaş kağızı neçəyədir?

    Azərbaycanda valideyn yeni doğulmuş körpəsinə yaş kağızı almaq üçün heç bir dövlət rüsumu ödəmir.

    Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu Ədliyyə Nazirliyi yanında Bakının Nərimanov rayonunun Qeydiyyat idarəsinin adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.

    «Yaş kağızı almaq üçün vətəndaş yerli qeydiyyat idarəsinə müraciət etməlidir. Oraya doğum evindən arayış, hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədin surəti, həmçinin valideynlərin yaş kağızının surəti, nikah şəhadətnaməsinin surəti təqdim edilməlidir», - deyə o, qeyd edib:

    «Sənədləri qeydiyyat idarəsinə körpənin dünyaya gəlməsindən keçən 30 gün ərzində təqdim etmək vacibdir. Vətəndaş bu müddətdə lazımi sənədləri toplayaraq qeydiyyat idarəsinə təqdim etmirsə, o, 10 manat cərimə də ödəməli olur. Üstəlik, belə halda valideyn yuxarıda qeyd olunan sənədlərdən başqa, körpənin sağlamlığı ilə bağlı yerli poliklinikadan alınmış tibbi arayış da təqdim etməlidir».

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.