Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Xoş söz söyləmək eşitmək qədər xoşdur

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Xoş söz söyləmək eşitmək qədər xoşdur

    Gün ərzində istər ailədə, istərsə də işdə bir-birimizlə küsüb barışırıq. Əsas odur ki, bir-birimizi təhqir etməyək, çünki küskünlük keçib gedir, amma inciklik bəzən uzun müddət qalır... Təhqiramiz, alçaldıcı ifadələr işlədib qəlb qırmağa, əsəbi atmosfer yaradıb qarşındakını həddən-hədəqədən çıxarmağa nə var ki?.. Ona görə də ünsiyyətdə olduğun şəxsi özündən incik salandan sonra üzr istəməkdənsə, bu barədə qabaqcadan düşünüb sonra kəlməni ağzından çıxarsan yaxşıdır. Əgər bu inciklik halları tez-tez təkrar olunursa, onda “bəsdir, artıq yetər!” deyib öz xarakterində, xasiyyətində müsbətə doğru dəyişiklik etməlisən. Bu, həm ailədə, həm də işdə çox vacibdir.

    Psixoloqların fikrincə, deyilən hər kobud söz, qəlbə dəyən kəlmələr insanı həm mənəvi, həm də fiziki baxımdan geri salır, onda ruh düşkünlüyü yaradır. O adam özlüyündə elə düşünür ki, heç bir dəyəri yoxdur, heç kəsə də lazım deyil. Bu vəziyyət onun iş prosesinə də mənfi təsir göstərir. Adam var, yalnız bir yol tutub: qan qaraltsın, təhqir etsin, alçaldıcı sözlər işlətsin, insanlar arasında əsəbilik salıb, süni gərginlik yaratsın. Beləsinə deyirlər: yara sarımağı bacarmırsansa, onda kənara çəkil, heç olmasa, qəlb qırıb, ürək bulandırma!

    Unutmaq olmaz ki, deyilən xoş söz insanı ruhən ucaldır. Söz insanı sağalmaz xəstəliyə sala da, o xəstəlikdən sağalda da bilər. Ailəmizə, övladlarımıza, iş yoldaşlarımıza qarşı sadə, səmimi olmağı, dediyimiz sözün qarşı tərəfdə hansı reaksiya doğura biləcəyini əvvəlcədən düşünməyi bacarmaq özü də bir xoşbəxtlikdir.
    Zaman

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.