Qadin agli


Vaxtilə, bir dərviş bir Ramazan axşamı iftara qonaq idi
Dərviş, şama yaxın, evinə döndü və arvadından mümkünsə özü üçün süfrə hazırlamasını istədi

Arvadı:



"Sən dəvətdə deyil miydin? Nə yeməyi?" dəyincə, dərviş:



"Soruşma" dedi "Çox yersəm, arxamdan ‘Xalis dərviş deyilmiş' deyə danışmalarından qorxdum,

çox bir şey yeyə bilmədim"



Bunun üzərinə, arvadı:



"Tamam" dedi "Sən bu axşam namazını et də, mən o vaxt süfrəni hazırlayım"



Dərviş:



"Amma" dedi, "mən axşam namazını orada etmişdim"



Arvadı cavab verdi:



"Sən arxamdan pis danışarlar deyə çox yemək yeyə bilmədiyinə görə, arxamdan yaxşı danışsınlar deyə də namazı uzatmısan" dedi "Haydı, axşam namazını bir daha et də, o vaxt süfrəni hazır edim"

Rəvayət edilər ki, xanımının bu xəbərdarlığından sonra dərvişin ağılı başına gəldi və

riya dərdindən xilas olub xalis bir dərviş oldu