6 sonuçtan 1 ile 6 arası

Evdən işəcən

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Evdən işəcən

    Bakı şəhərində insanların həyat tərzini, maddi, mənəvi durumunu, mədəni səviyyəsini öyrənmək üçün avtobusa minib cəmi iki dayanacaq getmək kifayətdir. İnanın ki, elə avtobusdaca hər şey sizə əyan olacaq. Əslində avtobusla hərəkət edən adamlar üçün bu yazının heç bir əhəmiyyəti yoxdur. Heç mən də bu yazını avtobusa minənlər üçün yazmıram... Ona görə də, rica edirəm, bu yazını “xalqdan xaricdə” yaşayanlar oxusunlar.
    Mən, sadəcə, səhər evdən işəcən olan yolu təsvir eləyəcəm. Çalışacam oxucular da özünü avtobusda hiss eləsin...
    Bizim şəhərimizdə səhərlər işə getmək üçün evdən çıxıb dayanacağa qədər getmək lazım olmur. Marşrut avtobusları küçə süpürgəçiləri kimi yolun kənarındakı bütün adamları “əvdiyə-əvdiyə” gedir. Avtobusa minən kimi sürücün başının üzərində “dayanacaqdan kənar düşmək qadağandır” xəbərdarlığının asıldığını görürsən. Bəs dayanacaqdan kənar minmək necə? Avtobusa harada mindiyimi xatırlayın - cavab aydındır. Hələlik boş yer var və sən keçib oturursan. Lakin bu rahatlığın tez də pozulur. Avtobusa minən nisbətən yaşlı adam iki oturacaq arxada boş yer qoyub düz başının üstündə dayanır və gözünü sifətinə zilləyib nifrətlə səni süzür. Avtobus yırğalandıqca onun nifrətli baxışları da sənin boyunca aşağı-yuxarı gedib gəlir və beləcə adam səni təpədən dırnağa qədər nifrətlə süzür. Ayağı üstdə dayanan yaşlı adamın qınayıcı baxışlarına ətrafdakılar da qoşulur. Sən yerini tərk etməyə bir növ məcbur edilirsən. Artıq arxa sıradakı yerlərə də ümid eləmək yersizdir. Avtobusların arxa yerləri işini ehtiyatlı tutan çoxbilmiş tələbələr tərəfindən zəbt edilib. Az keçmir ki, ayaq üstə dayanmaq da müşkülə çevrilir. Adamlar qutuya yığılmış inkubator cücələri kimi ət-ətə dayanıb ancaq nəfəs almaq üçün başlarını yuxarı qaldırırlar. Sürücü yükünü tutduğu üçün sevinir və radionun “xod”unu artırıb salona nəzər salaraq çırtıq vurur. Konduktor vəziyyəti əlüstü anlayıb tez sürücünün siqaretini yandırır. Sürücü dərin bir qullab vurub tüstünü avtobusun içinə piləyir...
    Elə bu zaman hər şey dəyişir. Başqa bir avtobus sürətlə sənin oturduğun marşrutu ötüb keçir. Onun məqsədi avtobusla gedib-gələn bütün insanlara aydındır. Hərif qarşıdakı dayanacağa daha tez çatıb adamları özü götürmək istəyir. Lakin təbii ki, bizim sürücü ona imkan verərsə. Sürücülərin arasında bir avtoşluq başlayır ki, bunu ancaq Hollivud filmlərindəki quldurlarla polis işçilərinin qaçdı-tutdu oyunu ilə müqayisə etmək olar. Təbii ki, nəticədə daha həyasız, adamların qışqır-bağrını vecinə almayan sürücülər qalib gəlir. Yeri gəlmişkən deyim ki, bu səhnələr “Qazel”lərdən çox, iritutumlu avtobuslarda daha ləzzətli alınır. Yekə avtobuslarda həm adam çox olur, həm də bir də görürsən sürücü əyləci elə basır ki, içəridə beş-on adam qucaqlaşıb bir-birlərini bağrına basmalı olur. Ya da sürücünün gözündən uzaq əyləşən bir iki adam onun ünvanına yağlı sözlər işlədir. Belə ifadələr əsil atalar sözünə bənzəyir. Məsələn kimsə qışqırıb “Ay eşşək, at araba sürürsən?”, “Bu camaat sənin üçün kartoşka-zad deyil”, “ay kolxoz, bir az yavaş” və bu kimi avtobusdakılar tərəfindən razılıqla qarşılanan ifadələr işlədir.
    Vəziyyət səni bezdirir və əlini atıb tutacaqlarda yerləşdirilən “stop” düyməsini basırsan. Ancaq sürücü ilə bu cür mədəni əlaqə alınmır. Hərçənd, bu avtobusları Bakıya gətirəndə deyirdilər ki, ay nə bilim yol pulunu kartla ödəyəcəksən, oturduğun yerdən əlini uzadıb “stop” düyməsini basmaqla sürücüyə düşmək istədiyini deyəcəksən. Görünür, bu xarici avtobusları yerli şəraitə uyğunlaşdıranda bunları da nəzərə alıblar. Ona görə də, məcbur olub milli qaydalara müraciət etməli olursan. Avtobusun əlin çatan yerinə bir iki möhkəm yumruq ilişdirib sürücüyə izah eləyirsən ki, qabaqda saxla, düşən var! Və düşüb bu səhər yolçuluğundan məst olmuş halda metroya gedirsən...

    Metroda səni nə gözləyir, yazmıram. Buradakı vəziyyət ayrıca yazının mövzusudur. Hələlik isə burada düşün, sizə yaxşı yol. “Metro”da görüşəcəyik...
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Evdən işəcən

    uni də oxuyanda buna oxşar hadisələrə rast gəlmişəm.Sürcü plan verir yüksək olduğu ücün adamaları denliyə denliyə gedir.Hələ bu yaxşıdır basa bas olan yerdə birdən konduktor deyir ki mehriban olun arxada yer var bir az sıxlaşın.stop düyməsinə gəldikdə siftə yaxşı idi sonradan onunda zayını cıxartdılar mırta stop düyməsini basırdılar hər dəfə saxlıyanda düşən olmuyanda sürücüdən maraqlı söyüşlər gəlirdi düyməni basan hecnə olmamış kimi gülüb kecirlər ad olurki sürücü ilə mırt tutduq təbii ki sürücüdə onun qohum əqrabası ilə tutdu.indi stoplarıda yığışib hələki uyğunlaşa bilmirik.Qocayada yer verisən verməyinə peşman olursan səni borclu cixardır.nə isə çox danışdım
    [

  3. #3
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Evdən işəcən

    Yazini bashdan oxudum,
    qayda-qanun yaratmaq uçun siyasi administrasiyanin evvel sabit eqide ve elmlere yiyelenmesi esasdir, ya da "cengellik qanunlari" ile yashamaga mecburdurlar.

  4. #4
    Junior Member
    Üyelik tarihi
    May 2010
    Mesajlar
    2

    Re: Evdən işəcən

    Bu olke duzelmiyecek vsoooooo)))))))))

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Evdən işəcən

    Alıntı fidan494 Nickli Üyeden Alıntı
    Yazini bashdan oxudum,
    qayda-qanun yaratmaq uçun siyasi administrasiyanin evvel sabit eqide ve elmlere yiyelenmesi esasdir, ya da "cengellik qanunlari" ile yashamaga mecburdurlar.
    düzələn işdir bu Fidan?
    [

  6. #6
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Evdən işəcən

    Alıntı POWER_RANGERS Nickli Üyeden Alıntı
    düzələn işdir bu Fidan?
    huquqlari ugrunda xalqin mubarizesi ve iradesi gerekdir, dunyanin en sivil olkeleri bu çetin merheleleri keçib.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.