3 sonuçtan 1 ile 3 arası

Yeni yaz-yay diyeti

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Yeni yaz-yay diyeti




    Yaz-yay ayları üçün xüsusi bir diyetimiz var.
    15 günlük şok bir proqramla 1 həftədə 3 kilo arıqlaya bilərsiniz.Kök ağırlıqlı bu pəhrizlə dəriniz daxildən qidalanaraq hamar bir görünüşə qovuşacaq və artıq çəkiniz əriyəcək. Həftədə 1-2 kilo arıqlaya biləcəksiniz. Bu pəhrizin bir başqa xüsusiyyəti də zamanın vəbası xərçəngə qarşı təsirli olmasıdır. Xüsusilə də dəri xərçənginin son illərdə artması kök pəhrizinin əhəmiyyətini daha da artırır.


    BAZAR ERTƏSİ
    Səhər: 1 çay qaşığı cem çəkilmiş 3 nazik dilim qızarmış çörək, 1 fincan çay və ya qəhvə
    Ara pay: 150 qr təzə meyvə
    Nahar: 200 qr taxıl əlavəli qatıq, 1 kasa qarışıq meyvə
    Axşamüstü: 1 stəkan meyvə şirəsi
    Şam: 100 qr balqabaqlı plov, 150 qr qarışıq mövsüm salatı, 1 stəkan mineral su və ya su



    ÇƏRŞƏNBƏ AXŞAMI
    Səhər: 200 qr təzə meyvə, 1 fincan çay və ya qəhvə
    Ara pay: 1 kasa yağsız qatıq
    Nahar: 1 stəkan meyvəli süd, 150 qr təzə meyvə
    Axşamüstü: 1 kasa limonlu pudinq
    Şam: 200 qr qızartma toyuq və ya hinduşka, 200 qr qaynadılmış balqabaq və kök, 1 stəkan mineral və ya adi su


    ÇƏRŞƏNBƏ
    Səhər: 1 çay qaşığı bal çəkilmiş 1 dilim kəpək çörəyi, 1 fincan çay və ya qəhvə
    Ara pay: 150 qr təzə meyvə
    Nahar: Qatıqlı tərəvəz püresi, 1 təzə meyvə
    Axşamüstü: 1 meyvəli dondurma
    Şam: 200-250 qr az yağlı balıq, 200 qr qaynadılmış tərəvəz, 4-5 pəhriz biskviti, 1 stəkan mineral və ya adi su


    CÜMƏ AXŞAMI
    Səhər: 1 stəkan südlü qəhvə
    Ara pay: 1 stəkan təzə meyvə şirəsi
    Nahar: 1 paket pəhriz biskviti, 150-200 qr təzə meyvə, 1 stəkan mineral su
    Axşamüstü: 1 fincan çay
    Şam: 100 qr pomidorlu makaron, 200 qr qatıqlı badımcan salatı (yağsız), 1 stəkan mineral və ya adi su



    CÜMƏ
    Səhər: 1 fincan südlü qəhvə, 1 çay qaşığı bal çəkilmiş 3 nazik dilim qızarmış kəpək çörəyi
    Ara pay: 1 stəkan təzə meyvə şirəsi
    Nahar: 200 qr qaynadılmış tərəvəz, 1 stəkan pomidor suyu
    Axşamüstü: 1 fincan çay
    Şam: 2 qaynadılmış yumurta, 150 qr qaynadılmış təzə paxla, 1 stəkan mineral və ya adi su


    ŞƏNBƏ
    Səhər: 1 kasa qatıq, 1 fincan çay və ya qəhvə
    Ara pay: 200 qr təzə meyvə
    Nahar: 150 qr sadə pizza, 1 stəkan mineral su
    Axşamüstü: 1 kiçik meyvəli dondurma
    Şam: 100 qr quru paxla yeməyi, 100 qr kartof və 150 qr ispanaq əlavəli şorba,
    1 stəkan su


    BAZAR
    Səhər: 1 fincan çay və ya qəhvə, 1 kasa kompot
    Ara pay: 1 stəkan qreyfurt suyu
    Nahar: 200 qr qatıq
    Axşamüstü: 1 paket pəhriz biskviti
    Şam: Bir neçə diş sarımsaq, 1 şorba qaşığı zeytun yağı, 1 acı bibər əlavəli 6 şorba qaşığı makaron, qatıq, 1 stəkan mineral su.
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Yeni yaz-yay diyeti

    deyirem niye ayaq üste qurumusan?? diyetlerle meşqulsan demeli... teşekürler ..edek gerek elvida yağlı plovlar... dolmalar....kotletler...levengiler.... sommetin tortlari... pirojnalar...
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Yeni yaz-yay diyeti

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    deyirem niye ayaq üste qurumusan?? diyetlerle meşqulsan demeli... teşekürler ..edek gerek elvida yağlı plovlar... dolmalar....kotletler...levengiler.... sommetin tortlari... pirojnalar...
    mən qurumuşam ?
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.