Nostradamus (Michel de Nostredame, Azəri: Mişel dö Notrdam) (14 Dekabr 1503 – 2 İyul 1566)
1503 miladi ilində Fransalı həkim və münəccim anadan oldu. Nostr Adamus adıyla məşhur olan Mişel dö Notrdam 1503 ili dekabrın 14-də Fransa-nın Sən Remi iyalətində yaşayan yenicə katolik məsihiliyə inanmış yəhudi bir ailədə anadan oldu.

Klasik ədəbiyyat, münəccimlik və tibbi şamil olan ilkin bilimləri evdə öyrəndi. Avinyon üniversitəsi-ndə fəlsəfə, dilbilgisi və xitabə bilgisi oxuyub bitirdi. "həkim" şöhrətini 16-ncı əsrdə Avropada qara ölümün (ta`unun) qırğınlığına tapdığı toxdağa görə qazandı. Nostr Adamusun toxdağı təzə hava, təmiz su və C vitamini idi. Bu toxdaqla onlarca insan ölümdən qurtardılar ancaq Nostr Adamus öz qadını ilə iki uşağını qurtarabilmədi. Onlar 1537-nci ildə öldülər və Nostr Adamus o zaman yaşadığı Axen şəhərini tərk edib altı il sürəcəyi səfillikdə yaşamağa baş qoydu. Təxminən bu zamanlarda özündə gələcəyi görmə duyğularının oyanışını hiss etdi. 1547-nci ildə Nostr Adamus Salon şəhərində qalarğı yaşayışı başlıyıb yenidən evlənib altı uşaq – üç oğlan, üç qız- sahibi oldu. O, Salondaki evinin yuxarı qatını labratuar eliyib oranı əcib aynalar, usturlablar, manqal və Delfi`də Apolon hirəmindəki (piramidindəki) qutsal üçdirəklisinə bənzəyən üçdirəkli ilə doldurdu. 1550-nci ildə Nostr Adamus uzun uzadı fikirləşəndən sonra yirmi dörd öngörücü rubaini içərən (şamil olan) bir təqvim yaydı.

Nostr Adamus`un bu təqvimini xoş qarşılamalar onun öz öngördüklərindən belə çox idi və yaşamının sonuna dək ildə bu təqvimlərdən birini yaymaq yetərdi. O, Avropa gələcəkdə yaşayacaq tarixini içərən "Senturilərin" (yüzillərin) yazmağına 1554-ncü ildə qoyuldu. Bir il sonra hər bölümdə yüz dördlüyü (rubaisi) olan ilk dörd bölümlü kitabı yayıldı. Senturlərin sonuncu olaraq onuncu bölümü 1558-də buraxıldı. Sonralar bilginin oğulları senturilərə təkmilə olaraq "Oraqul" (Oracul) adında bir kitab çıxardılar."Senturilər" latincə izafələrlə yanaşı eski fransızca yazılmışdırlar. Bu kitabın önsözündə Nostr Adamus "öngörülərin" "Ruhülqudus`un ağzından" olmasını vurğulamaqdadır (tə`kid etməkdədir). Nostr Adamus İnkizisyon biləsinə qondarmış xəbərçilərin sorğulamasından qorxaraq simbollar dili, tutuşdurma (müqayisə), adlar və tarixləri rəmzlə yazmaqdan yararlanaraq kitabı rəmzi formada yazmışdır.

"Senturiləri" araşdıranların verdiklərinə görə Nostr Adamus dördlüklərin ilk hərflərində olacaq olayların tarixini say rəmzlərində gizlətmişdir. Belə ki rubailərin hər misrə`i özəl bir say verir. İlk hərflərdə olan hərflərin say toplamı, birinci, ikinci, ya da üçüncü misrə`in sayı ilə birdir. (demək bu hansı minilliyi işarə etməkdədir). Obiri (digər) missrə`lərin say toplamı da özəl bir olayın qalan tarixini görsətməkdədir. Hərdən rubailərdə bu qaydanı pozan qəsdi yanlışlar buraxılmışdır. Bütünlüyü 970 ruba`ini içərən "Senturilər" sanki yazarın gələcəyə getdiyi yolculuğun günlüğü kimidirlər. (2300-cü ildən sonranın olaylarını öngörən dördlüklər kökdən yox olub da əlimizə yetişməmişdir.)
Nostradamus
Müəmmalı öngörülərin ilk basımının görünməmiş başarısından sonra şe`r sayağı müəmmalar üzərinə dərin etki buraxan Fransanın kraliçəsi (mələkəsi) Qatrina Mediçi, Mişel dö Nostr Adamus`u Paris`də qəsrinə çağırdı.



Bu 1556-nci ilin iyulundan avgustuna dək sürən bir aylıq yolculuq böyük başarı oldu. Nostr Adamus Enn Monmoransi və başqa zadəganlar tərəfindən məhəbbət və hədiyyələrlə qarşılandı. 1564-də şah Henri II`nin bir şövaliyelik (atçılıq) təmrinində ölüb Nostr Adamus öncədən işarələdiği kimi onun varisi olan Fransis II də ansızın (birdən, nagəhan) öləndən sonra Fransanın qralı Qarl IX Nostr Adamus`u öz şəxsi həkimi, münəccimi olaraq mənsub etdi. Tarixdə məşhur olan olay Nostr Adamus`un Fransalı gənc keşiş Feliçe Piyereti`nin önündə diz çöküb onun gələcək Roma katolik kilsəsi popu (papası) olacağını öngördü. Gənc keşiş bunu inanmayıb da bu sözə güldü amma 19 il sonra sikst V adı ilə Roma popu (papası) oldu. Deyilənlərə görə Nostr Adamus öz ölümünün dəqiq tarixini də bilirmiş. 1566-ncı il iyulun birinci günü aqşamı qulluqçusunu çağırıb ona xeyirli gecə diləyərək ona "məni sabah diri görməyəcəksiniz" demişdi. O günün sabahı onu labratuarının yerində cansız tapırlar. Nostr Adamus vəsiyyətnaməsində çürümüş sümükləri dağılmsın deyə ayaqüstə quylanmasını istəmişdi. Onun məzar daşının üstündə "burda fanilərin biri, ulduzların yerkürənin üzündə olacaq olayların üzərin buraxan etkilərini anlamaq və tanrısal qələmi ilə yazmaq vergisinə sahib olan Nostr Adamus`un sümükləri quylanmışdır" yazılmışdır.

Onun şöhrətinə həsudluq (hisadət) edənlər müccimin sadə bir alkölpərəst olduğunu və dördlüklərini alköl dəliliklərində yaratdığını yazırdılar.Fransua Rable onun haqqında məsxərə ilə "tanrısal şüşələr mö`cüzələri" adı verərək danışır. 1781-də Roma popu Nostr Adamus`un öngörülərini təkfir edib onların yayılmasını yasaqladı. On il sonra inqilabçı Yaqobinlər onun məzarını söküb sümüklərini çıxarıb asıb sonra dağıtdılar. Tərəfdarları onun yadigarlarını saxlıyıb Salondaki Sən Loran kilsəsinə daşıdılar (bu şeylər bu günə dək kilsədə qalır).

Senturilərdə Fransada əsrin yenilənməsini tapan inqilabçı Robespiyer`in əmri ilə hörmətsizlik edənləri cəzalandırırıar.

Bəzi tarixçilərin dediklərinə görə Nostr Adamus öncəgörmə seanslarını suya baxaraq həyata keçirirmiş. Dunyanın ən zalım insanlarının adını verəndə isə özündən 200 il sonraki Napoleona Bəstəboy demişdir.Sonraki 300 ilin zalımı isə Hister adını verdiyi Hitler olmuşdur.

Inqilab toplumuu hələ Nostr Adamus`un məzarı üstünə "inqilabı öngörən" lövhəsi qoymaq qərarına da gəlir. Anadan olduğu şəhər Sən Remi`də də heykəli qurulur. Bu günə dək rubailərin tapmacalarını çözmək için çox çalışmalar olub çoxlu say çevirmələr və çözüm kitabları yayılmışdır. Bə`zi araşdıranlara görə Nostr Adamus-un öngördüklərinin doğruya çıxdığının faizi çox yuxarıdır.